bazar, May 01, 2016 Bakı vaxtı 06:19

    Verilişlər / AzadliqLive

    Adam oğurluğunun üstüaçıq gizlinləri

    Elşad AbdullayevElşad Abdullayev
    x
    Elşad Abdullayev
    Elşad Abdullayev

    Bunu da oxu

    Rasim İldırımzadə: «Mahir Abdullayev Elşad Abdullayevin razılığı ilə yoxa çıxıb»

    «Özü cinayətkardır, ölkəyə qayıdıb istintaqa ifadə versin. Minlərlə insandan pul yığıb qaçıb. Qayıdıb gəlib cavab versin. Gəlib dediklərini öz ifadələri ilə təsdiqləsin. Sonra biz də ifadə verərik»

    Yeni Elşad Abdullayev videosunda Ramil Usubovun qohumlarının adı hallanır

    Videonun təqdimatında Elşad Abdullayevin müsahibinin Rasim İldırımzadə olduğu yazılıb. Onun Bakı Hava limanı polis şöbəsinin rəis müavini, Daxili işlər naziri Ramil Usubovun qohumu olduğu bildirilir.

    Gülər Əhmədova həbs edildi - [Video]

    Səbail rayon məhkəməsi sabiq deputat Gülər Əhmədova barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

    Respublika Prokurorluğu: «Sevinc Babayeva Gülər Əhmədovanın təklifi ilə ölkədən çıxıb»

    «Sevinc Babayeva huşsuz vəziyyətdə xəstəxanaya qəbul olunub. Selçuk Ağlayan xəstəxanada onu «Meryem Solmaz» adı ilə təqdim etdiyindən, tibbi sənədlər həmin ad və soyadla rəsmiləşdirilib»
    -
    Fransada mühacirətdə olan sabiq rektor Elşad Abdullayev 10 ilə yaxındır ki, nə oğurlanmış qardaşını tapır, nə də bu işə əli bulaşanların cəzalandırıldığını görür. Keçmiş rektor bütün müsahibələrində qardaşının Azərbaycanda fəaliyyət göstərən və ən yüksək səviyyədə himayə olunan mütəşəkkil dəstə tərəfindən oğurlandığını deyir.

    İndiyədək Elşad Abdullayev «Youtube» portalında qardaşının oğurlanması ilə əlaqədar 10-a yaxın video yayıb. Bu videolarda hüquq-mühafizə orqanlarının əməkdaşları, məhkəmə hakimləri, deputat və başqa rəsmi şəxslərlə danışıqlar görüntülənib. Keçmiş rektorun dediyinə görə, qardaşının oğurlanmasından bir neçə gün sonra hüquq-mühafizə orqanlarına müraciət edib, amma heç bir nəticəsi olmadığından əlindəki videoları yaymaq qərarına gəlib.



    «BU AY ONU SƏNƏ VERƏCƏYƏM»

    Fevralın 20-də yayılan videoda Elşad Abdullayev hava limanı polis şöbəsinin rəis müavini Rasim İldırımzadə olduğu bildirilən bir nəfərlə itkin düşən qardaşı, MTN mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır.

    2004-cü ilin noyabrında çəkildiyi qeyd olunan videogörüntüdə həmin şəxs Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı sağdır və qısa zamanda onu azad edəcəklər:

    – Qardaşımı verə bilirsənsə, qoy ortalığa, verə bilmirsənsə, bu, aldatmaqdır.
     
    – Bu söhbət yüz faizdir. Mən sənə niyə yalan deməliyəm? Azərbaycanın sərhədlərindən uzaq ölkədə deyil. Dedim sənə, bu ay onu sənə verəcəyəm. Bu məsələyə görə Azərbaycanda yaşamayan iki nəfər işini-gücünü atıb, gəlib oturub burda. Danışılacaq, mən səni axtaracağam və bir yerdə gedəcəyik. Ayağını aşır ayağının üstünə, rahat işinlə məşğul ol. Sənin yanına da başqa adam gəlsə, onları söy qov...

    «HAMISI YALANDIR»

    Rasim İldırımzadə «Mediaforum»a müsahibəsində Elşad Abdullayevin yaydığı videonu və orda səslənənləri yalan və böhtan adlandırıb. O, Elşad Abdullayevlə itkin düşən qardaşı barədə heç bir söhbətin olmadığını deyib.

    ADAM OĞURLUĞUNUN AÇILMASINA MANE OLAN SƏBƏBLƏR

    Hüquqşünas Əyyub Kərimov hesab edir ki, Elşad Abdullayevin qardaşının indiyədək tapılmaması, istintaq qrupunun hər hansı ciddi işlər görə bilməməsi hakimiyyətdə və hüquq-mühafizə orqanlarında onları himayə edən ciddi fiqurların olması ilə bağlıdır:

    «2005-ci ildə baş verən real hadisəni deyim. Həmin vaxt adam oğurluğu ilə bağlı cinayətkar dəstə üzə çıxarılanda, məlum oldu ki, canilərə Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili Hacı Məmmədov başçılıq edib.
    Orxan MansurzadəOrxan Mansurzadə
    x
    Orxan Mansurzadə
    Orxan Mansurzadə
    Hüquq-mühafizə orqanları bəlkə də bütün məsələlərin izinə düşərək hər şeyi aydınlaşdırıblar, ancaq özləri də bu işə bulaşdıqlarına görə məsələni ictimaiyyətə açıqlamırlar. Mən belə fikirləşirəm, başqa cür mümkün deyil».

    «DEYİLƏNLƏR BOŞ SÖHBƏTLƏRDİR»

    Daxili İşlər Nazirliyinin mətbuat xidmətində şöbə rəisi çalışan Orxan Mansurzadənin fikrincə, vaxtilə olan hansısa hadisə hüquq-mühafizə orqanları haqqında belə fikirlər söyləməyə əsas vermir.

    Şöbə rəisinin sözlərinə görə, ötən illərlə müqayisədə DİN və Prokurorluq orqanları üzrə qeydə alınan ümumi cinayətlər 10 faiz, şəxsiyyət əleyhinə olan cinayətlər isə 17,8 faiz azalıb.
     
    «Adam oğurluğu şəxsiyyət əleyhinə olan cinayətlər kateqoriyasına daxildir ki, bu sahədə də vəziyyət demək olar sabit qalıb. 2012-ci ildə 19 adam oğurluğu faktı olub ki, bunun da 18-i qız qaçırma ilə bağlıdır. Onun biri yalnız sırf pul almaq müqabilində olan adam oğurluğudur».

    Adam oğurluğunu hüquq-mühafizə orqanlarının himayə etməsi barədə deyilənlərə gəlincə, Orxan Mansurzadə bənzər fikirləri əsassız sayır:

    «Keçmişdə baş verənlərlə bağlı söylənilən şəxsi mülahizələrin heç bir hüquqi əsası yoxdur. Varsa, ortaya çıxarsınlar».

    «HƏLƏ XORUZ BANI EŞİTMƏYƏN CİNAYƏTLƏR OLACAQ»

    Hüquqşünas Əyyub Kərimov Hacı Məmmədovun adam oğurluğu məsələsində özünü xırda fiqur adlandırmasını və vaxtilə məhkəmə gedişində söylədiklərini yada
    Əyyub KərimovƏyyub Kərimov
    x
    Əyyub Kərimov
    Əyyub Kərimov
    salır:

    «Hacı Məmmədov məhkəmə prosesində bildirdi ki, mən bu işlə məşğul olan qrupun çox xırda bir üzvüyəm və hələ xoruz banı eşitməyən cinayətlər olacaq. Sonradan aydınlaşdı ki, doğrudan da bir-birinə paralel fəaliyyət göstərən qruplar var. Mahir Abdullayevin oğurlanması da həmin qruplardan birinin cinayətkar əməlidir».

    Əyyub Kərimova görə, Mahir Abdullayevin Hacı Məmmədovun dəstəsi tərəfindən oğurlanmaması ölkədə bu işlə məşğul olan digər mütəşəkkil qrupların mövcudluğundan xəbər verir. Hüquqşünasın fikrincə, bu qruplar ayrı-ayrı fəaliyyət göstərsə də, onları istər hökumətdə, istərsə hüquq-mühafizə orqanlarında çalışan yüksək səlahiyyət sahibləri idarə edir:

    «Bunun əksi mümkün deyil. Himayəçi «dirəklər»siz belə qruplar fəaliyyət göstərə bilməz».

    BELƏ OLMASAYDI...

    2003-cü ilin oktyabrından bəri itkin düşən qardaşından soraq almaq istəyən və hüquq-mühafizə orqanlarından tutmuş, prezidentədək  üz tutub dərdinə dərman arayan Elşad Abdullayev də eyni fikri dəstəkləyir. O da belə düşünür ki, sözügedən dəstələr hakimiyyətin ən yüksək səviyyəsindən himayə görür. Sabiq rektora görə, belə olmasaydı, onun qardaşını oğurlayanlar çoxdan ifşa edilərdi.
    Bu forum dayandırılıb
    Şərhləri sırala
    Şərhlər
         
    Kimdən: Ramin Nagiev Haradan: Franse
    22.02.2013 13:33
    http://www.azadliq.org/content/article/24327023.html

    Kimdən: Ilqar Haradan: bak
    22.02.2013 09:39
    Bu cinayətin açılaraq ortaya qoyulması mümkün görünmür. Düşünək..
    1. Prezident son çıxışında etiraf edib ki, mənim hər şeydən xəbərim var..
    2. Elşad bu hadisə ilə bağlı prokurorluğa və nazirliklərə şikayət edib amma ölçü götürülməyib.
    3. Video görüntülərin əlində sübut olduğunu bildirsədə yenə əhmiyyət verilməyib.
    4. Əgər belə video görüntülər barədə prokurorluğa və nazirliklərə məlumat verilmişdisə onda bu qrumlar Prezidentdən gizlədib? Əgər gizlədiblərsə Prezident onları dərhal işdən azad eləməlidir. Eləməyibsə deməli bu hadisələri Prezidentdən gizlədilmədiy sübuta yetirilmiş olur. İndi müqəssir kimdir siz tapın.

    Kimdən: атлантида Haradan: Арктика
    22.02.2013 01:41
    Честно стыдно ,никогда не любил нашу полицию,.. для меня лично, ни один нормальный человек, сейчас именно не пойдет служить в полицию, люди готовые засадить в тюрьму ни за что, этот человек лжет и явно лжет, ну факт перед лицом, а он все равно кричит (держи вора, а сам вор)................обидно очень ...........где справедливость, где честь и достоинства ...............где все это ...............ложь на лжи, все это рухнет в один момент, Ложь долго не живет .................

    Kimdən: Elli Haradan: Rusiya
    22.02.2013 01:29
    Azerbaycan tarixinde bele bir biabirci hokumet olmamisdi...Bu olkeni Qafqazin en qorxulu bolgesine ceviribler.Allah bunlari tez yixsin,yoxsa sonumuz hec de yaxsi olmayacaq...

    Kimdən: inanan Haradan: Baki
    21.02.2013 22:56
    Elşad Abdullayev yəni başa düşmür ki, onun bu vidoları bu yatmış milləti hələ oyatmaz və bu işi bir müddət boş buraxıb qardaşının oğurlanmasını təşkil edənlər fiqurların tədbirlərini izləsin, bəlkə onda yeni imkanlar yarana bilər.Əgər Elşadbəy əlaqə saxladığı insanlardan bu vaxtada qədər heçnə əldə etməyibsə,bu işlərin hansı səviyədə təşkil olunduğunu artıq başa düşməlidir və təlaşlığı çox biruzə verməyərək məsələnin yetişdirməsinə zaman verməlidir.Həyatda heç bir gizli iş batıb getmir. Zaman onu ortaya çıxardır səbirli olmaq lazımdır.

    Kimdən: rasim Haradan: bakı
    21.02.2013 21:47
    HacıMəmmədov və ondan sonra baş verən adam ogurlugu və qətllərin sifarişçisi PA ,icraçısı DİN-di

    Kimdən: Azər Haradan: Moskvadan
    21.02.2013 21:14
    ayə, adamsan, adam oğlusan-bir azca kişiliyin olsun, o bəzi "QƏHrəman" qadınlar kimi elədiyini danma. Özünüzdə kişilikdən, düzgülükdən dəm vurursuz. Nəysə, bu sözlər sənin o yuxarıda oturanlarına da aiddi

    Kimdən: Şerlok Xoms. Haradan: Strasburqdan
    21.02.2013 20:58
    Elşadın seriallarına baxıb belə nəticəyə gəlmək olur ki,onun qardaşını Hacının dəstəsi aparıb və onlarda bunun hansı sərvətə malik oldugunu yaxşı bilirmişlər, o vaxtında deyilən məbləgi ödəməməsi və onları bir necə dəfə aldatdıgı ücün onu aradan götürüblər,yaxudda o qardaşının taleyindən və harda oldugundan məlumatlıdır və yenidən cirkin oyunlara girişib ki,kimlərisə bədbəxt edərək küllü miqdarda pul qazansın.Elşad ABU-da işlədiyi dövürdə nə qədər adamın pulunu alıb gözü yaşlı qoyub coxlarına məlumdur.

    Kimdən: talib Haradan: baki
    21.02.2013 20:31
    R.I-zade,Guler de bele deyirdi.Sizi ... gorseler de,deyersiz xiyardir .Bilirem, terbiyesiz danishdim. Bunlar lali da dillendirer. Bu qeder heyasizliq olar? Sizinkimilerde bir az da olsa, abir olsaydi cemiyyet arasina chixmaqdansa, bele heyasiz tekzib etmeler yaymaqdansa....
    Mobil əlavə
    Sorğu arxivi

    FORUMLAR

    Qarabağda sülhə ən birinci maneə nədir? (Forum)

    Foruma yazın, ya da aparılan sorğuda iştirak edin, polemikada Sizin də fikirləriniz əks olunsun.

    8 şərh

    Murad: 1. Rusiyanin Ermeni siyaseti
    2. Hakimiyyetin Kremlden asililigi
    3. Hakimiyyetin Antidemokratikliyi ve Korrupsialasmasi ucbatindan Gerble ... davamı

    Dövlət qulluğuna qəbul yalnız testlə olacaq

    7 şərh

    Oxucu: Men bilen, axi imtahana yalniz ali tehsillileri buraxirlar? davamı

    Zahid Oruc: «189-cu yer Azərbaycana qəsddir»

    Zahid Oruc: «Beynəlxalq media ilə müqayisədə hansısa fərqli nəticələrə gəlinə bilərdi. Ancaq Azərbaycanın 189-cu yerə qoyulması qəsddir, buna heç bir bəraəti yoxdur».

    6 şərh

    maqa: yoldaw zahid oruc bu siralamada bize hormet edibler sag olsunlar!!! davamı

    Ən çox...