Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:29

Gülər Əhmədova: Heç kimdən pul almamışam [Video]


Gülər Əhmədova: Heç kimdən pul almamışam
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00
-
«Mənə qarşı olan ittihamlar əsassızdır, istintaq ədalətli aparılmır».

Oktyabrın 28-də keçirilən məhkəmə prosesində sabiq deputat Gülər Əhmədova belə deyib.

Foto: Publika.az
Foto: Publika.az
​O, montaj olunduğu və gizli çəkildiyi üçün videogörüntülərin sübut kimi istintaqa əlavə edilməsinin konstitusiyaya zidd olduğunu bildirib.

Gülər Əhmədova Sevinc Babayevanın onun köməkçisi olmadığını bildirib. Əksinə, Sevinc Babyevanın Elşad Abdullayevlə ailəvi dost olduğunu söyləyib:

«Mən onu 8-9 il əvvəl YAP-ın qurultayında tanımışam. Yanımda əyləşmişdi. Daha sonralar Elşad Abdullayevlə aralarında problem olduğu üçün mənə müraciət etmişdi. Mən cəmi bir dəfə Sevinc babyeva üçün Elşad Abdullayevlə görüşmüşəm».

Məhkəmə prosesində o, Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun istintaqa verdiyi ifadəsinin doğru olmadığını bildirib. Elşad Abdullayevin təhriki ilə onun mətbuata yalan ifadə verdiyini də iddia edib.

Gülər Əhmədova deyib ki, onu KİV-də gedən yazılara görə həbs ediblər:

«Ən böyük günahım aldadılmış insanların haqqı üçün Elşad Abdullayevlə görüşməyim və Sevinc Babayeva inanmağım olub. Qanun qarşısında heç bir günahım yoxdur. Elşad Abdullayev məhkəməyə gəlməli, mənimlə üzləşməlidir. Onun gözünün içinə baxıb verəcək çox suallarım var».

Sabiq deputat təqsirkar olmadığını, heç kimdən pul almadığını, heç kimə də pul vermədiyini deyib.

Gülər Əhmədovanın səhhəti pisləşdiyindən məhkəmə prosesi oktyabrın 31-ə qədər təxirə salınıb.

G. Əhmədova Cinayət Məcəlləsinin 307.2 (cinayət haqqında məlumat verməmək və məlumatı gizlətmək) və 178.3.2 (geniş miqyasda törədilmiş dələduzluq) maddələri ilə təqsirli bilinir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG