Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:21
-

Bakı Apellyasiya Məhkəməsi sabiq deputat Gülər Əhmədovanın şikayətini təmin etməyib.

O, barəsində seçilmiş həbs-qətimkan tədbiri ilə bağlı məhkəmə qərarının ləğvini istəmişdi.

Bu haqda AzadlıqRadiosuna Gülər Əhmədovanın vəkili Eldar Qədimi məlumat verib.

Vəkil deyir ki, Gülər Əhmədovanın səhhəti də yaxşı deyil:

«Onun həm şəkəri var, həm təzyiqi, həm də ürəyi ağrıyır. Qapalı şəraitdəsə keyfiyyətli müalicə almaq mümkün deyil».

Ombudsman Aparatından «Media forum» saytına verilən məlumata görə isə tibb-sanitar hissəsinin rəisi Gülər Əhmədovanın səhhətində ciddi problemlərin olmadığını, müayinələrin davam etdirildiyini bildirib.

Gülər Əhmədova bu il fevralın 13-də saxlanıb. Onun adı 2012-ci il sentyabrın 25-də Beynəlxalq Universitetin sabiq rektoru, Fransada mühacirətdə olan Elşad Abdullayev rüşvətlə deputat mandatının alınmasından bəhs edən video qalmaqalında əsas fiqurlardan biri kimi hallanırdı.

Videoda Gülər Əhmədova olduğu iddia edilən bir qadın deputat mandatı üçün 1 milyon manat tələb edir. Videoda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilir.

Ramiz Mehdiyev videoda onun bərəsində danışılanları inkar edir. Gülər Əhmədova da videonu montaj hesab edir.

Videoçəkilişlərdə əks olunan məlumatlarla əlaqədar Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) maddəsi ilə cinayət işi başlanıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG