Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:45

Güllələnmiş generallar: Əlyar bəy Haşımbəyov


Azərbaycan ordusu, 1918-20
Azərbaycan ordusu, 1918-20
-
AzadlıqRadiosunun «İz» proqramının «Güllələnmiş generallar» dastanı 2007-ci ildən bəri hər dəfə təkrar səslənəndə, böyük maraq doğurur. Bunu nəzərə alıb radiomuzun saytında 1918-20-ci illərdə Milli Azərbaycan ordusunda xidmət etmiş generallar haqqında yazılar verməyə qərar verdik. Beləliklə, Cümhuriyyət ordusunun 21 generalının həyat tarixçəsini saytımızda oxuya biləcəksiniz. Yazılarda generalları tapıb ortaya çıxaran, onlar haqqında kitab yazan hərb tariximizin usanmaz araşdırıcısı Şəmistan Nəzirlinin araşdırmalarından faydalanacağıq. Onuncu yazıda general Firudin bəy Vəzirovun izinə düşəcəyik.
Nargin daha bir generalı necə uddu?
(On birinci yazı)

AzadlıqRadiosunun “İz” proqramının “Güllələnmiş generallar” dastanı 2007-ci ildən bəri hər dəfə təkrar səslənəndə maraq doğurur.

Bunu nəzərə alıb AzadlıqRadiosu saytında 1918-20-ci illərdə Milli Azərbaycan ordusunda xidmət etmiş generallar haqqında yazılar verməyə qərar verdik. Beləliklə, Cümhuriyyət ordusunun 21 generalının həyat tarixçəsini saytımızda oxuya biləcəksiniz. Yazılarda generalları tapıb ortaya çıxaran, onlar haqqında kitab yazan hərb tariximizin usanmaz araşdırıcısı Şəmistan Nəzirlinin araşdırmalarından faydalanacağıq. On birinci yazıda general Əliyar bəy Haşımbəyovdan danışacağıq.

Əlyar bəyin əsli Dərbəndin Kürə nahiyəsindəndir.

Onun babası general Hacı Yusif xan Tahir bəy oğlu Yusifxanov Kürə nahiyəsinin hakimi, atası Mehdiqulu bəy Qərbi Tabasaran naibi olub.

Bu adlı-sanlı ailə X1X əsərin əvvəllərində Bakıya köçüb.

Əlyar bəy Bakıda 1856-cı il martın 8-də doğulub.

İlk təhsilini Bakı Real Məktəbində alıb.

1871-ci ildə Tiflisdəki Piyadalar Məktəbinə daxil olub. Orduda xidmətə başlayıb.

Müxtəlif illərdə üçüncü və ikinci dərəcəli “Müqəddəs Stanislav”, üçüncü və ikinci dərəcəli “Müqəddəs Anna” və “Müqəddəs Vladimir” ordenlərinə layiq görülüb.

Hərbi xidmətin 30-cu ilində--1908-ci ildə general-mayor rütbəsi alıb.

Əlyar bəy Birinci Dünya Müharibəsində üçüncü Qafqaz araba-karavan briqadasının komandiri olub.

1917-ci ildə istefaya çıxıb.

1918-ci ildə Əlyar bəy Azərbaycan Milli ordusunda könüllü xidmətə başlayıb.

Bir müddət Cümhuriyyətin Daxili İşlər Nazirinin müavini işləyib.

1919-cu ildə Müdafiə Nazirliyində Hərbi İndendant İdarəsinin rəisi, 1920-ci ildə Zaqatala qəzasının general-qubernatoru olub.

1920-ci ilin iyunun 16-da gecə Nargində bolşeviklərin güllələdiyi Cümhuriyyət generalları arasında Əlyar bəy Mehdiqulu bəy oğlu Haşımbəyov da vardı.

Güllələnərkən general ahıl çağındaydı.

Onun 64 yaşı vardı...

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG