Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 12:20

Fotodakı əfqan qızının həyat hekayəti


"Əfqan qızı" fotosu
"Əfqan qızı" fotosu

- Bu fotonu görməyən az adam tapılar. Ancaq bu fotodakı qızın həyat hekayəsini heç də hamı bilmir.

Qızın adı Şərbət Quladır (Sharbat Gula). Bu ad hərfi tərcümədə "şirin su" deməkdir. Fotonu 1984-cü ilin dekabr ayında jurnalist Steve McCurry çəkib.

Foto “Əfqan qızı” adıyla 1985-ci ilin iyun ayında National Geographic jurnalının üz qabığında çıxıb.

Yaşıl gözlü, qırmızı yaylıqlı, düz kameraya baxan gənc qız Qərbdə çoxlu kommentariyalara səbəb olub, ictimaiyyət bu fotoya böyük maraq göstərib.

Fotonu bir çox cəhətlərinə görə, Leonardo da Vinci'nin “Mona Lisa” portretinə bənzədiblər və "Birinci Dünyanın Üçüncü Dünya Mona Lizası” adlandırıblar.

Bu foto günümüzdə Şərq ölkəsində yaşayan, Qərbdə mərhəmət doğuran qaçqın qızların simasına çevrilib.

Fotodakı qızın öz şəxsiyyətilə isə ciddi şəkildə 2002-ci ildə maraqlanıblar. Məlum olub ki, Şərbət Qula milliyyətcə puştudur, 1972-ci ildə doğulub, başqa bir soyadı Bibidir, Sharbat Bibi. Fotosu çəkilən vaxt Sovet İttifaqı Əfqanıstana hücum etdiyinə görə Pakistana qaçıb, qaçqın kimi ora sığınıbmış.

1984-cü ildə Gula şagird olub, Nasir Bağ qaçqın düşərgəsində bir məktəbdə oxuyurmiş. O zaman fotonu çəkəndə jurnalist McCurry onun adını soruşmayıb.

Onun surətinin fotosu jurnalın tarixində "ən çox tanınan foto", jurnalın həmin sayı isə üz qabığına görə ən məşhur saylarındandır.

1990-cı illərdə jurnalist McCurry onu tapmaq üçün bir neçə dəfə cəhd edib, amma cəhdlər səmərəsiz olub.

2002-ci ilin yanvar ayında “National Geographic” jurnalından bir komanda Əfqanıstana səfər edib.

O zaman McCurry Nasir Bağ qaçqın düşərgəsinin tezliklə bağlanacağını öyrənir, oranın sağ qalan sakinlərinin kimliyi haqda araşdırma aparır, sakinlərdən biri Şərbət Gulanın qardaşını tanıyır, onun şəhərinə xəbər göndərməyə nail olur.

Bundan sonra bir neçə qadın özlərini məşhur Əfqan Qızı kimi təqdim edir. 1984-cü ildə çəkilmiş fotonu görən bir neçə cavan oğlan hətta qızın öz arvadları olduğunu deyirlər.

Nəhayət, jurnalın heyəti 30 yaşlarında Şərbət Gulanı Əfanıstanın ucqar əyalətlərnin birində tapır; o, Pakistandakı qaçqın düşərgəsindən öz doğma ölkəsinə 1992-ci ildə qayıtmışdı.

Onun kimliyini göz bülluru testi ilə John Daugman təsdiq edir.

Şərbət düşərgədə olduğu vaxt fotosunun çəkildiyini xatırlayır. Özü heç vaxt “Əfqan qızı” şəklini görməyibmiş. Bu foto ona ilk dəfə 2002-ci ilin yanvarında göstərilir.

Qulanın valideynləri Sovet İttifaqı Əfqanıstanı bombalayanda öldürülüb. O zaman Şərbətin 6 yaşı varmış.

Nənəsi, qardaşı, üç bacısıyla birlikdə dağları keçərək Pakistana sığınıb və nəticədə 1984-cü ildə jurnalist onu Nasir Bağ qaçqın düşərgəsində görüb, fotosunu çəkib.

O, 13 yaşı olanda Rahmat Gul ilə evlənib və 1990-cı illərin ortalarında Əfqanıstandakı kəndinə qayıdıb.

Gulanın üç qızı var. Dördüncü qızı uşaq ikən ölüb.

Uşaqlarının təhsil alacağına ümid etdiyini deyib. Gula özünü səmimi qəlbdən müsəlman hesab edir. Burka geyinir və naməhrəm jurnalist McCurry ilə görüşməkdən çəkinib.

Ondan özünü təhlükəsiz hiss edib-etmədiyini soruşanda cavab verib: "Yox. Amma Taliban dövründə həyat daha yaxşı idi. Ən azı sülh və nizam-intizam vardı.”

Ondan necə sağ qaldığını soruşublar, “Allahın iradəsilə” - belə cavab verib.

Şərbətin axtarışı haqda sənədli film çəkilib. “National Geographic” onun şərəfinə Əfqan qızı Fondu yaradıb. Bu fond xeyriyyə təşkilatıdır, məqsədi əfqan qızları və gənc qadınlarının təhsilinə yardımçı olmaqdır.

2008-ci ildə fondun məqsədi genişlənib və adını dəyişdirərək Əfqan Uşaq Fondu ediblər.

Gulanı tapandan sonra “National Geographic” onun ailəsinin tibbi xərclərini ödəyib. Daha nə arzusu varsa onun üçün maliyyə ayıra biləcəklərini deyiblər.

Şərbət Məkkəyə Həcc ziyarəti səfərinin pulunu istəyib və "National Geographic" onun ziyarət səfərinin xərcini ödəyib.

***

15 sentyabrda amerikalı foto sənətkarı, "Əfqan qızı"nın müəllifi Steve McCurry Türkiyədə sərgi keçirəcək. Sərgidə son 30 ildə müxtəlif ölkələrdə çəkilmiş məşhur fotolarını nümayiş etdirəcək.

Aşağıdakı foto isə Şərbət Gulanın nə qədər çətin həyat yaşadığını göstərməkdədir.

Sharbat Gula
Sharbat Gula

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG