Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:06

75 dəqiqəyə roman yazmaq istəyirlər


Chris Farnel
Chris Farnel

- Kollektiv surətdə

Yazıçılar bir romana illərlə vaxt sərf edirlər. Axmaqdırlar, - bir qrup adam belə düşünür.

Onlar hər il olduğu kimi, bu il də 8 avqustda - şənbə günü 75 dəqiqəyə roman yazmaq üçün bir yerə toplaşacaqlar.

Lap uşaq oyununa oxşayır. Sessiyanın təşkilatçısı elmi fantastika yazıçısı Chris Farnell deyir ki, həmin gün əlli-altmış nəfər görüşəcək.

Toplananlar 45 dəqiqə ərzində süjet xəttini, xarakterləri və strukturu birlikdə düşünüb qərarlaşdıracaqlar, sonrakı yarım saatda isə hərəsi bir fəsli yazacaq.

Daha sonra fəsillər üst-üstə toplanacaq, yüngülvari redaktə ediləcək və pulsuz elektron kitab kimi nəşr olunacaq.

“Əgər sonda başlanğıcı, ortası, sonu olan bir hekayə əldə etsək və bu əldə etdiyimiz hekayəni başdan sona doğru çox hıqqıldamadan oxumaq mümkün olsa, məqsədimizə çatmış sayılırıq.

Amma səmimi desəm, hekayənin alınmasından çox bizim bu sessiyada nə öyrənməyimiz vacibdir."

Sessiya haqda xəbəri dünyanın "The Daily Paris Review", "The Guardian Books" və başqa önəmli ədəbiyyat səhifələri yayıb. "Amma bu romandan "Booker"-in uzun siyahısına düşəcəyini gözləmə" - qəzetlərdən biri xəbəri belə şərh edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG