Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:46

Kitab dükanlarına dadanan bəzi paranoik alıcılar


Köhnə kitab dükanı
Köhnə kitab dükanı

-

"Əvvəl-əvvəl bu, məni heyrətə gətiriridi, axı onlar bunu niyə edirlər? Onlar gəlir, bizə çətin tapılan, çox bahalı kitabları sifariş verir, sonra bir neçə dəfə yadımıza salır, daha sonra birdəfəlik yoxa çıxırdılar."

"Onlara bu da bəs idi ki, özlərini pul ödəməyə qadir adamlar kimi göstərsinlər."

George Orwell

Tərcümə edən: Günel Mövlud

Kitab satıcısının xatirələri

Mən bukinist mağazasında işəyəndə həmişə həqiqi kitabsevənlərin sayının necə az omasından heyrətə gəlirdim.

Bizim dükanda xeyli maraqlı fond vardı, amma alıcılarımızın ancaq on faizi bu yaxşı kitabları pisindən ayırardı, ya yox.

George Orwell
George Orwell

İlk nəşrlərin arxasınca qaçan snoblar, ədəbiyyat həvəskarlarından daha çox idi; ucuz xrestomatiya arxasınca qaçan şərqli tələbələr də kalan idi, amma daha çox bacısı uşaqlarının doğum gününə hədiyyəlik kitab axtaran çaşqın qadınlar gözə dəyirdi.

Alıcılarımızın çoxu elə adamlar idi ki, belələri hər yerdə adamın zəhəsini tökməkdə usta idilər, amma kitab dükanları onlar üçün ən əlverişli yer idi.

Məsələn, bir yaşlı ledi vardı, ona “əlillər üçün kitab” (yeri gəlmişkən, çox yayğın istəkdir) lazım idi, başqa bir möhtərəm ledi 1897-ci ildə “gözəl bir kitab oxumuşdu”, indi də soruşurdu ki, o kitabı necə tapmaq olar. Bədbəxtlikdən, qadın kitabın adını yadında saxlamayıb, amma bu yadında idi ki, kitabın qırmızı cildi vardı.

Hər bir bukinist dükanına qənim kəsilən daha iki məşhur adam tipi var. onlardan biri kif atmış quru çörək iyi verən kasıb dayılardır ki, allahın ver günü dükana gəlib, sizə indi heç kimə lazım olmayan kitabları sırımaq istəyirlər.

Bir başqası da qalaq-qalaq kitab sifariş verir, amma o kitabların pulunu ödəməyə bir qram da həvəsi olmur.

Kitab dükanı
Kitab dükanı

Bizim dükanda kreditə kitab verilmirdi, amma kitabları qaytarmağa söz verən alıcılarımız üçün onlara lazım olan kitabları seçib ayıra və ya sifariş verə bilirdik. Kitab sifariş verənlərin yarısı sifarişinin dalınca gəlmirdi.

Əvvəl-əvvəl bu, məni heyrətə gətiriridi, axı onlar bunu niyə edirlər? Onlar gəlir, bizə çətin tapılan, çox bahalı kitabları sifariş verir, sonra bir neçə dəfə yadımıza salır, daha sonra birdəfəlik yoxa çıxırdılar.

Onların çoxu, əlbəttə, xalis paranoik idilər. Onlar özləri barədə xeyli pafoslu şeylər danışırdılar, evdən qara qəpiksiz necə çıxmaqlarından danışırdılar.

Deyəsən, özləri də bu hekayətlərə inannırdılar. London kimi şəhərlərdə küçələrdə avaralanan kəmağıl adamlar çoxdur; elə bil hansısa qüvvə belələrini kitab dükanlarına dartır. Nə etməli, kitab dükanı pul ödəmədən avaralana biləcəyin ən yaxşı yerlərdən biridir.

Zamanla belə adamları ilk baxışdan tanımağı öyrənirsən. Onların pafoslu, sinədağlayan hekayətlərinin arxasında nəsə məzlum və çaşqın bir şey dayanır.

Tez–tez olurdu ki, növbəti paranoiklərdən biri dükana girən kimi, onun tələb elədiyi kitabları rəflərdən götürüb gizləyir, o gedəndən sonra yerinə qoyurduq.

Amma fikir vermişdim ki, onlardan heç biri kitabların pulunu ödəmədən götürüb aparmaq fikrinə düşmür, onlara bu da bəs idi ki, özlərini pul ödəməyə qadir adamlar kimi göstərsinlər.

Kitablar
Kitablar

Bukinist dükanlarının çoxunda olduğu kimi, biz də bir sıra kənar işlərlə məşğul olurduq.

Biz istifadə olunmuş yazı makinaları, ya da marka – istifadə olunmuş markaları nəzərdə tuturam – satırdıq.

Markayığanlar müxtəlif yaşlarda olan, susan adamlar olurlar, özü də təkcə kişi cinsinə mənsub olanlardan söhbət gedir: görünür, qadınlar alboma kağz parçaları yapışdırmaqda elə bir məna və gözəllik görmürlər.

