Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:16
-
Qobu qəsəbəsinin sakini Rasim Qəniyev «Qaynar xətt»ə susuzluqdan şikayət edib. Deyir ki, ötən ilin dekabr ayından qəsəbənin «aşağı məhəllə» deyilən ərazisinə su verilmir. Məhəllə sakinləri suyu pulla alırlar.

Rasim Qəniyev:

«Bizim kənddə problem çoxdur. Ancaq mən nə yol istəmirəm, nə kanalizasiya istəmirəm, işığımız çox zəifdir, onu da istəmirəm. Ancaq su ki var, hər şeydən vacib məsələdir. 5-6 dəfə qəsəbə bələdiyyəsinə, bir o qədər də qəsəbə icra nümayəndəsinə müraciət eləmişik, faydası yoxdur. Deyirlər biz su işi ilə məşğul olmuruq. Mən bilmirəm ki, bu bələdiyyə ümumiyyətlə nə ilə məşğul olur. Nəyə görə müraciət ediriksə, icra nümayəndəliyi deyir bələdiyyəyə deyin, onların işidir, bələdiyyə isə deyir bizlik deyil».

R.Qəniyev deyir ki, əvvəllər Qobuya su Ceyranbatan su anbarından verilirmiş. Ancaq onlar bircə dəfə də olsun həyətlərindəki krandan su damcılandığının şahidi olmayıblar. 1 ilə yaxındır ki, qəsəbəyə Qəbələ suyu çəkilib, ancaq yenə eyni vəziyyətdir:

«Axırıncı dəfə su idarəsində İntiqam müəllim var, ona zəng etmişəm. Deyir bələdiyyə sədriniz yanımdadır, telefonu ötürür ona. Bələdiyyə sədri deyir Rasim yenə sənsən? Nə oldu, su gəlib çıxmadı siz tərəflərə? Deyirəm yox. Deyir bu gün qoşacaqlar, gələcək. Mən isə bu sözü bələdiyyə sədrimizdən bir ildir eşidirəm. Bu qədər ora-bura yazırıq-pozuruq, bir gəlib yoxlayan yoxdur ki, bəlkə elə yalan danışırıq».

«SUYU YUXARIDAN ÖTÜRÜRÜK, GEDİB AŞAĞI ÇATMIR»

R.Qəniyev deyir ki, ayda bir dəfə həyətdəki çənə bir maşın su alıb vurur. Qiyməti də 25 manata. Ancaq bu suyu ay ərzində qətrə-qətrə içməyə və əl-üst yumağa çatdıra bilirlər:

«Çimməyə, pal-paltar, qab-qacaq yumağa qəsəbənin o biri başında yaşayan qohumların evinə gedirik. Həyətimizdə isə həmişə sanki payızdır. Çünki ağaclar yarpaqlamamış quruyur».

Abşeron rayon Su İdarəsinin Qobu qəsəbəsi üzrə nümayəndəsi İntiqam Əliyev «aşağı məhəllə» deyilən ərazidəki su probleminin səbəblərini belə izah edir:

«Biz neyləyək ki, suyu yuxarıdan ötürürük, gedib aşağı çatmır. O məhəllələrə daxili su xətləri çəkilir. Yaxın vaxtlarda o məhəllələrə də fasiləsiz su veriləcək».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG