Cümə axşamı, Oktyabr 02, 2014 Bakı vaxtı 05:19

Verilişlər / Kontekst

Qobu şəhəri mübahisə doğurur

Masazır qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış məhəlləMasazır qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış məhəllə
x
Masazır qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış məhəllə
Masazır qəsəbəsində məcburi köçkünlər üçün yeni salınmış məhəllə

Bunu da oxu

Dinlə Qobuda qədim dövr

Bu kənddə böyükdən-kiçiyə hamı qazdan, daha doğrusu, qazın olmamasından danışır...

«Bizim həyətdə yayda da payız kimidir»

Qobu qəsəbəsinin sakini Rasim Qəniyev «Qaynar xətt»ə susuzluqdan şikayət edib. «Həyətimizdə həmişə sanki payızdır. Ağaclar yarpaqlamamış quruyur».
-
İqtisadçı Rövşən Ağayev «Facebook» səhifəsində Bakının 10 km-liyində, Qobu yaxınlığında yeni yaşayış massivi tikilməsi xəbərini ictimai müzakirəyə çıxarıb. O bildirir ki, məcburi köçkünlər 90 min nəfərlik yaşayış massivinin inşası təzə şəhər salmaq deməkdir:

«Məsələn, Xızı rayonunun 15 min, İsmayıllı, Şamaxı və Ağsu rayonunun hər birinin ayrı-ayrılıqda 80-90 min, Mingəçevir şəhərinin 85 min əhalisi var». 

İqtisadçı-ekspert bunları deyərkən, yeni yaşayış massivinin paytaxt Bakıya yeni problemlər yaradacağına diqqət çəkib.

YENİ ŞƏHƏRDƏ 20 MİN AİLƏ YAŞAYACAQ

Yeni şəhərlə bağlı məlumatı Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov açıqlamışdı. O, Qobu Şəhər Yaşayış Massivinin layihələndirilməsi barədə ayrıca müşavirədə söz açmış və yaxın 2-4 il boyunca Bakı, Sumqayıt və Abşeron yarımadasında müvəqqəti məskunlaşan bütün məcburi köçkünlərin Abşeron rayonu Qobu bələdiyyəsinin ərazisində inşa ediləcək yeni iri yaşayış massivinə köçürüləcəyini söyləmişdi.

Ə.Həsənovun dediyinə görə, hazırda Bakı, Sumqayıt və Abşeron yarımadası ərazisində ümumilikdə 300 mindən çox məcburi köçkün yaşayır. O,  Müşfiqabad və Masazırda tikilən yeni yaşayış sahələrinə 2 min 200 ailənin, təxminən 8-10 min nəfərin köçürülməsinə başlandığını da sözlərinə artırmışdı.

Sözügedən Qobu yaşayış massivi isə 90 min məcburi köçkün üçün nəzərdə tutulub. Bu, ümumilikdə 20 mindən çox ailə deməkdir.

«HÖKUMƏT... ƏHALİNİ REGİONLARDA YAŞAMAĞA YÖNƏLTMƏLİDİR»

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi sədrinin müavini Rövşən Ağayevin fikrincə, paytaxt və çevrəsində məskunlaşan məcburi köçkünlərin paylaşdırılıb bölgələrə yerləşdirilməsi daha doğru yoldur:
Rövşən AğayevRövşən Ağayev
x
Rövşən Ağayev
Rövşən Ağayev

«Ayrı-ayrı ölkələrdə paytaxtın demoqrafik yükünün azaldılması həmişə diqqət mərkəzində qalır. Qeyri-rəsmi hesablamalara görə, əhalinin 40 faizi Bakıda toplaşıb. Halbuki, rəsmi statistikaya görə, ölkənin yaşamaq, məskunlaşmaq üçün yararlı torpaqlarının heç 10 faizi də paytaxtın payına düşmür. Bir arqumentim budur ki, Bakının demoqrafik yükünün süni şəkildə artırılmasına yol vermək olmaz və hökumət iqtisadi həvəsləndirmə yolu ilə əhalini regionlarda yaşamağa yönəltməlidir».

Rövşən Ağayev belə bir yaşayış massivi üçün ərazinin Bakı-Sumqayıt aralığına salınmasını böyük xəta sayır. Onun fikrincə, bu addım regional iqtisadi, sosial və demoqrafik disbalansı daha dərinləşdirəcək:

«Bakı-Sumqayıt aralığında 100 min nəfərdən çox insanın yaşayacağı şəhərin salınması iki baxımdan səhvdir. Əvvəla, Bakını Sumqayıtla birləşdirən cəmi bircə qısa yol var. Digər yollar çox uzaqdır. Xırdalan dairəsindən Biləcəridən keçməklə Azadlıq prospektinə aparan yol hazırkı əhalinin yükünü çəkə bilmir. Şimal və Şirvan regionlarına aid 10 rayonun 800 min nəfər, Sumqayıtın 400 min nəfərə yaxın, Abşeron rayonun, Xırdalan da daxil, bu istiqamətdəki qəsəbələrinin 100 min nəfər, Bakıətrafı qəsəbələrin 80 min nəfərədək sakini hər gün yalnız bu yoldan yararlanır. Müqayisə üçün deyim ki, ölkənin cənub, qərb və şimal-qərb ərazilərindən paytaxta daxil olmaq üçün dörd alternativ yol var – dairəvi yol, Badamdara çıxan yol, Bayıldan dəniz kənarına çıxan yol, Ələt qəsəbəsindən Sumqayıta çıxmaqla Bakıya daxil olan yol. Hökumətin təkcə bir yanlış qərarı – avtovağzalın Sumqayıt yoluna köçürülməsi son üç ildə həmin istiqamətdə tıxacı hədsiz dərəcədə artırıb».

Cahangir QocayevCahangir Qocayev
x
Cahangir Qocayev
Cahangir Qocayev
«BİR VARİANTLA YER SEÇMƏK... MƏQSƏDƏUYĞUN DEYİL»

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, hələlik, Qobuda yeni yaşayış massivi salınması ilə bağlı layihəni almayıb. Bu barədə AzadlıqRadiosuna müsahibəsində komitənin beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev deyir:

«Fikrimcə, layihə texniki-iqtisadi baxımdan dəyərləndirilməli, müzakirə olunmalıdır. Belə planlar hazırlarkən ekoloji əsaslandırma da aparılmalı, mövcud infrastruktur nəzərə alınmalıdır. Nəyin nə qədər nəzərə alındığını layihə yalnız komitəyə təqdim olunandan sonra deyə biləcəyik. Bir variantla yer seçmək, məncə, məqsədəuyğun deyil».

C. Qocayev Qobu ilə bağlı planın Bakının baş planında nəzərdə tutulmadığını söyləsə də, bu təklifin həmin sənədin son variantına salınmasını istisna etmir. O, baş planın son variantını görmədiyini də vurğulayır.

Bəs Qobuda salınacaq yeni yaşayış massivi iqtisadi, nəqliyyat və kommunal baxımdan paytaxta əlavə problemlər yarada bilərmi? C. Qocayev bunu mümkün sayır:

«Amma problem yaradar deyə də, fəaliyyətsiz qala bilmərik. O səbəbdən bundan sonra şəhərsalma istiqamətində atdığımız addımlar ərazi planlaşdırılma sənədlərinə uyğunlaşdırılmalıdır».

C. Qocayev bu məsələnin müzakirə ehtiyacı doğurduğunu vurğulayır və «Müzakirə daha yaxşı variantın təklif edilməsi üçün lazımdır» – deyir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: Güzgü Haradan: Qobudan
06.05.2013 09:55
Abşeron rayonunun Qobu qəsəbəsi. Keçmiş Bakı kəndi. Siz inanırsınız ki, Qobuya şəhər statusu verilsə problemlərimiz bitəcək.? Qobu yarandığı gündən su, işıq,qaz, asfalt yol görməyib. İndi bu geridə qalmış kəndi şəhər etmək istəyirlər? Hökməli-Lökbatan-Güzdək üçbucağının medianlarının kəsişmə nöqtəsində olan bu kənd nə vaxtsa düzələcəkmi? Görəsən niyə Qobunu Bakı şəhərinin inzibati ərazisinə qatmırlar. Keçmişdə, 1963-cü ilə qədər olan vaxtlar kimi... Heç bir əlverişli şəraiti olmayan bu qəsəbə şəhər statusu almağa layiq deyil. Yağış yağanda bütün dağların suyu dolur Qobuya. Dərənin içindədi axı. Yağış yağanda küçələrin suyu dolur həyətlərə. Axı bu qəsəbədə drenaj xəttləri yoxdur. Kanalizasiya olmadığı üçün həyətlərdə quyu qazılıb. Yayda üfunətdən otura bilmirik. Zibili atmağa yer tapmırıq. Zünki qəsəbənin heç bir yerində zibilxana yoxdur. Yolların çala-çökəkliyindən böyrəklərimiz xəstə olub. Marşruta minmək üçün böyük bir qılınc savaşının qalibi olmalısan. Budur Qobu. Qoy kəndçilərim məndən inciməsin. Güzgü hər şeyi necə var elə göstərir.

Kimdən: Anonim
26.04.2013 09:20
Azərbaycan günümüzdə ... və qaçqınların işğalı altındadır. İşğalçılar da heç vaxt yerli əhalini düşünmürlər. Bu səbəbdən bu cür axmaq proyektlərin davamı gələcəyindən şübhə etmirəm.

Kimdən: Elnur Bakili Haradan: Baki
25.04.2013 15:26
Hem de bu binalarin tikilmesi o demekdir ki, Qarabaqdan elinizi uzun! Torpaqlar qayitmayacaq! Lap qayitsa da ordan qachmishlar danacaq ki, ordan qachiblar, qayidan deyiller. Bakida daha yer qalmayib,restoran,bar,shadliq evi bazar ... hamisn adin qoyublar Fuzuli, shusha ne bilim qarabaq guya bunlar ele sevirler ki, oralari ..biri de qayidan deyil.. Ona gore ele o qesebenin adin qoymaq lazimdi qarabaq..her yerden de birdefelik bu adlari yiqishdirmaq... onsuzda qarabaq getdi artiq..

Kimdən: Elnur Bakili Haradan: Baki
25.04.2013 14:48
Salam! umumiyyetle biz biri birimizin etin yeyen milletik,bundan istifade edib dushmenlerimiz torpaqlarimizi, pulumuzu,neftimizi alir elimizden.Biz birleshmeliyik,biri birimize arxa dayaq olmaliyiq!Chox teessuf ki, bu bele deyil.Duzdur ehalinin hamisi gelib girib bakiya, rayonda her aile quran qachir shehere,guya baki bele yaxshidi ,bakini gelmeler korlayiblar, hem medeniyyet yoxa chixib ,hem de intellekt.Hami biri biriyle ele davranir ki, elebil dushmendi ,axi o da azerbaycanlidi, bunu hakimiyyet bele edib qardashi qardashla uz uze qoyub.Qachqinlar gelib menim de 3 otaqimi 92ci ilde tutdular + 4 otaq da bashqa yerde deyende de dediler ki, bizim SHushada 2 evimiz var idi,amma menim hech evim de yox idi,hemin evi ozelleshdirib satdilar qanunsuz olaraq,men Bakili ise qaldim kuchede..haqsizliq her yerde var,amma biz mubariz olmaliyiq bele anlarda biri birimizi qirmamaliyiq.Azerbaycanlilara birlik ve guc quvvet arzu edirem!Allah ozu bizi bu uchurumdan chixarsin!Amin!

Kimdən: Anonim
24.04.2013 23:04
Azer sizi basha dushmek olar illerle qazandigini qurub yaratigini ezizlerini itirmek agir derddir.Beli sizde bu xalqin numayendesiniz biz hamimiz bir yerde bu veteni qorumaliyiq.Bu komentlerin hamisi sizin eksinize yazilb sence neden bu beledir niye sade insanlar sizin eksininze yazir

Kimdən: Azer
24.04.2013 20:34
''Dahi'' Muellif ve tamamile raziyam deyen quyrulqari!))
Azerbaycanin her yeri menim ucun ezizdi.Ve sozumun cani oduki Azrbaycan dovleti hal hazirda Bakidan ibaret olub.Bakidan kenar yerde yasamaq cetin meseledi.Kurdemir yada basqa bir yer.Is yeri acilmadan infrastruktur olmadan ay ''dahi'' xalqi yigib oz is yerinden corek tapdigi yerlerden cixardib toke bilmezsen kurdemire yada agsuya.Sen ay ''dahi'' muellif xeyallarinda gorudklerini burda hekaye seklinde yazma.Bir Azerbaycan heqiqetlerinide gozunun qabagina getir.Azerbaycan Norvec deyil Osloda olan yasayis basqa seherdede mumkun olsun.Bura Azerbaycandi ve dovletin ureyi bakida doyunur.Ele dediyini subut eden oglansan get yasa kurdemirde deyek ehsen sene.O saat deyeceksenki menim butun isim evim ailem bakidadi.Ne isim orda??Qacqinlar bakida iki ildi yasamir uje 20 ildi.Hetta cox qacqin genc Bakida dogulub boyuyub.Qocalari Yaslilari cixmaq sertile coxu hec qarabagin uzun gormuyub.Qarabagn tek bizim dert deyil..Ele agillisan Yazardin meqaleki hokumet qarabagi unutturmaq ucun qacqinlari bir yere yigib balaca qarabag yaradir.Ta senin kimi hekaye esatir yazmir.neyse Qarabag butov Azerbaycanin derdidi.Kisiliyiniz var cixaq miting edekki qarabagi istiyirik.Goresen bu ''dahi'' muellif ve onu tesdiq eden quyruqlari ne vaxd hasni mitingde olub??Miting olan kimi haminiz qorxunuzdan oturusunuz evde.Ancaq 20 ildi cetinliklerle yasiyan qacqinlar bir sey deyen kimi dusursunuz ustune..Qacqinlar su evlerine gelmiyende 10 kilometr uzaqdaki yerlerden elleriyle su tasiyib isigi kesilib qaranliqda qalib ne bilim qisda soyuqdan donub ve s.Son 2-3 ilde duz emelli yasayis yasiyib qacqinlar yataqxanalarda.Qacqinlarin 80 fazinin qarabaqda qoydugu serveti belkede coxunuz heyatinda gormuyub.Hele bu maddi terefidi.Ustelik ailesinden qardasini erini arvadini bacisini ne bilim canini cigerini itirenlerde var.Qacqina bexteverlik arzulayanlara o bexteverciliyi arzulamiram.Mif yazanda hec olmasa bir dusunun sonra yazin.Son olaraq menim Kurdemirle bir alib vereceyim yoxdu.Vetenimin her qarisi menim ucun ezizdi.Hami kimi mende isterdimki Kurdemirde Universitet olsun gozel mektebler ne bilim is imkanlari olsun yasayis olsun.Bas goturub qacardiq ora.bakinin seskuyundende canimiz qurtarardi.ve hec bir qacqin ucun oz dede baba yurdu garabagdan hec bir yer daha eziz deyil.
Cavab

Kimdən: Gara Melek Haradan: Bakidan-Cehennemden
25.04.2013 01:35
azer bu PAFOSLU sozleri "veten" "dede-baba yurdu" saxla ozuncun!!! Cox kisilik-kisilik yazirsan, amma kisi olan gacgin olmaz!!! Men Garabagdan gacgin dusen gadinlari, usaglari, gocalari gacgin kimi gebul edirem, amma senin kimi "kisileri" YOX!!! Asagida serh yazmisan. Savasdan. Bakiya guya gelseler kimse gacardi. Men savasmisam! Garabagda vurusan, sehid olan xeyli yerli, merd oglanlarda gormusem. Amma senin kimi, ermeni 100km aralidan gelmeden, silahi tumaninin icinde gizledib gacanlarda cox olub!!! Sen Bakinin derdin cekme!!! Men eyer Bakili olarag, gedib Garabagda vurusub, torpag gorumusamsa, demeli oz dogma Bakimi 2 gat artig goruyaram. Miting deyirsen?))) O mitinge cixanlarin, rayonlara geden muxalifetin gabagina, senin kimi gacginlari cixardirlar. Saclarini yonub, siven galdirmag ucun. Hansiniza mikrafon uzadan kimi o degige "ALLAH bizim omrumuzden kesib, prezidentin omrune calasin" deyirsiniz. Bos-bos danisma))) Sez mitinge cixansiniz??? ........ Men yene de tekrar edirem. Her bir bolgenin geyretli, merd ogullari var!!! Garabag bolgesinin de. Amma bu merd ogullar orda torpagi, dede-baba yurdununu, VETENINI goruyanda sehid oldu. Done-done tekrar edirem. Gacin gadindan, usagdan, ahildan olar. KISIDEN GACGIN OLMAZ!!!!
Cavab

Kimdən: Shahin Haradan: Bakı
26.04.2013 09:21
Birinci dəfədir ki, sizin fikirlərinizlə tam razıyam.

Kimdən: Bakidan Haradan: Qobudan
24.04.2013 18:29
Bir dusunun, Qobuda dogulub boyuyen ADAM size deyir ki, sovet vaxti, su, qaz, isiq var idi, ancaq hemise qoyun mal qara saxlamaqla yasamisiq. Sovetden sonra Qobuda su, qaz , isiq goren olmadi. Bes bu veziyyetde ozune qaz, isiq, su ,heyvanina su
tapmayan 8-9 min Qobu ehalisi 100 000 lik sehere haradan tapacaq ? Bes heyvanacata otlaq da qalmayacaq, camaat ne ile yasayacaq, Is de yox Qobuda? Omur billah Qobudan sehere Bakiya avtobus gozlemisik saatlarla bes 100 000 lik ehali
neyleyecek. Metro cekilecek Qobuya? San Francisko olacaq Qobu? Gozleriniz aydin ay Qobulular. Derdiniz 10 idi indi 1000 de ustune qoyurlar. Bura terekeme heyvan yurdudur. Qislamaq ucun. Nece olur ki, birden bire bele cetin agir yasayisi olan yerin ehalisini 100 000 artirirlar. Bu kimin aglina sigar?

Kimdən: Halaypozan
24.04.2013 14:11
Bunlar Qarabağı tikirlər Qobuda.

Kimdən: Aga Haradan: Baki
24.04.2013 13:28
Qarabagda bele olduda itirilidi . Yavash yavash qarabaglilar kochdu Qarabagdan ermeniler ise Qarabagda choxaldi ... indi novbe qalan rayonlardadi ... ve bir meselede var dovlet bashinda oturanlarin shirketleri ve .s hamisi Bakidadi eger Bakida ehali azalsa ister istemez maash artimi olacaq buda onlara lazim deyil .

Kimdən: Anonim
24.04.2013 11:39
Azer kishi qacqin olmaz kishi dovletden teleb eder ki onu partizan kimi Qarqbaqin meshelerine gondersinler, orada partizanliq etmek ucun.Qacqinlar komitesinden teleb eder ki,onun ailesini ve ushagini bir doyushcunun ailesi kimi qanun cecrcivesinde her bir sheyle mekandan asili olmayaraq temin etsinler.Daha dava etmez ki mene ev verin Bakiya yaxin yerde .Bir cox insanlar yashayirlar rayonlarda amma ish yerleri Bakidadir he ne olsun onlar ucun sheher salinmalidir.Azerbaycanda daha cox kende ehtiyac var ona gore Lenkaran , Astara , Lerik zonasinda coxlu torpaq saheleri vardir teklif direm ki, Qacqinlar komitesi bu rayonlarda kendler salsinlar ve kend tesserufatini daha da inkshaf etdirsinler
Cavab

Kimdən: Samed Haradan: Masallı
24.04.2013 13:04
Hörmetli ''Anonim''!
Sizin deyesen ya bezi statstikalardan xeberiniz yoxdur, odur ki bele yazırsınız ya da bu teklifinizin altında başqa planlar yatır!
Cenub zonası bölgeler arasında ehalinin en çox sıx yaşadığı bir bölgedir ve adam başına düşen torpaq sahesinin azlığına göre respublikada en önde olan bölgedir. Bele ki, eger yolunuz cenub bölgesine düşübse görersiniz ki, kendler bir birine bitişib ve hardasa mal-qaraya bele örüş yeri qalmayıb (yani maşının bir qazına bassanız 4-5 kendi 15-20 deqiqeye vurub keçersiniz .Ölkenin Qerb bölgesinde meselen bele problemler yoxdur). Torpağın az olmasından ötrü yerli ehali arasında tez tez narazılıqlar olur.Yeni oradakı torpaqlar heç oradakı insanlara bele yetmir, o ki qaldı elave insanlara nese ayırasınız !
Amma en yaxşısı bu insanları doğma torpaqlarına yaxın yerlere yerleşdirib, onlar üçün oralarda iş yerleri açmaqdır.
Allah heç kimi qaçqın elemesin. Bu insanlar öz xoşlarıyla qaçqın olub, evlerinden, yurdlarından didergin olmayıblar!
Səhifə (2)
    Növbəti