bazar, May 29, 2016 Bakı vaxtı 15:25

    Siyasət

    Baş Prokurorluq: Sevinc Babayevanın zəhərlənərək öldüyü təsdiqlənmədi

    Sevinc BabayevaSevinc Babayeva
    x
    Sevinc Babayeva
    Sevinc Babayeva
    -

    Baş Prokurorluq keçmiş ABU rektoru Elşad Abdullayevin rüşvətlə bağlı yaydığı videoda vasitəçi qismində adı hallanan Sevinc Babayevanın ölüm faktı ilə bağlı növbəti məlumat yayıb.

    Qurumun mətbuat xidmətindən verilən məlumatda deyilir ki, sabiq millət vəkili Gülər Əhmədova və Sevinc Babayevanın cinayət işi ilə əlaqədar Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşı Türkiyə Respublikasına ezam olunub.

    S. Babayevanın «Medicana International İstanbul Hospital» xəstəxanasında ölməsi faktı üzrə İstanbul Ədliyyə Tibb Baş İdarəsində keçirilən məhkəmə-tibb ekspertizası başa çatıb və ekspertizanın rəyi İstanbul Böyükçəkməcə Cümhuriyyət Baş Prokurorluğu tərəfindən nümayəndəmizə təqdim edilib.

    «Ekspertiza təhqiqatları nəticəsində Sevinc Babayevanın bədən səthi üzərində travmadan yaranan hər hansı bir xəsarətlərin aşkarlanmadığı, daxili müayinə zamanı götürülən toxuma nümunələrində toksiki maddələrin müəyyən olunmadığı üçün onun zəhərlənərək ölməsinin tibbi dəlillərlə təsdiq olunmadığı və ürək-damar xəstəliyindən ölməsi müəyyən olunub».

    Fransada mühacirətdə olan Azərbaycan Beynəlxalq Universitetin sabiq rektoru Elşad Abdullayev sentyabrın 25-də 2005-ci ildə deputat seçilməsi üçün ondan 1 milyon dollar rüşvət istənilməsini əks etdirən video yayıb. Sabiq rektor videoda onunla danışan qadınlardan birinin sabiq deputat Gülər Əhmədova, digərinin isə Sabir adına Kitabxananın sabiq direktoru Sevinc Babayeva olduğunu bildirib.

    Həmin video ilə bağlı cinayət işi açılandan sonra YAP-dan olan deputat Gülər Əhmədova mandatından imtina edib. Sevinc Babayeva ötən il dekabrın 26-da İstanbulda vəfat edib. Oğlu yerli mətbuata müsahibəsində anasının ölümünün səbəbkarının keçmiş millət vəkili Gülər Əhmədova olduğunu bildirib. G. Əhmədova isə ittihamları rədd edib.
    Bu forum dayandırılıb
    Şərhləri sırala
    Şərhlər
         
    Kimdən: Kurban Haradan: Bakili
    15.05.2013 05:39
    rehmetlik Sevinc Babayevanin oglu Ayxanin fikirleri TC Ekspert reyinden daha duzdur, Ayxan haqli olaraq tesdiq edir ki, anasini Guler Ehmedova qetle yetiribdir, bu bir menalidir, en yaxsi ekspert Ayxanin gordukleridir. Turkiye de her sey pul ile alinib-satilir. Ne ucun 2 ay muddetinde olan reyi 5 aydan sonra gonderdiler ??? Onsuzda yeni demokratikdovlet Gulerqeyt cinayetine yeniden baxacaq. ABS hesabatinda bu cinayetden birbasa danisilir.Hesabatda Sevincin oglunun dedikleri oz eksini tapibdir ...
    Mobil əlavə
    Sorğu arxivi

    FORUMLAR

    Xədicə İsmayıl: "Heç kəs mənə yazmağı qadağan edə bilməz"

    AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayıl şərti cəza ilə azad edildi.

    18 şərh

    наджибулла: Tarixi sexsiyyet mehz bele yaranir. davamı

    Dərslərin iyunun 14-də bitməsi narazılıq yaradıb

    "Yayın istisində uşaqlar dərsdə necə oturacaq? Bunu fikirləşən yoxdur. Xahiş edirik, dərslər əvvəlki kimi 1 sentyabr -25 may arasında keçirilsin”.

    15 şərh

    Xurshud: Məndə xahiş edirəm ki, dərslər sentyabrın 1-i başlasın,mayın 25-i bitsin.Yazıqdır uşaqlar. davamı

    Cümhuriyyət qurucularına dövlətin münasibəti səni qane edirmi?- [Fikrini de]

    Fikrini aşağıdakı "Şərhlər" bölümünə yaz.

    12 şərh

    ELÇİ Bey-eskeri: Cümhuriyyetin qurucularına iqtidarın münasibeti bizi nece qane ede biler?
    Quzey Azerbaycan hakimiyyetini 23 ildir ... davamı

    Ən çox...