Biz həmçinin, altı penslik qoroskoplar satırdıq, bu ulduz fallarını Yaponiyadakı zəlzələni öncədən gördüyünü iddia edən bir subyekt tərtib edirdi. Ulduz falları möhürlü zərflərdə olurdu, heç vaxt bu zərflərdən birini də açmamışdım. Alıcılar tez-tez ulduz fallarının necə dəqiqi çıxdığından danışırdılar (əlbəttə, ulduz falı sizin necə gözəl, əks cins üçün necə cazibədar olduğunuzu və ən pis cəhətinizin əliaçıqlıq olduğunu yazırsa, dəqiqdir).

Uşaqlar üçün nəzərdə tutulmuş kitabların satışından, xüsusilə də endirim kampaniyalarından yaxşı qazana bilirdik.

Müasir uşaq kitabları sadəcə dəhşətlidir, xüsusilə kütləvi olanlar. Şəxsən mən uşağın əlinə “Piter Pen”dənsə, Petroniy Arbitri verərdim, amma hətta Barri belə, onun son imitatorları ilə müqayisədə daha kişiyana və bütöv görünür.

Yeni il ərərfəsində biz on xəstəhal gün keçiriridik, bu günlər elə hey Yeni il açıqcaları və təqvimləri göndərməklə keçirdi — düzdür, darıxdırıcı, yorucu işdir, amma nəticədə gəlirlidir.

Köhnə kitablar
Köhnə kitablar

Bu hal mənə xristian hisslərini istismar edən kobud sinizmlə tanış olmaq imkanı verdi.

Yeni il açıqçalarını istehsal edən şirkətlər öz kataloqlarını bizə hələ iyundan göndərirdilər. qəbzlərdən birinin üstündəki qeyd hələ də yadımdadır:

«Dovşanların əhatəsindəki daha on iki körpə İsa...».

Amma bizim əsas yan ticarətimiz kitabxana idi — bir penni girov qoyub, kitab götürə biləcəyin, beş-altı yüz bədii ədədbiyyatı olan adi kitabxana.

Kitab oğruları belə kitabxanalara qarşı laqeyd deyillər. Bir kitabxanadan iki penslik kitabı oğurlayıb, üstündəki qiyməti pozaraq, onu başqa kitabxanaya bir şillinqə satmaqdan asan heç nə yoxdur.

Bununla belə, kitab satıcıları hesab edirlər ki, kitab oğurluğuna göz yummaq daha sərfəlidir, nəinki oxuculardan girov tələb etməklə onları hürkütmək.

Bizim dükan Hempstedlə Kemden Taunun arasında yerləşirdi və bizə kim gəldi, baş çəkirdi: baronetlərdən tutmuş, avtobus konduktorlarına qədər.

Bizim kitabxana hər halda Londonun oxuyan kəsiminin kəsişdiyi yer idi...

Bu, düz deyil ki, kişilər roman oxumurlar, amma elə tip romanlar var ki, onlar belə kitablardan qaçırlar. Belə desək, orta roman, adi, həm pis, həm yaxşı deyilə biləcək, ingilis romanının norması hesab olunan Qolsuorsi romanı tipi deyəsən, ancaq qadınlar üçün mövcuddur.

Kişilər ya nüfuzlu romanlar, ya da detektiv romanlar oxuyurlar. Amma onu da deyək ki, detektivləri görünməmiş sayda oxuyurlar.

Oxucularımızdan biri il ərzində həftə boyu biizm kitabxanada beş-altı detektiv roman oxuyurdu – hələ kitab götürdüyü başqa kitabxana da vardı!

Məni hər şeydən çox təəccübləndirən bu olurdu ki, o, heç vaxt kitabı təkrar oxumurdu. Bütün bu tutumlu makulatura qalağı (mənə elə gəlir ki, onun oxuduğu səhifələri yan-yana qoysaq, bir akrlıq torpağın üçdə iki hissəsini örtmək olar) həmişəlik onun yadında qalırdı. Kitabın nə adını, nə də müəllifini yadda saxlamadan, o, kitaba baxan kimi, oxuyub-oxumadığını deyə bilirdi.

Kitabxanada siz insanları iddia elədikləri zövqlə deyil, gerçək zövqü ilə tanış olursunuz. Və təəccüblənirsiniz ki, klassik ingilis romanları artıq tam unudulub.

Kitabxanada Dikkensin, Tekkereyin, Ceyn Ostinin, Trollopun və sairlərin kiablarını saxlamağın daha heç bir mənası yoxdur – onları heç kim götürmür. On doqquzuncu əsrdə yazılan kitabı açan kimi, “Bu nə kör-köhnədir?!” deyib, örtürlər.

Amma Dikkensi və Şekspiri satmaq elə də çətin deyil. Dikkens o müəlliflərdəndir ki, hamı onu “oxumağa hazırlaşır” və Bibliya kimi, barəsində nəsə təsəsvvürləri var. Hamı haradansa eşidib ki, Bill Siks evyarandır, mister Mikober keçəldir. Necə ki, Musanın körpə ikən qamış səbətdə tapıldığını və Tanrıya baxmamaq üçün üzünü qapadığın hardansa eşidiblər....

Gözə dəyən başqa bir şey də amerikan kitablarının qeyri-populyarlaşmasıdır. Daha bir halı da naşirlər hər iki-üç ildən bir hiss edirlər – hekayələrin qeyri-populyarlığı. Kitabxanaya gələn oxucular adətən bu sözlərlə başayırlar: “Bircə hekayə olmasın”, ya da bir daimi oxucumuz olan bir alman kişinin dediyi kimi: “Mən qısa hekayələr oxumaq istəmirəm!”

Əgər səbəbi ilə maraqlansanız, sizə deyəcəklər ki, hər dəfə qısa müddətliyə yeni personajlarla tanış olmaq istəmirlər, bu, yorucudur. Roman isə başqa məsələ, birinci səhifələrdə tanış olursan, kitabın geri qalanında isə onlar hamısı köhnə tanışlara çevrilir.

Mən düşünürəm ki, burada günah oxucudan daha çox, yazıçıdadır. Müasir ingilis və amerikan hekayələri romanlardan daha cansız və bozdur. Əsl hekayələr kifayət qədər oxunur D.Lourensin hekayələri ən az romanları qədər məşhurdur.

Mən peşəkar kitab satıcısı olmaq istərdimmi? Orda keçirdiyim xoşbəxt günlərə və sahibimin mehribanlığına baxmayaraq, deyim ki, yox.

Kifayət qədər olan və ağılla idarə olunan kapital savadlı adama bunsuz da keçinmək imkanı verir. Bununla belə, o yerlərə “nadir” kitablar üçün gedirlər. Bu işi öyrənmək o qədər də çətin deyil, kitabın məzmunu bilirsinizsə, bu o dəqiqə sizə böyük uğur gətirir.

(Satıcıların çoxu kitabları tanımır. Onların verdiyi kitab sifarişlərinə baxmaq kifayətdir. O siyahılarda Bosuellin «Tənəzzül və dağılma»sına da rast gəlməsiniz, T. Eliotun “Flossdakı dəyirman”ına mütləq rast gələcəksiniz (7). Həm də bu elə bir humanist peşədir ki, onu ancaq müəyyən məqama qədər vulqarlaşdırmaq mümkündür.

Sindikatlar heç vaxt balaca, müstəqil kitabçını baqqal və ya südçünü sıxışdırıb, bazardan çıxardıqları kimi, sıxışdırıb çıxara bilməzlər. Amma orda iş günü çox uzundur: mən orda ancaq günün bir hissəsini işləyirdim, sahibim isə həftədə 70 saat işləyirdi. Hələ kitab daınca getdiyi saysız səfərlərini hesablamıram.

Amma kitabçılığı seçməməyimin əsas səbəbi bu oldu ki, mən orda kitabları sevməyi yadırğadım.

Səhhət üçün pis işdir: bir qayda olaraq, kitab dükanı soyuq olur, çünki isti olanda pəncərələr tərləyir, pəncərə isə vitrindir. Üstəlik, heç bir əşya kitab qədər zəhərli tozları özünə çəkmir, kitab cildlərinin üstündə ölən qədər heç yerdə milçək ölmür.

Amma kitabçılığı seçməməyimin əsas səbəbi bu oldu ki, mən orda kitabları sevməyi yadırğadım.

Köhnə kitab
Köhnə kitab

Alıcıları aldatdıqca, satıcı yaşadığı həmin xoşagəlməz hissləri kitablarla bağlamış olur; daha bir xoşagəlməz xatirə daima kitabların cildini silib, yerlərini dəyişmək məcburiyyətidir. Nə vaxtsa mən kitabları sevirdim — görünüşünü, qoxusunu, onlara toxunmağı... xüsusilə, kitabın yaşı yarım əsrdən çox idisə.

Kənd hərracında bir şillinqə bir qalaq kitab almaqdan xoş nə ola bilərdi ki? Bu kolleksiyaların qəfil tapıntısında xüsusi bir gözəllik var: on səkkiznci əsrin unudulmuş şairləri, ötən illərin mətbuatı; unudulmuş romanların cildləri; “altmışların” qadın jurnallarının arxivi...

Təsadüfi oxu, məsələn, vannada, ya da gecədən xeyli ötmüş, yorğun düşəndə, amma yuxuya gedə bilməyəndə, ya da nahardan əvvəl hardansa əlinizə düşən on beş dəqiqədə “Qızlar üçün qəzet”in son nomrəsindən yaxşısı yoxdur.

Amma kitab dükandında işləməyə başlayandan, kitab almağı yadırğadım. Onları, özü də minlərlə cildi hər gün dörd tərəfində görəndə kitabar adamı yorur və bir az da bezdirir. İndi mən kitabları bir-bir, yeri gələndə alıram, həmişə də bu, elə kitab olur ki, onu mütləq oxumaq istəyirəm, heç kimdən də oxumağa götürə bilmirəm.

Özü də heç vaxt köhnə kitab almıram. Köhnə kağızın şirintəhər qoxusu mənim üçün öz cazibəsini itirib. Mənim üçün bu qoxu daha çox paranoik alıcılar və ölü milçəklərlə assosiasiya olunur.

1938

XS
SM
MD
LG