çərşənbə axşamı, Fevral 09, 2016 Bakı vaxtı 00:59

    Siyasət

    Prokuror Gülər Əhmədovaya 4 il iş istədi [Video]

    Prokuror Gülər Əhmədovaya 4 il iş istədii
    || 0:00:00
    ...  
     
    X
    18.11.2013
    Noyabrın 18-də sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev Gülər Əhmədovaya 4 il həbs istəyib. Prokurorun fikrincə, Gülər Əhmədovanın himayəsindəki azyaşlı uşaq, onun ictimai fəaliyyəti nəzərə alınmalıdır.

    Bunu da oxu

    Video Gülər Əhmədova: Heç kimdən pul almamışam [Video]

    Gülər Əhmədova Sevinc Babayevanın onun köməkçisi olmadığını, əksinə, Elşad Abdullayevlə ailəvi dost sayıldığını söyləyib.

    Video Sevinc Babayevanın bacısı: «Həkim mənə dedi ki, bacınızı zəhərləyiblər, 6 ay ömrü qalıb»

    Noyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçən prosesdə Sevinc Babayevanın bacısı ilə xalası ifadə verib.

    G. Əhmədova: Elşad Abdullayevin maskasını cırıb göstərəcəm

    Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib
    -
    Noyabrın 18-də sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib. Prosesdə çıxış edən dövlət ittihamçısı Eldar Həmzəyev Gülər Əhmədovaya 4 il həbs istəyib.

    Prokurorun fikrincə, Gülər Əhmədovanın himayəsindəki azyaşlı uşaq, onun ictimai fəaliyyəti, parlamentin 3 çağırış deputatı olması yüngülləşdirici hallar kimi nəzərə alınmalıdır.

    Dövlət ittihamçısı təqsirləndirilən şəxsin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini də məqsədəuyğun sayıb.

    Çıxış etmək üçün söz Gülər Əhmədovanın vəkili Əfsər Talıbova verilərkən, o, çıxışa hazır olmadığını əsas gətirərək məhkəmədən vaxt istəyib.
    Proses noyabrın 21-də davam etdiriləcək.
     
    «MƏNİ BURDAN ÇIXARIN...»
     
    Gülər Əhmədovanın vəkili Əfsər Talıbov vəsatətlə çıxış edərək  Elşad Abdullayevin videoçəkilişləri qanunsuz apardığını söyləyib:
     
    «Elşad Abdullayev Gülər Əhmədova haqqında yalan məlumat verdiyi, KİV-də şər-böhtan xarakterli məlumatlar yaydığı üçün məhkəmə onun əməlinə hüquqi qiymət verməlidir. Görüntülərin qanunsuz əldə edilməsi də hüquqi qiymətini almalıdır».
     
    Əfsər Talıbov yayılan videonun bir formatdan başqasına köçürüldüyünü və gerçək görüntü olmadığını da deyib. Vəkil onu da bildirib ki, həmin görüntülər sübut kimi qəbul edilə bilməz:
     
    «Elşad Abdullayevin sözçüsü Elnur Məcidli hər dəfə deyir ki, bizdə 5 saatlıq tam video var, üzərində tamamlama işləri aparılır, mətbuata açıqlanacaq. Bu onu göstərir ki, həmin materialın üzərində montaj işləri gedir».
     
    Dövlət ittihamçısı Eldar Həmzəyev istintaq orqanının bu məsələ ilə bağlı cinayət işi başladılmasını rədd etdiyini əsas gətirərək, vəsatətin təmin olunmayacağını söyləyib. Prokuror ekspertizaya şübhə olmadığı üçün bu vəsatətin də rədd olunmasını təklif edib.
     
    Məhkəmə vəsatətləri rədd edib.
     
    «HEÇ BİR İNKİŞAF ETMİŞ VƏ ETMƏMİŞ ÖLKƏDƏ BELƏ BİR ŞEY YOXDUR»
     
    Gülər Əhmədova Elşad Abdullayevin bacısı oğlundan dayısının videoların tam versiyasını göndərməsini xahiş etdiyini söyləyib:
     
    «Lakin o göndərməyib. Videolar əsl deyil, ekspertiza da dolaşıq rəy verib. Bu şəkildə adam tutmaq olursa, mənim adımı və soyadımı daşıyan, qaşı-gözü mənə oxşayan başqa bir adam tapın gətirin. Məni burdan çıxarın, əvəzində onu həbs edin. Əsli olmayan şeyə görə mən 10 aydır həbsdəyəm. Əsli olmayan videoya ekspert rəy verir, mən həbs olunuram. Heç bir inkişaf etmiş və etməmiş ölkədə belə bir şey yoxdur. Dünyanın heç bir ölkəsində belə bir videonu qəbul etməzlər. Elşad Abdullayev orada oturub, bura videosurət göndərir (görünür, videomontaj nəzərdə tutulur, çünki videonun orijinalı və surəti, həmçinin format dəyişmələri görüntüdə fərq yaratmır – red.), mən həbs olunuram. Elşad Abdullayev videonun əslini heç vaxt üzə çıxara bilməz. Çünki o da bilir ki, əslində nə var, mən də bilirəm əslində nə var. Elşad bilir, orda kimin dalınca danışıb və nə cavabı alıb. Ona görə əslini göstərmir». 
     
