Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:13

Yayda toz, payızda bataqlıq-Çarxana yolları...


-

Gözlə

No media source currently available

0:00 0:02:39 0:00
Direct-ə keçid

Siyəzənin mərkəzi yolları abad olsa da, kəndlərə aparan qolları bədbad gündədir. Çarxana kənd sakinləri hər yağış yağandan sonra bu yollarda əziyyət çəkdiklərini deyirlər.

«ŞALVARLARIMIZIN ƏTƏYİNİ ÇIRMALAYIB KEÇİRİK»

Çarxanalı Baba dayı yolu keçəndə şalvarının ətəyini qatlayıb keçir:

Çarxanalı Baba dayı
Çarxanalı Baba dayı

«Nə bələdiyyə, nə icra nümayəndəliyi yola baxır. Uzunboğaz çəkmə geyinməsək, mümkün deyil. Şalvarımızın ətəyini qatlayırıq, yolu birtəhər keçirik».

Bu yollarda sürücülərin vəziyyəti piyadalardan daha acınacaqlıdır. Kənddən Siyəzənin mərkəzinə müştəri aparıb-gətirən sürücü Əmrah qazandığı pulun çox hissəsini «Jiquli»-nin üstünə qoyduğunu deyir:

«Yağışdan sonra suyun altında qalan çuxurları görmək olmur. Düşürük çuxura, çıxa bilmirik. Maşın da indi Siyəzəndə çox ailələrin çörək ağacıdır. Məcbur qalıb borca-xərcə girib təmir etdirməli oluruq».

ÇARXANA MƏKTƏBLİSİNİN QALOŞU...

Kəndin özündə də yol infrastrukturu baxımsız vəziyyətdədir. Bir sözlə, Siyəzənin əksər kəndləri yağışdan sonra eyni aqibəti yaşayır. Yayı tozlu-tozanaqlı, payızı-qışı palçıqlı..

Sakin:

«Məktəb yolun o üzündədir. Uşaqlara qaloş geyindirib məktəbə yola salırıq. Küçənin palçığı evlərimizdədir».

Kənd məktəbində 6-cı sinifdə oxuyan Heybətin istəyi:

«Nə deyimeee, pis gündədir yollarımız, düzəltsələr əla olar. Məktəbə gedib gələ bilmirik. Məktəbi də pis günə qoyuruq».

KANALİZASİYA OLMASA HƏR ŞEY YALANDIR…

Kənd axsaqqallarından Ərşad kişi
Kənd axsaqqallarından Ərşad kişi

Kənd axsaqqallarından Ərşad kişi isə deyir ki, problem təkcə yolların bərbad olmasında deyil, həm də kanalizasiya sisteminin yoxluğudur:

«Kanalizasiya olmasa hər şey yalandır. Hər yağışdan sonra vəziyyətimiz budur. Sular yığılır yollarda, qəzalar artır, üst-başımız palçıqlı… Gərək bələdiyyə, icra nümayəndəliyi düşünsün bu barədə».

Sakinlər danışırlar ki, Şimal bölgəsi olduğundan bəzən yağışların arası kəsmir, günlərlə yağır. Onda vəziyyət lap ağır olur. Küçələr, su içində qalır. Əmələ gələn gölməçələrdəki yağış suları az qala dizə qalxır. Sakinlər kənddə heç olmasa suçəkən nasosların quraşdırılmasını istəyirlər.

İCRA HAKİMİYYƏTİ ZAMAN İSTƏYİR…

Siyəzən rayon icra hakimiyyətindən isə bildiriblər ki, kənd yollarının və kəndiçi yolların təmiri ilə bağlı layihə hazırlanaraq müvafiq qurumlara təqdim edilib. Çarxana da belə kəndlərin siyahısındadır. Layihəni gerçəkləşdirmək üçün sadəcə, zamana ehtiyac var.

XS
SM
MD
LG