Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:53

Elə yoxsan ki, əzizim...


Dilqəm
Dilqəm

-

Dilqəm

Sən heç olmadın


Sən heç olmadın əslində
Elə lap əvvəldən
Nə axşamları gördüm solğun gülüşünü,
Nə də səhər tezdən islaq əl-üzünü.

Sən heç olmadın əslində
Elə lap əvvəldən
Gözlərinə heç baxmadım dərin-dərin,
Olmadı ki, darıxanda yanına gəlim.

Sən heç olmadın yanımda mənim
Elə lap başından
Keçmədin heç uzaqdan da
Görsəm də ən yaxın halda
Üşüyürdün yuxularımda.

Sən heç olmadın əslində
Elə lap əvvəldən
Nə mən bir gün olsun unutmadım səni,
Nə də sən heç tərk etmədin məni.

Sən heç olmadın əslində
Elə lap əvvəldən
Əllərimdə titrəmədi əllərin
Heç bilmədin əslində
Saçların nə rəngdədir.

Sən heç olmadın əslində
Elə lap əvvəldən
Nə sənin cəsarətin çatdı sevmirəm deməyə,
Nə də mən özüm heç doğru-dürüst sevmədin.

Sən heç olmadın əslində
Elə lap əvvəldən,
Ən başından
Olmadın heç.

Gör nə qədər yoxsan

İndi elə yoxsan ki, əzizim
İnan, heç kim baş açmaz bu yoxluqdan
Bircə bilsən necə yorğunam,
Ayaqlarını soyunub gələrsən.

Elə yoxsan ki, əzizim
Heç kim başa çıxmaz yoxluğunla
Bilsən ki, gecələr çox qorxuram
Saçlarını açıq qoyub gələrsən.

İndi o qədər yoxsan ki,
İnan, kim olsa
Baş götürüb qaçar bu yoxluqdan
Bircə bilsən buz kimi soyuğam
Hıçqırığa boğulub gələrsən

O qədər yoxsan ki, əzizim
Bütün küçə itləri sənin gəlişini gözləyir
İsadan qabaq
Bircə bilsən necə müqəddəssən
Tanrını geridə unudub gələrsən.

Bircə bilsən ki, əzizim
Günahlarımdan qəfəs düzəltmişəm özümə
Tanrı olub gələrsən.

Böyütmürəm vicdan haqqı, deyim biləsən
İndi sənin yoxluğun
Tanrının varlığına bədəldi
İnanmırsan keç içəri, keç özün bax
Gör nə qədər yoxsan, əzizim
Gör nə qədər yoxsan..

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG