Bazar ertəsi, Dekabr 22, 2014 Bakı vaxtı 04:33

Verilişlər / Korrupsiometr

Sevinc Babayevanın oğlu prezidentə müraciət edir

Sevinc BabayevaSevinc Babayeva
x
Sevinc Babayeva
Sevinc Babayeva

Bunu da oxu

Zakir Qaralov: «Gülər Əhmədova ilə bağlı başlanan cinayət işi prezidentin nəzarətindədir»

Baş prokurorun sözlərinə görə, materiallarla bağlı müxtəlif ekspertizalar təyin olunub.

Gülər Əhmədovanın deputatlığına xitam verildi

Oktyabrın 3-də Mərkəzi Seçki Komissiyası (MSK) deputat Gülər Əhmədovanın mandatından imtina etməsi haqda ərizəsinə baxıb.
.


“Yazdıqlarım Gülər Əhmədovaya qarşı irəli sürülən ittiham yox, olan faktlardır. Anamın ölümünün, şəhərdən qaçırılmasının səbəbkarı odur. O anama dedi ki, 3 günlük gedirsən, Ramiz Mehdiyevlə danışacağam, hər şey yaxşı olacaq. Sonra gələcəksən, elə olacaq, belə olacaq.

Anam orada olarkən mən dəfələrlə Gülərə zəng vurmuşam. Demişəm, anamı necə göndərmisən, elə də geri gətizdir. Sən niyə evində rahat yaşayırsan, anam niyə orada qalmalıdır? Demişəm ki, anam neyləyib ki, pulu alıb gətirib sənə verib. Neyləmisinizsə, gedin öz probleminizi özünüz həll edin. Mən bunu Gülər Əhmədovaya dəfələrlə demişəm. Hər dəfə mənə deyirdi ki, səbirli ol, hər şey yaxşı olacaq”.

Bunu AzadlıqRadiosuna adı Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin yaydığı gizli korrupsiya videosu qalmaqalında vasitəçi kimi təqdim edilən, dekabrın 26-da isə İstanbulda vəfat edən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov deyib:

“Mən prokurorluğa neçə vaxt bundan əvvəl bildirmişəm ki, mənim anamı şəhərdən Gülər Əhmədova çıxardıb. Fakt budur ki, mənim anamı şəhərdən Gülər çıxardıb, bütün məsuliyyət onun üstünə düşür”.

Beynəlxalq Universitetin keçmiş rektoru Elşad Abdullayevin bu ilin sentyabrında yaydığı videoda Sevinc Babayeva kimi təqdim olunan şəxs deputat mandatının alınmasında vasitəçi kimi göstərilir. Videoda göstərildiyinə görə millət vəkili Gülər Əhmədova Elşad Abdullayevin millət vəkili seçilməsi üçün ondan bir milyon dollar alıb prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevə çatdırır. Ramiz Mehdiyev bu iddiaları rədd edib. 

Bu videonu montaj adlandıran Gülər Əhmədova istintaqın gedişinə mane olmamaq üçün mandatdan imtina edib.

Ayxan Məmmədov AzadlıqRadiosuna onu da deyib ki, anası Bakıdan İstanbula sentyabrın 25-də öz sənədi ilə gedib: “Onun başqa sənədi olmayıb”.

Ayxan Məmmədov anasının ölümünün araşdırılması ilə bağlı prokurorluğa müraciət edəcəyini də bildirdi: “Dünən prezidentin saytına da məktub yazmışam. Xahiş etmişəm ki, bu işə ciddi yanaşılsın”.

Ayxan Məmmədov yanvarın 1-də azpolitika.info saytına məktub yazıb. Anasının ölümünün səbəbkarının keçmiş millət vəkili Gülər Əhmədova olduğunu bildirmişdi.   

Gülər Əhmədovanın telefonuna zənglərimiz cavabsız qaldı. Amma o, moderator.az saytına bildirib ki, Ayxan Məmmədov Elşad Abdullayevin təhdidlərindən qorxaraq belə ittihamlar səsləndirir:

“Mən təəssüf edirəm ki, Sevinc Babayevanın oğlu mənim barəmdə bu cür fikirlər səsləndirir. Əminəm ki, o bu məktubu yazmaqla Elşad Abdullayevin təhdidlərindən qorxub. O şok içindədir. Belə bir vəziyyətdə olan insanı təhdid edib ona yalan sözlər danışdırmaq heç bir dəyərə sığmır. Oğlum yerində olan bu uşağın dediklərinə cavab qaytarmaq istəmirəm. Amma ona bircə tövsiyəm var ki, təmkinli olsun”.

Gülər Əhmədova həmçinin Sevinc Babayevanı ölkədə çıxarması barədə Ayxan Məmmədovun iddiasına bu cür cavab verib: “Hüquq-mühafizə orqanlarında Sevinc Babayevanın ölkədən necə getməsi barədə məlumat var”.

G.Əhmədova Sevinc Babayevanın Elşad Abdullayev tərəfindən təhdid olunmasına sübut kimi bir müddət əvvəl yayılan videonu xatırlatdı: “Həmin videoda Sevinc bir çox mətləblərə aydınlıq gətirir”.

Hələlik Elşad Abdullayevin Sevinc Babayevanın özünə və oğluna təhdidlər etməsi barədə iddialara bir cavabı məlum deyil. Yalnız Sevinc Babayevanın ölümündən sonra keçmiş rektor bildirib ki, çox şey bildiyi üçün onun həyatına təhlükə olması barədə xəbərdarlıq edibmiş.

Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: nina ricci Haradan: baki
11.01.2013 19:39
butun bu iwlerin bawinda RAMZED durur biz esebden oluruk amma o butun bunlari izleye izleye evinde milyonlarla dollara aldigi delfinlerle eseblerini sakitlewdirir ve daha ozune cixiw yolu axtarir ... ele bil gun gune cavanlawir ...

Kimdən: demadim Haradan: SSRI
05.01.2013 11:09
Rusiya tarixinda bela bir hadisa olub Char mamurlarindan bezan xalq Chara muraciyat uchun saraya yurush edir charin asgarlari onlari gulla boran edib qirir bu hadisanin tarixi adi Qanli Bazardi. Axi kimdi Ramiz Mehdiyev ? Heydar Aliyevin pul yigani olub indida hamin ailaya xidmat edir. An gulmalisi da odur ki, bu adam ozunu alim hesab edir....

Kimdən: HasenAga Haradan: Heyderabad
04.01.2013 14:35
Mene ele gelirki bu yaxinlarda Guler avtomabil qezasinda olacecek.Gunahkar ise Sevincin oglu olacaq 1 gulleye 3 dovshan ;)
Bashqa senarisi olan varsa yazin gorek kim duz tapacaq
Cavab

Kimdən: Zebani Haradan: Cehennem
04.01.2013 16:26
Həsənağa, dediyin ağıla batandı ancaq mən belə fikirləşirəm ki, Ayxanın beyni qızacaq əlinə alacaq makarov tapancasını Gülər Əhmədovanı ağır yaralayacaq + xəstəxanada Gülya gəbərəcək. Ayxanda özünü öldürəcək, Dediyin kimi 1 güllə 3 quş yox 4 quş olacaq. Axı Ramzes qalıb. Ramzesdə yaşlı olduğu üçün bu hadisədən 2-3 ay sonra səhhəti pisləşəcək ürək tutmasından öləcək. Bu olaylar prezident seçkilərinə kimi baş verməlidir. Görək hansımızın dediyi düz çıxacaq. Onu dəqiq bilirəm ki, ya sənin dediyin olacaq yada mənim dediyim.
Cavab

Kimdən: Avara Haradan: "Türmədən"
10.01.2013 08:34
Yazdiğınız praqnozlarınızla razıyam,ancaq Ramzes məsələsındə yox.Gormürsüz top kimidir,gündən-günə cavanlaşır.

Kimdən: Anonim Haradan: Prizdent
04.01.2013 13:34
Mən heç nə eşitmirəm və görmürəm.Bu barədə həkimdən arayışımda var.İstəsəniz Ramizdən alıb arayışa baxa bilərsiniz.

Kimdən: marko
03.01.2013 16:22
Ayxan eyer sende video yazi varsa ve Sevinc Babayeva o video yazilarda Guler Ehmedovani ifsha edirse bax onda sen nese elde edeceksen..bele ise senin dediklerin subut sayilmir uydurada bilersen yani resmi shekilde qebul olunmayacaq..oa gore sen bu ishde hecne elde ede bilmeyeceksen ve lekenide oz uzerinden sile bilmeyeceksen bu senin omruvun axirina geder dashiyacaqin bir lekedi ki Ananin geyretini ceke bilmedin,qanini yuya bilmedin intiqam ala bilmedin duzdu bunun sene aidiyyati yoxdu herkes ozune cavabdehdi amma hardasa qinayacaqlar seni
Cavab

Kimdən: HesenAga Haradan: Heyderabad
04.01.2013 14:09
marko@senin qeyretine quzu keserem nedense senin bu yazin gunehsiz bir insani gunahkar kimi gosterir Beyem sen oz valideyinlerinin ve ya qohum eqrebanin emellerine cavabdehsen??? o ki qaldi qeyret meselesine utan yere gir kimin kiminle hansi munasibetlerde oldugu hec kime melum deyil ve aidiyati yoxdur DEYRETLI cayil GED OZ ETREFINA BAX EMINEM AXTARDIGINI OZ ETRAFINDA TAPACAQSAN

Kimdən: Zebani Haradan: Cehennem
03.01.2013 15:37
Ayxan, əgər sən bunları indi idda edirsənsə, anan o yola girəndə deyərdin ki, bu təhlükəli yoldu, pullar evinə axanda heç səsini çıxartmısan ki, bu dəyirmanın suyu hardan gəlir dedinmi anana?, yox demədin, günah sənin özündədi. Qaldı ki prezidentə müraciyət etmək quzunu qurda tapşırmaq kimi bir şeydi. Ancaq bunu deyim ki, M.Əliyevaya müraciyət edəndə nəsə bir iş görürlər həqiqətən. Prezidentə gedəndə isə heç bir nəticə olmur. Yəqin ki, bu da başqa növ siyasətdir.

Kimdən: Şakir Həsənov Haradan: Şəmkir
03.01.2013 15:05
Ayxan Memmedova anasinin vaxtsiz vefatina gore bas saqliqi verirem

Kimdən: uzag sahillerden
03.01.2013 14:09
Ayxan,,sende gør kimnen ne isteirsen...øna hec yazma, o heckimdir..

Kimdən: Vuqar Antiyap Haradan: Moskva
03.01.2013 10:22
Yene de."senden sene shikayyetim var" prinsipi rehber tutularaq,prezidente muraciyyet olundu.Ay zavalli qenc,prezidente umud edenlerin choxsu ya turmede churuyur,ya da torpagin altinda. Sen yaxshisi budu prezidentin xanimina muraciyyet ele,chunku derdive chare olmasa da,en azi sadaladigim o iki sonlugdan qurtula bileceksen.Amma en yaxshi yol,Azerbaycandan bashivi gotur qach,Avropa olkelerinin birine ve Elshad Abdullayev kimi,bu rejimi bildiklerinle,ifsha et ve uzerinizde olan lekeni temizlemeye chalish!!!!!!

Kimdən: Amin. Haradan: Bakıdan
03.01.2013 08:51
Salam dostlar. Hamınız prezidenti tənqid edirsiniz. Prezident var bəyəm???? Məncə olsaydı bu cür dövlət cinayətlərinə reaksiya verərdi və nəzarətə götürərdi, ali baş komandan kimi hər gün müharibə bölgəsindən gələn əsgər meyitlərinə görə hesabat verərdi.Amma halal olsun ki, bu cür prinsipial məqamlarda necə də susmağı bacarır.Qane edir hər şey deyəsən, ya da dəvəquşu məsələsidir. Azərbaycan oğru qaydaları ilə idarə olunur. Şübhəsi, yaxud marağı olanlar müqaisə edə bilərlər. O ki, qaldı Gülər və Sevinc kimi qadınlara... bu yolu özləri seçiblər və layiqli cəzalarıdır. Onların yerini başqaları mütləq dolduracaq, necə ki, özləri doldurmuşdular. Hələ bu kimilərinin adlarını çox eşidəcəyik. Bir həqiqət göz qabağındadır : XALQ ÖZ TALEYİNƏ BİGANƏ QALARSA, BUNDAN DA PİS GÜNLƏRƏ DÜŞƏCƏK. Korrupsiya vaxtında dayandırılmazsa, cəmiyyətin bütün təbəqələrini yeyərək, sonda dövlətlə birikdə məhv olacaq.Bu bir aksiomadır.
Cavab

Kimdən: zakir Haradan: baki
03.01.2013 15:05
Sağol Amin, düz yazıbsan.Prezident hər zaman susur. Dubay villalarını dərc etdilər susdu, qızlarının çirkli pullar videosu yayıldı susdu, Covdar qızıl yataqları ortaya düşdü, bu yenə susdu və nələr nələr.İndi dağ kimi sübutlar var Əliyev rejimi seçdiyi psevdodeputatlardan bu yenə ağzına su alıb. Birkə onu bilir orada burada yalan danışsın və qayçıyla lentlər çəssin.O tikdirdiyi yeni bina ya idarə həddindən artıq şişirdirilmiş paralarla tikilib.Adınıda qoyub inkişaf.Bir sözlə, millət yatıb prezident onlardan öncə yatıb.
Belə biyabırçılıq olmaz.Birkə işləri var bu hakimiyətin, onun yapçıların,onlara bənzər "müxalifətin"(yanı F-F tandemi kimi müxalifətin,Fəzail və Fazilin). " Ağıllı" olan Siyavuş kimiləri isə yazılmış direktiv verməsələr ağzınıda aça bilmir.Gərək öz bildiyini desin ona görə yalnız nə deyirlər onları tutuquşu kimi təkrar edir.Zaten özünə qalmış susar. Cəsarəti varsa həqiqəti deyərdi.Və, biz görün kimlərə ümüdliyik.Bunlarla Qarabağı yox heç oraların bir kəndinidə ala bilmərik.Gecə gündüz silahlardan dəm vurur prezident.Soruşan lazım bizə xoxmu gəlmək lazım yoxsa torpaq?
Səhifə (3)
    Növbəti