    Gülər  Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə ) maddələri ilə təqsirləndirilir.
    Bu forum dayandırılıb
    Şərhləri sırala
    Şərhlər
         
    Kimdən: Anonim
    19.11.2013 09:24
    Gülər sıradan bir aradüzəldən idi, və zibillərinin hələ heç bir faizi də üzə çıxmayıb. Görün bunun sahiblərinin nə sirləri var...

    Kimdən: nata Haradan: baki
    19.11.2013 07:32
    adamdu indi 1000000 aticey 4 il yatib cixicey bu pulnan omrunun axirinacan kef elicey goresen 3000000 atana 12 il yoxsa ele onada 4 il iw duwur bu prokurTura ozunu neycun camaata guldurur bawqasi 500 alsa prokuror 12 il iw istiyer kohne hamam kohne tas
    Cavab

    Kimdən: Etibar Haradan: Baki
    20.11.2013 05:26
    3000000 atana 2 il serti is verirler bizde..sebebi odu ki,cok atan yukari cok pull verir...

    Kimdən: demadim Haradan: SSRI
    19.11.2013 03:31
    Bunun adi teatrdi. Yani camaat sanin cazalanmagini istayir, san day ozumuzinkisan san 4 il veririk, amma sasini cixarma haaa. Yaman qorxurlar ki, sasi cixar. Ola bilsin ki, 4 ili onunla razilasdiriblar. Azarbaycanda insanlarin cibina nahsa atib, sarlayib 7-12 il is verirlar bunun hec mulkunuda musadira etmak istamirlar. Demali, Elsad duz deyirda.

    Kimdən: Fair Haradan: New York
    19.11.2013 02:52
    4 il cok azdir,buna 14 il vermek lazimdir.Bu insan cox evler yixib.

    Kimdən: İnanan Haradan: Yelax
    18.11.2013 22:12
    Mən bir vətəndaş kimi çox həyfsəlinəm ki, ... olmayan koorupsiya başında duranın kişiliyi çatmadı və qadının zəyifliyindən istifadə edərək onun həbsə atmasına çalışdı. Siz necə başınıza papaq qoyursunuz. ...Hamı bilir ki, pulu kim alıb və bu cinayyətlərin başında kim dayanıb. Siz hakimlər niyə buna rəvac verirsiniz, Heç zərrə qədər vicdanız var? Gülər qorxudan ad çəkmir və çəkməyəcəkdirdə, çünki, O yasamal suyu içib.
    Cavab

    Kimdən: Aslan Haradan: Baki
    19.11.2013 14:21
    Yasamal cuyu iceb deyirsen ,nece olur Yasamal suyu icen bu [xanim demeye adamin dili de gelmir]RUSHVETXOR ARADUZELDEN Evez Zeynallini sherleyib 9 il ish verdirdi.Onun susmasi Yasamal suyunun tesirinden deyil onun sahiblerinin hede ve qorxusudu.
    Cavab

    Kimdən: Mery911 Haradan: sibre-surgunlerden
    19.11.2013 09:22
    Gülər qorxudan ad çəkmir və çəkməyəcəkdirdə, çünki, O yasamal suyu içib. ANLAMADIM YASAMAL SUYU ICEN QORXAQ OLUR? yazanda fikirlew yaz. Guler ad cekmekden qorxursa ona YASAMAL suyu ...OZ malini canini xalqindan ustun tutan birinden daha ZALIM kim olar!!!!
    Cavab

    Kimdən: Anonim
    19.11.2013 09:16
    Qadın və ya kişi nə fərq edir? Bir insan cinayət törədibsə cəzasını çəkməlidir. Hələ Gülər kimi hər cür fırıldaqdan çıxan bir "qaynana"nı heç demirəm. Sizin narahat olmağınıza ehtiyac yoxdur, sizin yerinizə artıq prokuror narahat olub və cəmi 4 il iş istəyib. Bunun bir də apellyasiyası var. Yəni maksimum 2 il iş verəcəklər.
    P.S Yasamal suyu nə idi? Yasamal suyu içən qorxur yoxsa Yasamal suyu içən ad çəkmir?

    Kimdən: Anonim
    18.11.2013 21:01
    Bu mahir deleduza 4 I?? Buna minimum 14 il lazimdir!! Ozu de emlaki tam musadire olunmagla!!
    Cavab

    Kimdən: Anonim
    19.11.2013 09:20
    Gülər çox bic qadındı. Bu nə qədər cilddən cildə girsə də, istənilən qabın formasını alsa da yenə də tədbiri əldən verməyib. Əgər bunun əlində yuxarıdakılara qarşı kompromat olmasaydı bunu çoxdan öldürüb atmışdılar bir tərəfə.

    Mənə ən çox istənilən söhbəti "artıq ət"ə gətirmələri ləzzət edir. Stanislavski demişkən artıst gərək obrazı qəbul eləsin...
    Cavab

    Kimdən: Mery911 Haradan: sibre-surgunlerden
    18.11.2013 21:52
    wair MOWU demiw: AYE EGALOGIYA BUDU? indi bu hokumet KORUPSIYAYA QAWRI MUBARIZE BUDU? O videoda adlari cekilenlerde dindirilmedi. cox. Aciq awkar bu gozden perde asmaqdi. Yeqin verilen 4 ilde Gulerin az yawli uwaqina gore cezasini evde cekmekden ibaret olar.

    Kimdən: Tarix Haradan: Görsənənlərdən
    18.11.2013 19:28
    BİABIRÇILIQ!Bu qədər dünyalarca xəcalətin,milyonlarla cinayətin,onlarla bədbəxtliklərin bədəli,bir adi xuliqanlıq qədər 4il həbsə necə bərabərləşdirildi?Bəs ədalətin adının bu qədər ucuzlaşıb,hörmətsizləşməsinin günahı kiminsə böynuna olacaqsa,olsun,axı insanların etibarı,inamı,heysiyyətinin bu cür yerə vurulması eyib deyilmi?Niyə insanları bu qədər növlərə ayırmaqla onları yalana,kələk,hiyləyə öyrətməklə insanlıqdan,halallıqdan üz döndərməyə,buna uyğun fərariliyə,namərdliyə,üzdə bir,əslində başqa cür olmağa nümunə göstərib,vicdan sözünə nifrət etdirirsiniz?Bu,necə siyasət,imicdir?Axı,bu illər,insanlar öləri,əməllər qalarıdır.Nə,necə izlər qoyursuz?

    Kimdən: fbt Haradan: baki
    18.11.2013 17:40
    Korrektor herf sehvlerine diqqet et!!!!

    Kimdən: Azer Haradan: Baki
    18.11.2013 15:39
    Guler kime ve neye etiraz edir axi?!
    Ozu Evez Zeynallini tutdurdu. Ortada hec bir subut olmadan, delil olmadan. Indi hansi edaletden danishir?!
    Bilmirdiki bir gun oz bashina da gelecek..

    Kimdən: bashibelali millet ovladi Haradan: yurddan
    18.11.2013 14:42
    her sheye haqq qazandirmaq mumkundu.haminiz bir-birinizin tayisiniz,yeyin bir-birinizi,kash ki,milletden el cekeydiniz birce.
    Cavab

    Kimdən: Mery911 Haradan: sibre-surgunlerden
    18.11.2013 15:31
    BU weiklide Guler Pakistanli pakistanli qiz<<<< Malalaya>>>> oxwayir. deyesen hicab taxmaqi ondan oyrenib.
    Mobil əlavə
    Başqa sorğulara da bax Sorğu arxivi

    FORUMLAR

    Hər rayon özü-özünü dolandırmalı olacaq - Əli Həsənov

    “Hər il Çindən Avropaya və əksinə 300 milyon tondan çox yük daşınır. Azərbaycan bunun 10 faizini qəbul edib ötürə bilsə, əldə olunan gəlirlər çox böyük perspektivlər açacaq”

    16 şərh

    Akif: Əli Həsənov sizin hakimiyyət korrupsiya siyasəti əvəzinə düzgün iqtisadi siyasət aparsaydınız, ölkə belə ... davamı

    640 milyon dollarlıq stadiondan toyxana kimi istifadə ediləcək

    «Yayda da Schumacher-in maşınını prokata götürərsiniz, gəlin maşını kimi…».

    16 şərh

    Samir: Gör nə günə qalmışıq olimpiya stadionunuda toyxanaya kababxanaya döndərdilər. Bəs bu pullar hansı ... davamı

    İcarə

    Rəssamın ifadə etmək istədiyi fikrə münasibətini sən də yaz, polemikaya qoşul.

    14 şərh

    DERDLİ: Azerbaycanın bir hissesi 23 ildir ki, icarededir. Yeqin ki, özüne ticaret üçün tikib, ... davamı

    Ən çox...