Cümə axşamı, Dekabr 18, 2014 Bakı vaxtı 11:10

Siyasət

Elşad Abdullayevin yeni videolarında MTN-ə qarşı iddialar [Video]

-
Sabiq universitet rektoru Elşad Abdullayev növbəti videolarını AzadlıqRadiosuna göndərib. Əvvəlki gizli çəkilişlərdə olduğu kimi, bu videolarda da söhbət Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin girovluqdan azad olunması haqda gedir.

Elşad Abdullayevin dediyinə görə, çəkilişlər 2007-ci ilin yazında aparılıb.

VİDEOLARIN QISA MƏZMUNU

Özünü MTN zabitləri kimi təqdim edən şəxslər Mahir Abdullayevin azad olunması üçün Elşad Abdullayevə yardım etmək istəyirlər. Onlar iddia edirlər ki, Mahir Abdullayevi öz həmkarlarının şikayəti əsasında Daxili İşlər Nazirliyinin Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsinin əməkdaşları həbs edib. Deyirlər ki, Mahir başqa ad altında MTN-də həbsdə saxlanır, onun azad olunması üçün Milli Təhlükəsizlik nazirinin özünə çıxmaq, pul verib Mahiri azad etdirmək lazımdır. Lakin nazirin özü birbaşa belə məsələləri müzakirə etmədiyindən onun qeyri-rəsmi təmsilçisi olan Sahib adlı şəxslə görüşməyi təklif edirlər. Sahiblə görüş baş tutur. Lakin o, deyir ki, Mahir Abdullayevi kriminal qruplar qadın üstündə girov götürüblər. Pul müqabilində onu geri qaytara bilərlər, lakin təhlükəsizlik qarantiyası istəyirlər.  

MAHİR ABDULLAYEV BELƏ HƏBS OLUNUB

Bu videoda Elşad Abdullayevin MTN əməkdaşı İlqar Abbasov kimi təqdim etdiyi şəxs Mahir Abdullayevin «20 Yanvar» metrosu yaxınlığında həbsi epizodunu təsvir edir. Deyir ki, Mahir Abdullayevə zəng gəlib. O, öz maşınından düşüb piyada Respublika Xəstəxanasına tərəf gedəndə onu maşına otuzdurub «banditizmə» aparıblar. İddia edir ki, onu başqa adam - Əhmədov İsgəndər İbrahim oğlu adı altında saxlayırlar..

Elshad Abdullayevin gizli videosu-1 (Mahir Abdullayev necə həbs olunub)i
|| 0:00:00
...  
🔇
X
15.03.2013
Elşad Abdullayevin MTN əməkdaşı İlqar Abbasov (solda) kimi təqdim etdiyi şəxs Mahir Abdullaeyvin 20 yanvar metrosu yaxınlığında həbsi epizodunu təsvir edir, deyir ki, Mahir Abdullayevə zəng gəlib. O, öz maşınından düşüb piyada Respublika xəstəxnasında tərəf gedəndə onu maşına otuzdurub “banditizmə” aparıblar. Onu başqa adam - Əhmədov İsgəndər İbrahim oğlu adı altında saxlayırlar.

QRUP FOTOSUNDA MAHİR ABDULLAYEVİ TANIYIR

Bu videoda yenə də İlqar Abbasov və MTN-nin digər əməkdaşı kimi təqdim olunan Fikrət adlı şəxs Elşad Abdullayevin bütün videolardan hamıya tanış olan kabinetindədirlər. İlqar əmin edir ki, Mahir Abdullayevlə bağlı bütün rəylər müsbətdir (görünür onun fəaliyyətindəki cinayət tərkibinin olmadığını nəzərdə tutur – red.), onun tanışlıq və ya pulla azad olunması lazımdır. Əks-halda, iddia edir ki, MTN Mahir Abdullayevdən başqa ölkələrə qarşı casus qismində istifadə edəcək.

Fikrət adlı şəxsin iddialarına görə, guya MTN-in elə preparatları var ki, iynə kimi adama vurandan sonra hər şeyə razı olur. Videoda Elşad Abdullayevin Fikrət deyə müraciət etdiyi şəxs iddia edir ki, Elşad Abdullayevin qardaşının istintaqında özü də iştirak edir. Bunu yoxlamaq üçün Elşad Abdullayev ona Mahir Abdullayevin qrup şəklini göstərir ki, burada Mahiri göstər. Fikrət fotoda Mahiri tanıya bilir.

Videodakı şəxslər deyirlər ki, Elşad Abdullayev məsələni həll etmək üçün nazir müavinləri ilə deyil, Eldar Mahmudovla (nazir) əlaqəyə girməlidir. Nazirin belə işləri birbaşa deyil, Sahib adlı MTN-ə heç bir rəsmi aidiyyəti olmayan şəxs vasitəsilə həyata keçirdiyini deyən Fikrət söz verir ki, Elşad Abdullayevi onunla görüşdürsün. Növbəti videoda, hər şeydən göründüyü kimi, belə bir görüş baş tutur.

Elshad Abdullayevin gizli videosu-2 (MTN zabitlləri ilə görüş)i
|| 0:00:00
...  
🔇
X
15.03.2013
Özünü MTN zabitləri kimi təqdim edən şəxslər Mahir Abdullayevin azad olunması üçün Elşad Abdullayevi MTN rəhbərliyinin qeyri-rəsmi təmçilçisi, Sahib adlı şəxslə görüşdürməyə söz verirlər.

MTN-NİN QEYRİ-RƏSMİ TƏMSİLÇİSİ «SAHİB»

Elşad Abdullayev iddia edir ki, bu adamı Bakıda «Kəkilli» və ya «Qorbaçov» ləqəbi ilə tanıyırlar. Sahib adlı şəxs Elşad Abdullayevə deyir ki, Mahir Abdullayevi qadın üstündə girov götürüblər və onun azad edilməsi üçün görüşlər aparır. Deyir ki, guya Mahir Abdullayevi oğurlayan şəxslər onu pul müqabilində buraxmağa sevinərlər, lakin təhlükəsizlik qarantiyası istəyirlər.

Elshad Abdullayevin gizli videosu-3 (Sahib "Qorbaçov"la görüş)i
|| 0:00:00
...  
🔇
X
15.03.2013
Milli Təhlükəsizlik nazirinin "adamı" kimi təqdim olunan Sahib adlı şəxs deyir ki, Mahir Abdullayev qadın üstündə girov götürülüb. Onu oğurlayan şəxslər Mahir Abdullayevi pul müqabilində buraxa bilərlər, lakin təhlükəsizlik qarantiyası istəyirlər.

VİDEOLAR HAQDA DAHA ƏTRAFLI

Elşad Abdullayevin AzadlıqRadiosuna göndərdiyi videoların texniki keyfiyyəti baş verən söhbətləri tam anlamağa imkan vermir. Təqdim etdiyimiz hissələr videoların nisbətən başa düşülən hissələridir. Elşad Abdullayev iddia edir ki, göndərdiyi videolarda MTN və DİN-nin rəhbər işçilərinin, digər dövlət rəsmilərinin adları hallanır.

Xatırladırıq ki, AzadlıqRadiosuna müsahibəsində sabiq rektor əmin edirdi ki, bütün bu videolar istintaqa təqdim olunub. AzadlıqRadiosu istintaq orqanlarından şərhlər, rəsmilərin və adıçəkilən şəxslərin reaksiyalarını almağa cəhd edir.

AzadlıqRadiosu videoların səs keyfiyyətini artırandan sonra orada gedən söhbətlər haqda daha ətraflı məlumatlarla yenidən bu mövzuya qayıdacaq. AzadliqRadiosu.az saytını izləyin.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: kecmish zabit
22.03.2013 18:29
nehyet, tilsim girilmaga bashlayir. MTN-ide de bash veren cinayetler ve onun cinayetkar emekdashlari haqqda danishilmaga bashlanilir. Bu tehskilatin adi "milli" ile bashlasa da, millilikden esaer-elamet yoxdur. Men deyerdim, bura hetta, en anti-milli teshkilatlardan biri sayilir.

