Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:58

"Bakıda məmurların villaları sökülür"


Arxiv fotosu
Arxiv fotosu

-

"Bakıda məmurların villaları sökülür"

“Azadlıq” qəzeti yazır ki, Bakıda, Salyan şosesində (“Ramada” otelinin yaxınlığı) oliqarxların və məmurların villalarının söküntüsünə başlanılıb.

“İndiyə qədər yeni Velotrek ətrafında artıq 10-dan artıq dəbdəbəli villa sökülüb.

Villaların və bağ evlərinin söküntüsü hazırda da davam edir. Əraziyə xeyli sayda inşaatçılar və texnika cəlb olunub. Hakimiyyətin onlarla dəbdəbəli və bahalı villanın sökülməsinə hansı səbəbdən qərar verməsi məlum deyil”.

"Saat kimi"

“Azərbaycan” qəzeti yazır ki, Avropa Oyunlarının keçriilməsi üzrə Təşkilat komitəsi belə işləyir.

“Bəli, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi bu qurum həm nizamlı saat kimi işləyir, həm də Bakının Azneft meydanında qurulan və geriyə işləyərək I Avropa Oyunlarına qalan müddəti əks etdirən saatın göstəricilərini daim nəzərə alır. Beləliklə, görülən işlərin zamana uyğunluğunu dəqiqliklə təmin edir”.

Qəzet yazır ki, Təşkilat Komitəsinin işə yüksək məsuliyyət və peşəkarlıqla yanaşması, dəqiq və intizamlı çalışması sayəsində başqalarının 84 aya görə biləcəyi işi üç dəfə az müddətə - 30 aya, həm də keyfiyyətlə icra edib.

“I Avropa Oyunlarının rəmzi kimi Narın və Ceyranın seçimi də son dərəcə uğurludur. Nar Qurani-Kərimdə adıçəkilən 5 meyvədən biridir. Ceyran isə zərifliyi və gözəlliyi, dincliyi ilə fərqlənən varlıqdır.Təşkilat Komitəsinin yüksək zövqlə hazırladığı “alov avadanlığı” da maraqlı dizaynı və milli elementləri ilə diqqət çəkir”.

Rayon qeydiyyatında olan avtomobillərin Bakıya girişinə qadağa

Rayon qeydiyyatında olan maşınların Bakıya girişinə qadağa qoyulub.

“Bizim Yol” qəzeti yazır ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsi məlumat verib.

İdarədən bildiriblər ki, birinci Avropa Oyunlarının keçirildiyi müddətdə iyunun 1-dən 30-dək paytaxt ərazisinə yük avtomobillərinin daxil olmasına tam, digər nəqliyyat vasitələrinin hərəkətinə isə müəyyən məhdudiyyətlərin tətbiqi nəzərdə tutulub.

Sıxlıq yaranmasın deyə rayon sakinlərinin avtomobilləri Bakıya buraxılmayacaq. “Əhalidən, həmçinin həmin müddətdə sərnişinlərin istifadəsinə veriləcək müasir, komfortlu ictimai nəqliyyat vasitələrindən istifadə etmək xahiş olunur”.

XS
SM
MD
LG