bazar, Dekabr 21, 2014 Bakı vaxtı 18:18

Siyasət

Rasim İldırımzadə: «Mahir Abdullayev Elşad Abdullayevin razılığı ilə yoxa çıxıb»

Elşad Abdullayev və Rasim İldırımzadəElşad Abdullayev və Rasim İldırımzadə
x
Elşad Abdullayev və Rasim İldırımzadə
Elşad Abdullayev və Rasim İldırımzadə
-

Daxili İşlər Nazirliyinin polkovniki, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini Rasim İldırımzadə fevralın 21-də «Media forum» saytının suallarını cavablandırıb.

- Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayev sizinlə söhbətini əks etdirən video yayıb. Doğrudanmı Elşad Abdullayevlə görüşmüsünüz? Elşad Abdullayevin qardaşı Mahir Abdullyevin itkin düşməsi və geri qaytarılması barədə hansısa müzakirələriniz olubmu?

- Elşad Abdullayevlə görüşmüşəm. Mənim övladım ABU-da oxuyurdu, görüşümüz də bu kontekstdə olub. Amma video və orada deyilənlər yalan və böhtandır. Bizim belə bir söhbətimiz olmayıb. Elşad Abdullayev hamını şantaj edir, bu əməlini davam etdirir.

- Siz Elşad Abdullayevi nə vaxtdan tanıyırısınız?

- Mən Bakı Dövlət Universitetində tələbə olanda o, adi laborant işləyirdi. Həmin dövrdən tanış idik.

Mənim qızım onun universitetində oxuyurdu. Azərbaycan Tibb Universitetinə imtahan vermişdi, amma ABU-ya düşmüşdü. Əlaqə yaratdı, dedi ki, görüşək. Sonra iş yerimə gəldi. Dedi ki, başıma belə bir iş gəlib, mənə kömək elə, gör nə məlumat öyrənə bilirsən. Mən də hüquq mühafizə orqanı əməkdaşı kimi maraqlandım. Sonralar isə məni iş yerinə çağırırdı, soruşurdu nə məlumat var. Özü mənə deyirdi, sonra məndən təsdiqini istəyirdi. Mən nə desəm onu təkrarlayırdı. Deyirdi ki, eşitmişəm Mahir Dağıstandadır, filan yerdədir və sair.

Mən bir idarədə rəis müaviniyəm. Mənim nə səlahiyyətim var ki, Elşad Abdullayevin qardaşını ona verim? Özü də 2004-cü ildə. Bu hansı məntiqə sığır? Biz də hüquqşünasıq. Yaxşı bilirik ki, bunun heç bir hüquqi əsası yoxdur. Özü cinayətkardır, ölkəyə qayıdıb istintaqa ifadə versin. Minlərlə insandan pul yığıb qaçıb. Qayıdıb gəlib cavab versin. Gəlib dediklərini öz ifadələri ilə təsdiqləsin. Sonra biz də ifadə verərik.

- Görüşünüz nə zaman olmuşdu? Tez-tez görüşürdünüz? Müzakirələrinizin detallarını xatırlayırsınızmı?

- Xeyr, xatırlamıram. Sizinlə əlaqə yaradıb geniş danışarıq.

- Elşad Abdullayevdən bir milyon dollar istəməyiniz doğrudurmu?

- Xeyr, belə bir söhbət olmayıb. Bunlar hamısı yalandır.

- Video yayılandan sonra Daxili İşlər Nazirliyinə çağırılmısınızmı? Sizə bununla bağlı nəsə deyiblərmi?

- Əslində bu, yeni video deyil. Həmin videoların disklərini, kasetlərini 2008-ci ildə göndərib. Eyni zamanda bunları mətbuatda da yaymışdı. Biz də o zaman münasibətimizi bildirmişik. Bu, yeni məsələ deyil. Həmin dövrdən insanları şantaj edir.

- Videolar Daxili İşlər Nazirliyinə göndərilmişdi?

- Xeyr, Milli Təhlükəsizlik Nazirliyinə.

- Həmin dövrdə siz Milli Təhlükəsizlik Nazirliyinə çağırmışdılarmı? Orada ifadə vermisinizmi? 

- Xeyr. Hazırda bu işin istintaqını Müstəqil İstintaq Komissiyası aparır.

- Müstəqil İstintaq Komissiyasına ifadə vermisinizmi?
 
- Xeyr. Orada çox adamın adı çəkilir. Kim bu qədər istədi, kimə nə qədər verdim və sair. Çəkdiklərinin də əksəriyyətini yayımlayıb. İstintaq gedir. İndi hamını eyniləşdirmək olmaz.

- Videoda deyirsiniz ki, Mahir Abdullayevi görmüşəm, gətirəcəm...

- Mən «görmüşəm» deməmişəm. Demişəm ki, deyirlər görüblər, belə bir şey eşitmişəm. Mən Mahir Abdullayevi harada görə bilərdim? Hara getdim ki, onu da görüm? Mən ona demişəm ki, deyirlər qardaşını görüblər, hesab elə sağ-salamatdır. Yəni eşitdiklərimi demişəm.

Mahir Abdullayev Elşad Abdullayevin razılığı ilə yoxa çıxıb. Özü işin içindədir, qardaşının harada olduğunu bilir. Qardaşının başına gələnlər Elşad Abdullayevin öz əməlləridir.
Mənə deyirdi ki, çox ağır vəziyyətdir, ailəmdə məni incidirlər, dincliyim yoxdur. Xahiş edirdi ki, mənə ümidverici bir söz de. Mən də cavab verdim ki, sənə yalandan nə deyim, özün də professor adamsan. Mənim nə səlahiyyətim var? Sadəcə olaraq eşidirdim ki, filan yerdədir. Özü də deyirdi ki, filan yerdədir. Cavab verirdim ki, mən də eşitmişəm. Sırf fikir mübadiləsi olurdu.

Daxili İşlər Nazirliyində savadlı hüquqşünaslar var və onlar məsələyə qiymət verirlər. Onlar da görürlər ki, bu söhbətin əsası yoxdur, mənasız məsələdir. Ümumiyyətlə onun insanları gizli formada videoya çəkməyə səlahiyyəti çatırmı? Bizim bir qohum ABU-da müəllim işləyirdi. Onun vasitəsilə Elşad Abdullayevə zəng etdim, dedim ki, qardaşın iş görüb, camaatın pulunu götürüb yoxa çıxıb. Bu nə məsələdir? O da dedi ki, yox, belə bir şey olmayıb. Sadəcə olaraq Elşad Abdullayev qardaşının işindən məlumatlı olan insanları çağırırdı, onlarla söhbət edirdi. İndi isə həmin insanları şantaj edir.

- Rasim müəllim, bəlkə sizi bu işə üçüncü tərəf qoşub? Ya xahiş, ya da ki, vadar etmə formasında...

- Xeyr, belə bir hal olmayıb. O, buna çox cəhd edirdi. Amma mən gördüm ki, prosesi onun özü idarə edir, işin içindədir, məlumatlıdır. Hadisə özünün razılığı ilə baş vermişdi. İş haqda az-çox məlumatı olan insanları şantaj edirdi.

- Daxili işlər naziri Ramil Usubovla sizin ailənin qohumluq münasibətləri var. Eyni zamanda siz nazirin tabeçiliyində işləyən şəxssiniz. Mahir Abdullayevin itməsi, Elşad Abdullayevin sizdən etdiyi xahişləri nazir Ramil Usubovla müzakirə etmisinizmi?

- Xeyr, belə bir müzakirə olmayıb. Onunla müzakirə etməyə ehtiyac da yoxdur.

Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: menden Haradan: burdan
22.02.2013 12:39
Rasim birinci deyirki Elsadla gorushmusem ve gizim haggda danishmisig, sonrada sual olandaki Mahiri gormusen deyirler bele cavab verir : Mən «görmüşəm» deməmişəm. Demişəm ki, deyirlər görüblər, belə bir şey eşitmişəm.
Ay men deyen bes deyirsen ki gizim haggda danishmisig gorushende .)))))))) Danishanda fikirles sonra danis
Cavab

Kimdən: hesenden Haradan: agcabediden
22.02.2013 18:27
salam

Kimdən: menden Haradan: burdan
22.02.2013 09:58
Azərbaycan Beynəlxalq Universitetinin rektoru olmuş Elşad Abdullayev sizinlə söhbətini əks etdirən video yayıb. Doğrudanmı Elşad Abdullayevlə görüşmüsünüz? Elşad Abdullayevin qardaşı Mahir Abdullyevin itkin düşməsi və geri qaytarılması barədə hansısa müzakirələriniz olubmu?-bu sauala bele cavab verir
Elşad Abdullayevlə görüşmüşəm. Mənim övladım ABU-da oxuyurdu, görüşümüz də bu kontekstdə olub. Amma video və orada deyilənlər yalan və böhtandır. Bizim belə bir söhbətimiz olmayıb. Elşad Abdullayev hamını şantaj edir, bu əməlini davam etdirir.
Videoda deyirsiniz ki, Mahir Abdullayevi görmüşəm, gətirəcəm...
Mən «görmüşəm» deməmişəm. Demişəm ki, deyirlər görüblər, belə bir şey eşitmişəm
INDI OZUNUZ QERAR VERIN YALAN DANISIR YOXSA DUZ

Kimdən: Ilqar Haradan: bak
22.02.2013 08:53
... sən gör polisdə insanların başına nə oyun açmısan Sən adamın üzünə durarsan. Sənin bu çıxışına görə təcili səni işdən azad etməlidirlər sən polisdə qala bilmərsən.

Kimdən: vasif Haradan: baku
22.02.2013 04:00
Artıq Elşad Abdullayevin rüşvətxorluğunu məncə bağışlamaq olar. Kişinin xalqa ziyandan çox xeyri dəyir. Bu videolar gələcəkdə çox lazım olacaq.
O ki qaldı İrasimə - bilir ki, onu darda qoymazlar ona görə də mənasız danışır. ...
MİLLƏTİMƏ ŞİRİN YUXULAR!!!
Cavab

Kimdən: o vaxtın tələbəsi Haradan: indinin diplomlu işsizi
24.02.2013 13:18
Mən də bu fikirnən şərikəm.Hərkən o vaxt verdiyim pullar üçün bir "az" Elşadı söymüşəm.Təki bunun biraz xeyirli nəticəsi olsun.Mən bilmirəm bunun(p-İ.Ə) xətrinə məmurlarının hansı hərəkəti "kestinə" dəysin ki bu qeyrətə gələ.

Kimdən: BAKILI Haradan: BAKI
22.02.2013 01:58
cenab prezident bu cinayatkar destenin baresinde ne ucun tedbir gormursen seheri gun sade vetendaslarin aile uzvlerinden biri oqurlansa ona kim cavab verecek bir gulernen is bitmir

Kimdən: Vuqar Antiyap Haradan: Moskva
21.02.2013 23:41
Ehsen sene Ildirimzade.Beleleri haqda deyirler ki,ADAMIN UZUNE DURUB ALIMENT ALAR.Bu ya ozu axmaqdi,yada milleti qoyub axmaq yrine?Gunah sende deyil,gunah senin kimileri bu vezifeye getirenlerdedi,yani Ilham "hezretlerinde".Azerbaycanda movcud olan cinayyetlerin arxasinda Ilham ve onun ozu kimi rushvetxor etrafi durur.Inshallah bu rejimi supurdukden sonra,bu rejimin butun cinayyetleri achilacaq ve bashda Ilham Aliyev olmaqla her biri,turmelere uzun muddetli tatile gedecekler!!!!!!!!!

Kimdən: marko
21.02.2013 21:21
Rasim Ildirimzadenin ifadesine hansisa bir Hakim, mehkemede eyer inansa, demeli o hakimin ruhi xesteliyi var, cunki bele bir cefengiyata normal aqli bashinda olan adam inana bilmez
Cavab

Kimdən: vasif Haradan: baku
22.02.2013 03:46
qardaş, səncə elə bir qeyrətli hakim bizdə var?
və yaxud bu məsələ bu hakimiyyət dövründə hakim qabağına çıxacaq?

Kimdən: ezrailden Haradan: ordan
21.02.2013 20:26
deyesen menim işım çoxalacaq

Kimdən: Zebani Haradan: Cehennem
21.02.2013 17:46
Rasim İldırımzadə, danışdıqlarına heç özündə inanmırsan. Boş yerə özünü yorma hamı bilir sizin banda nə işlə məşğuldu. Elşad Abdullayevin yaydığı videolar isə tamamilə montaj deyil əsl həqiqətdi.

Kimdən: Səid Şirvanskiy
21.02.2013 17:03
Ramil Usubovun yaxın qohumu olan və DİN-də yüksək vəzifədə otuzdurulmuş Rasim İldırımzadə bu videogörüntülərə baxmış insanları görəsən nə sayır? ... Kadrlardan görünür ki, bu şəxs Gülər Əhmədovadan fərqli olaraq mandat alveri əvəzinə adam alveri edir. Maraqlıdır, əgər Elşad Abdullayev 2004-cü ildə lentə almış bu videogörüntüləri Respublika Prokurorluğuna göndəribsə və videogörüntülərdən gördüyümüz kimi Rasim İldırımzadənin adam oğurluğu ilə məşğul olan cinayətkarlarla əlaqəyə girib onlar üçün maklerlik etdiyi məlum olubsa görəsən nə səbəbə o bu günədək Ramil Usubovun (şəxsi) nazirliyində məsul vəzifədə xidmət edir? Artıq 100% əmin olmaq olar ki, Elşad Abdullayevin Respublika Prokurorluğuna göndərdiyi lakin ictimaiyyətdən hələki gizli saxladığı həmin o 400 videogörüntülərdə bu günədək yüksək vəzifələrdə işləyən və ya xidmət edən məmurlar, dövlət xadimləri, nazirlər var. Bu görüntülərə baxan vətəndaşlarımızın əksəriyyəti hansı təhlükəli, cinayətkar, quldur təfəkkürlü rejimin əsarəti altına olduğunu hələdə anlamırsa onda V.Jirinovskinin azərbaycanlılar haqqında söylədiyi sözlər adamın yadına düşür.
Cavab

Kimdən: Azər Haradan: Moskvadan
21.02.2013 21:20
5+ Qardaş, dedikləinlə hamını qabaqladın !!!!!!!!!!!
Cavab

Kimdən: ANA 46
22.02.2013 15:22
Xahiş edirəm ki, Milləti təhqir etməyəsiniz. Siz və sizin əzizləriniz də azərbaycanlı deyilsiniz ki. Əksinə bizim millət indi daha ayıq millətdir, çünki 20 yanvarda şəhid olan insanların sayəsində qurulan dövlət indi belələrinin əlinə keçib. Əksinə bir az da səbr edib gözləsək onlar özləri bir-birlərini didib dağıdacaqlar. Daha havayı yerə sadə xalqın qanı tökülməyəcək !

Oxumaq məsləhətdir...