Burada her shey pulla alinib-satilir. Emekdashlar pulla ishe goturlur, pulla rutbe alir, ve s. Bes bele olacagi tegdirde, bu teshilatin diger cinayetkar gurumlardan fergi nedir? ELbet ki, hec ne ile. ... Bir zaman gelecek, onun da adi acilacag!

Kimdən: Freedom Azerbaijan Haradan: Europe
22.03.2013 14:39
Heqiqeten Sahib Ramiz Mehtiyeve yaxin adamdir. Hetta onun (Mehdiyevin tapshirigiyla) Rusiyada Azerbaijan mafiasi ile six elegiesi var ki ve o Adam ogurlugu ve deleduzlugla meshguldur. Chox gozel hafizesi, genish elegeleri olan, yalniz adini yaza bilmeyen, Ramiz Mehdiyev kimi ac nefis Bir insandir (Guler Ahmedova ve mehrum Sevinc kimi rolu var idi). Onu sirkelemeye deyer.

Kimdən: Azeri Haradan: Bakili
22.03.2013 13:25
Elsad muellimin vide-faktlari bir daha subut edir ki, adam ogrulari dovletin icindedir, mutesekkil teskilatdir,konstitusiya ile vetendasini qorumali olan dovlet orqanlari vetendasini gunun-gunorta cagi ogurlayir. Anonim yazanda ifsa olundugu ucun sarsaq-sarsaq yazir, hec olmazsa abriniz-hey antis olsun!)))))))))

Kimdən: Anonim
22.03.2013 11:00
Ə, kişi şərait yaratmişdirlar sende pul qazanirdin yeni öz aglina gorə yox yaradilan şəraite gore. Onda başa duşmurdun ki, zəhmətsiz gəlirin axiri nece qutarir. Bir videonda deyirsen ki, (goruşduk bir yerde nahar etdik onlar icmirdiler siqaret cekirdiler əsəbləşirdilər ev yiyəsi dedi ki bu professor adamdir oldurmek olmaz ses kuy duşer ayaqqablarimi goturub qaçdim lap kinolardaki kimi onlarda qorxdular ay ay ay ) ay professor nə ixtralarin var de gorek belke Amerika Yaponiya və ya Cin istifadə edir bizim xeberimiz yoxdur .Bu gun ki videonda isə şəkil gosterdim tanidilar Ə,kişi milyonlar kimə gorəisə tələb edenlər həmən insanin milyon dəfə şəkilinə baxirlar (вид с переди, с боку, и вид сверху).Ay professor bunuda bilmedin .Nazirlər qutardi he de gorek daha kim qaldi . Ну как слабо

Kimdən: Etibar Haradan: Zaqatala
22.03.2013 09:04
2-ci videoda oğlan cibindın nəisə cıxardıb stolun altına əyilir ora qoyur özüdə yaman narahatdı deyəsən.Bu videolara baxa-baxa biz uje kriminalist oluruq.Hər hərəkətdə bir şübhə axtarırıq.

Kimdən: Ulduz Haradan: Bakili
22.03.2013 01:22
Ramiz Mehdiyev Azerbaycan Beynelxalq Universitetini ele kecirmek ucun dovlet resurslarindan istifade ederek rektor Elshad Abdullayeve qarsi dovlet terroru edib . Minlerle telebeni, muellimi, ailenin heyatini zeherleyibdir. Mahiri tapmaq evezine zerercekmisi tehdid edir... Ar olsun oz vetendasini ogurlayan ogru ve firildaqci hakimiyyete !!! ))))))))

Kimdən: Herbi Komisar
21.03.2013 20:52
Ilqar Abbasov nece Mahirin itmesinden danisha bilerki o yani 1985 tevelludlu Ilqar 2003 ci ilde priziv oktyabrda esgerlikde olub Daxili Qoshunlarda Celilabad sheherinde .ve birde 2005 aprelde texris olunub.:):)

Oxumaq məsləhətdir...