Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 10:51

-

"Plansız, struktursuz, sadəcə ürəkdən gələn kimi yazmaq olar, amma həyat çox qısadır."

Gənc yazarlara məsləhətlər

Yazmaq sənəti rurbrikasında bu həftə yazıçı Randy Ingermansonun "Roman yazmağın Qar dənəciyi metodu" bestseller kitabından məqaləni təqdim edirik:

Roman yazmaq üçün Qar dənəciyi metodu

Dizaynın vacibliyi

Yaxşı roman sadəcə yazılmır, həm də tərtib olunur. Dizayn işini romanı yazmazdan əvvəl və ya sonra görə bilərsən. Mən öz yaradıcılığımda hər iki yolu sınamışam və inanıram ki, bunu qabaqcadan etmək daha yaxşı nəticəyə aparır.

Dizayn çətin işdir, əvvəlcə dizaynın özünün də qaydasını bilmək lazımdır. Bu məqalə sənə romanını dizayn etmək üçün güclü bir metafora verəcək.

Romanı necə dizayn etməli?

Çox illər mən kompüter proqramları tərtib etmişəm. Romanlarımda da həmin tərtibat üsulundan istifadə edirəm. Üsulun adı “Qar dənəciyi”-dir.

Qar dənəciyi geniş şəkildə tədqiq olunmuş önəmli bir riyazi obyektdir. Qar dənəciyi şəklinə diqqətlə baxsan, onun əsasında üçbucaq dayandığını görərsən. Bu üçbucağa guşələr artırmaqla ulduza, daha bir neçə guşə artırmaqla qar dənəciyinə çevirmək olar.

Romanlar da belə tərtib olunur. Əvvəlcə kiçik işdən başlayırsan, ideyanı hekayəyə çevirənə qədər ona guşələr artırırsan.Bu işin bir hissəsi sırf yaradıcılıqdır, onu sənə öyrədə bilmərəm.

Bu işin bir hissəsi sırf yaradıcılıqdır, onu sənə öyrədə bilmərəm. Amma...

Ən azı burada.

Amma işin o biri hissəsi qurmaqdır. Yaradıcılığı yaxşı qurulmuş romana çevirmək – budur mənim gənc yazıçılara öyrətmək istədiyim məsələ.

Romana başlamazdan əvvəl uzun müddət onun haqqında düşünürsən. Bəzi araşdırmalar aparırsan. Fikirləşirsən, götür-qoy edirsən. Müxtəlif xarakterlərin səslərini eşitməyə başlayırsan.

Romanın nə haqda olacağı haqda fikrini qətiləşdirirsən, Böyük Mövzunu tapırsan. Bu, hər bir kitabın əsasında dayanan ilk, qeyri-rəsmi prosesdir və hər bir yazıçı bunu fərqli cür edir.

Artıq belə bir ideyan varsa işə başlamazdan əvvəl bir az tərtibat işi görməlisən.

Niyə? Çünki birincisi, yaddaşa güvənmək olmaz. İkincisi, yaradıcı işdir və hekayədə çoxlu boşluqlar ola bilər, yazmağa başlamamış o boşluqlar doldurulmalıdır.

Ancaq dizayn işini də elə görmək lazımdır ki, bu proses hekayəni yazmaq eşqini öldürməsin.

Budur, mənim on addıma böldüyüm dizayn prosesi. Mənə öz romanlarımı yazmaqda kömək edir, ümid edirəm, sizə də kömək edəcək.

1-ci addım. Bir saat vaxt ayırıb romanının bir cümləlik rezümesini yaz. Məsələn, belə bir şey: “Bir yaramaz həkim həvari Paulu öldürmək üçün zaman səyahəti edir.”

Romanının belə bir cümləlik sinopsisi həmişə, gələcəkdə romanı nəşrə göndərəndə də sənə gərək olacaq. Bu cümlə böyük mənzərədir, necə ki, qar dənəciyi sadə üçbucaqdan başlanır.

Bu cümlə gələcəkdə redaktorları da, oxucuları da cəlb etmək üçün ilgək rolu oynayacaq. Odur ki, çalışıb yaxşı bir sinopsis yaz.

O cümlə nə qədər qısa olsa, o qədər yaxşıdır. Çalış 15 sözdən artıq olmasın. Orada xarakterlərin adları olmasın. “Yaramaz həkim” demək “Jan Do” deməkdən yaxşıdır. Bu hekayədə hansı xarakter daha çox şey itirir və nə qazanmaq istəyir?

Bir cümləlik roman sinopsisi yazmağı başqa, satışda olan kitabların cildlərindən də öyrənə bilərsən.

2-ci addım. Bir saat da ayır, bu cümləni bir abzasa çevir. Bu abzas romanın böyük miqyasda gedişatı, hadisələri və sonluğu haqda olsun.

Qar dənəciyində üçbucaqdan sonra gələn ikinci mərhələ kimi.

Mən “üç fəlakət və ardınca sonluq” formasından istifadə edirəm. Hər bir fəlakət və sonluq kitabın dörddə birini tutur. Bu, ideal forma olmaya bilər, sadəcə mənim zövqümü ifadə edir, siz onu dəyişdirə bilərsiniz.

Əgər bu üç-aktlı struktur üzərində dayansanız, onda birinci fəlakət Binci Aktın sonunda, ikinci fəlakət İkinci aktın ortasında, üçüncü fəlakət İkinci Aktın axırında olmalı, Üçüncü Akt isə onların hamısını qutu kimi büküb əhatə etməlidir.

Dünyanın əksər romanlarında birinci fəlakət xarici bir səbəbdən baş verir, digər iki fəlakətsə baş qəhrəmanın “işləri düzəltmək” cəhdlərindən doğur. İşlər pisləşdikcə pisləşir.

Bir abzaslıq sinopsisini beş cümlədən artıq uzatma. Bir cümlə hekayənin ideyası və zəmini üçün. Üç fəlakətin hər birinə bir cümlə. Bir cümlə də sonluq haqda. Bu abzas bütün hekayəni əhatə edir, bunu gələcəkdə kitabının arxa qapağında olacaq çıxarışla qarışdırma, orada yalnız hekayənin dörddə biri haqda məlumat olur.

3-cü addım. İndi xarakterlər haqda yazmalısan. Onlar hər hansı romanın ən vacib hissəsidir. Hər bir qəhrəmana bir saat vaxt ayırmaqla hərəsi haqda bir səhifəlik yazı yaz və bunları aydınlaşdır:

  • Adlarını
  • Xarakterin hekayə xəttinin bir cümləlik çıxarışı
  • Xarakterlərin motivasiyası (Ümumən, mücərrəd desək, nə istəyirlər?)
  • Xarakterlərin məqsədləri (konkret nə istəyirlər?)
  • Xarakterlərin münaqişəsi (məqsədinə çatmaqda ona nə mane olur?)
  • Xarakterlərin epifaniyası (o başına gələn bu hekayədən nə öyrənir, necə dəyişilir?)

Vacib bir məqam: Xarakterlərin haqda yazdıqca geri qayıtmaq, bir cümləlik rezümeni və ya bir abzaslıq rezümeni dəyişdirmək, ora nə isə əlavə etmək ehtiyacı yarana bilər.

Olsun! Bu o deməkdir ki, xarakterlər sənə hekayən haqda nələrsə öyrədir. Tərtibat prosesində geri qayıdaraq nələrisə dəyişdirmək. düzəltmək həmişə mümkündür. Bu, qaçılmazdır.

İndi etməsən, sonra roman yazdıqca etməli olacaqdın bu işi, 400 səhifəlik əlyazmalarda isə belə dəyişikliklər etmək asan olmur.

Başqa bir vacib məqam: Mükəmməl olmaq məcburiyyəti yoxdur tərtibat prosesidə. Hər bir addımın məqsədi səni növbəti addıma aparmaqdır.

Hekayəni daha yaxşı başa düşdükcə həmişə geri qayıda və düzəliş apara bilərsən.

4-cü addım. Bu mərhələdə yəqin ki, artıq romanın geniş ölçüdə strukturu haqda təsəvvürün daha aydın olacaq. Hələlik, bir-iki gün sərf etmisən. Bəlkə də bir həftə.

Əgər hekayədə boşluqlar varsa, indi onları bilirsən. Yaxşı ki, indi görürsən o boşluqları, qaralama üzərində 500 saat xərcləyəndən sonra deyil. İndi isə böyüt. Bir neçə saat ayırmaqla hər bir cümləni abzasa çevir.

Bu, həm də əyləncəli olacaq. İdeyaları böyüdürsən. Konflikti dərinləşdirirsən...

5-ci addım. Bir-iki gün ayırmaqla hər bir baş xarakterin haqda bir, ikinci dərəcəli xarakterlərin haqda isə yarım səhifəlik sinopsislər yaz. Bu “xarakter sinopsisləri” hekayəni hər bir qəhrəmanın dilindən ayrıca nəql etsin.

Sonradan görəcəksən ki, süjetə əsaslanan sinopsisdənsə, xarakter sinopsisini redaktorlara göndərmək daha yaxşı olar. Redaktorlar xarakter sinopsislərini xoşlayırlar.

6-cı addım. İndi isə bir səhifəlik sinopsisləri 4 səhifəlik sinopsislərə çevirmək üzərində çalış. Bu mərhələ sənə yüksək məntiqlə hekayən haqda düşünməyə şərait yaradacaq. Yeni ideyalar yaranacaq.

7-ci addım. Bir həftə vaxt sərf etməklə xarakterlərin hər biri üçün cədvəl qur və hər bir detalı yaz. Nə vaxt doğulublar, motivasiyaları, məqsədləri nədir və ən əsası, romanın sonuna doğru necə dəyişiləcəklər.

Bu mərhələ 3-cü mərhələyə bənzəyir və sənə xarakterlərin haqda çox şey öyrədəcək. Xarakterlərin haqda daha çox bildikcə onlar daha çox “real” insanlara çevriləcəklər və hekayəni özləri həll edəcəklər.

Ən yaxşı nəsr xarakterlərin idarə etdiyi nəsrdir. Əgər sən tanınmış yazıçısansa, bu mərhələdə atıq sinopsisi nəşriyyatlara sata bilərsən, pulu alıb sonra roman yazarsan. Əgər tanınmamış yazıçısansa, onda hələ romanı yazmalısan.

8-ci addım. Elə bir kağızda və ya kompüter proqramında yazmağa başla ki, bütün yuxarıdakı qeydlərin də gözlərinin qarşısında olsun. Hekayəni qoyduğun yolla inkişaf etdir.

9-cu addım. Fəsilləri bir-birindən ayır. Abzasları bir-birindən ayır. Bu mərhələdə ağlına elə fikirlər gələcək ki, onları artıraraq genişləndirmə işləri görəcəksən. Bu, romanın qaralamasıdır və hələ onu heç kəsə göstərmə.

10-cu addım. Bu mərhələdə sən hekayənin necə sürətlə və asan axdığına heyrət edəcəksən. Bu, sənin romanı yazmağını üçqat sürətləndirəcək.

Deyə bilərsən ki, hekayənin yaradıcı ruhu ölüb getdi bu qədər proseslərdən keçincə. Amma sən Qar dənəciyini hazırlamaq işinə həddən atıq vaxt ayırmamısansa o ruh ölməyəcək.

Sən sadəcə kiçik miqyaslı məntiqi xətalar etməmək üçün indidən tədbir gördün.

Romançıların ilk qaralamanı yazmağın çətinlikləri haqda şikayətlərini yəqin ki, çox eşitmisən. Bu, ona görə belə olur ki, onların əlində növbəti addımın açarı olmur.

Plansız, struktursuz, sadəcə ürəkdən gələn kimi qaralama yazmaq olar, amma həyat çox qısadır. Sərkərdan qaralamalara 500 saat ayırmaqdansa konkret stukturla qaralama mərhələsini qısa zamanda tamamlaya bilərsən.

Bu yolla yazılan romanın arxa planının nə qədər səliqəli, əsaslı və məntiqli olduğuna özün də heyrət edəcəksən.

Oxu zalı

Günün bütün mövzuları

XS
SM
MD
LG