Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:10

«İsa peyğəmbərin arvad-uşağı olub» [Yeni kitab]


-

"İsa Məsihin Mariya Maqdalena adlı gizli arvadı olub, həmin arvaddan da iki oğlu".

"Washington Post" yazır ki, bunu yeni çap edilmiş “The Lost Gospel” (İtirilmiş İncil) kitabının müəllifləri iddia edirlər:

Kanadanın York Universitetinin professoru Barrie Wilson və sənədli film rejissoru Simcha Jacobovici deyirlər ki, xristian peyğəmbərinin əsl kimliyi əsrlər boyu yalan məlumatlar və yozumlar içində gizlədilib:

“Vatikanın həmişə qorxduğu məsələ (Dan Brown-un “Da Vinçi kodu” əsərində yalnız şübhələndiyi məsələ) axır ki həqiqətə çevrilib üzə çıxdı”.

Kitab arami dilində yazılan və 1500 il yaşı olan əlyazmaya əsaslanır. Həmin əlyazma Britaniya Kitabxanasında tapılıb.

Heyvan dərisi üzərindəki həmin yazılar Britaniyaya1847-ci ildə gətirilib – Misirdəki kilsələrin birindən.

O zamanın alimləri əlyazmanı tədqiq etmiş və əhəmiyyətsiz eksponat kimi arxivə vermişdilər.

İsa Məsihin ailə qurması və arvadının uşaq dünyaya gətirməsi məsələsi məşhur Amerika rejissoru Martin Scorsese-nin 1983-cü ildə çəkdiyi “İsa Məsihin son günahı” adlı qalmaqallı filmində də əksini tapıb.

Mariya Maqdalena. İspan rəssamı: José de Ribera
Mariya Maqdalena. İspan rəssamı: José de Ribera

Dini mətnlərdə Mariya Maqdalena İsa Məsihin tərəfdarı, onun çarmıxa çəkilməsinin şahidi olan qadın kimi təqdim edilir.

Filmdə isə o, pis yola düşmüş qadındır, İsa Məsih onunla ailə qurur və onların övladları olur.

Amma bir çox ruhanilər və alimlər bu nəzəriyyəni, xüsusən də yeni kitab müəlliflərinin yazdıqlarını rədd edirlər.

Arizona Universitetində çalışan arxeoloq William G. Dever deyir ki, bu bir reklam tryukudur və müəlliflərini varlandıracaq, amma eyni zamanda bu, faktı təxəyyül məhsulundan ayıra bilməyən milyonlarla günahsız insanı məyus edəcək.

washingtonpost.com

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG