Bazar, Avqust 31, 2014 Bakı vaxtı 01:30

Siyasət

Ramiz Mehdiyev video qalmaqalından danışdı

Ramiz MehdiyevRamiz Mehdiyev
x
Ramiz Mehdiyev
Ramiz Mehdiyev
-
«Bəhs olunan videoda mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır».

Bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Gülər Əhmədova-Elşad Abdullayev qalmaqalına münasibət bildirərkən AzərTAc-a deyib:

«Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub. Lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcək».

R. Mehdiyev qeyd edib ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur, ola da bilməz:

«Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiq edir. O ki qaldı ortada canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərin açdığı bazara - bu, onların öz problemləridir. Belə dələduzlar həmişə olub, bu gün də var. Onlar uçun ən inandırıcı yol, əlbəttə ki, vəzifəli insanların adını hallandırmaq və istifadə etməkdir. Belələri gec-tez hər zaman ifşa olunub və qanun qarşısında məsuliyyətə cəlb ediliblər. Bundan sonra da kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaq».
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Kamal Haradan: Azərbaycan
11.10.2012 09:47
Karl Marks Kapital əsərində yazırdı ki, insanın qazancı 400 faizi keçərsə o istənilən cinayətə əl atar.
Bizdə isə qazanc nə gəzir. Fikirləşməyiniz kifayətdir...

Kimdən: insandan Haradan: o dunyadan
05.10.2012 20:36
Ramiz muellim camahati az dolayin pensiya vaxtiniz kecib hami kimi sizde qedin istirahete.

Kimdən: Nadir Haradan: Baki
05.10.2012 01:41
Ay qoca ....!!! Kime do qelirsen? Jamaat sen deyen qeder de efel deyil. Sadece abir heyasina burunub. Yaxwi olardi partiyanizin adini deyiwib mowennikler partiyasi qayaydiniz. ..

Kimdən: Ermeni Haradan: Qarabagdan
04.10.2012 15:55
Ara bize deyirsiz birleşek siznen.Baxın sizin hakimiyyet ne gündedir evel inqilab etmeyi gürcülərdən öyrənin, hakimiyyeti deyişin,onda bizde muharibesiz qoşulacayıq Azərbaycana.

Kimdən: Elmir Haradan: Quba
04.10.2012 15:30
Bu olaydan sonra Mehriban xanımın dələduzlarla bir məclisdə oturmasının qəti əleyhinəyəm ölkənin 1-ci xanımının, UNESKONUN xoş məramlı səfirinin belə korrupsion bir məclisdə oturması doğru olmaz. Hər halda fikirləşməyə dəyər.

Kimdən: Düzgün Haradan: Kidalovka kəndindən
04.10.2012 13:50
Elşad Abdullayevə lox kimi atıblar. Dediyi kimi 2 milyon Gülər Əhmədovanın əli ilə Prezident Administrasiyasına, 3 milyon MTN-nin yüksək vəzifəlilərinə, filan qədərdə filan yerlərə. Buna atmaq deyərlər. Hazırki hakimiyyət buna çox normal hal kimi baxır. 9 milyonluq xalqa atan iqtidar üçün Elşad Abdullayev növbəti bir qurban olub. Siz necə düşünürsünüz Ramiz Ənvəroviç?

Kimdən: Trubadur Haradan: Nərə səsi olmayan ölkədən
04.10.2012 13:21
Günah ancaq özümüzdədir. Acizliyimizdən, bir-birimizə paxıllıq etməyimizdən, bir-birimizin ayağının altını qazmağımızdan istifadə edərək qanımızı içən, var-dövlətimizi talan edən bir klan və ona qulluq edən bir cinayətkar qrup çıxıb oturub boynumuzda. Bir-birimizi başa düşməsək, bir millət kimi birləşməsək, bir hədəfə vurmasaq, qorxaq, gözüqıpıq olub verilən tula payı ilə razılıq edib onlara təriflər etsək lap zəlil günə qalacağıq. İnanın, bu tayfa hakimiyyəti görməmişliyinə, rüşvətxorluğuna, səviyyəsizliyinə, savadsızlığına, tərbiyəsizliyinə, mədəniyyətsizliyinə və əxlaqsızlığına görə Azərbaycandan başqa bir ölkədə bir gün belə iqtidarda qala bilməz. El dili ilə desək - iti qovan kimi qovarlar və birdə hakimiyyətə gəlmək arzularını birdəfəlik yaddaşlarından çıxardarlar. Faciəmizdə ondadır ki, biz bunları qəbul edirik, bizi təhqir etməklərinə, bizi ələ salmaqlarına, bizdən oğurlamaqlarına dözürük. Səbəbi isə bir çoxlarının qeyd etdiyim kimi səbirli, dözümlü xalq olduğumuzda deyil, qorxaq və aciz olmağımızdadır. Bu qədər səbir və bu qədər dözüm ancaq zəif millətlərdə olur. Bəlkə cəsarətli olmaq üçün özümüzə qopxu dusı yazdıraq? Xeyri olmayacaq, çünki dini lider-oliqarxımız Allahşükür Paşazadənin saxta mollaları kimi dualarıda saxta olcaq.
Cavab

Kimdən: sevinc Haradan: baki
04.10.2012 19:17
Sizin yaziniza destek olaraq rehmetlik Elmar Huseynovun bir sozu yadima dushdu: "Tehqir tehqiri goturen olunur..." Biz hamimiz poqolovnu coxdan tehqiri goturmeye alishmishiq. Yolda, bazarda svetoforda onunla-bununla dalashib kishiliyimizi gostermekle guya evezini cixiriq...

Kimdən: Yapon4ik II Haradan: Buralardan
04.10.2012 13:16
Men dedim qabagdan 2013 gelir sen prezident ola bilersen.
Sense papagimizi vurdun yere. Senin ki dahiyana gedishlerin olub, haminin bilmediyi tarix yazmisan ..adam da veziyyeti bu yere ozune qarshi hec getirer ?! Kim sene curet etdi? kim sene ag oldu ? Bu ele-bele adamlarin ishi deyil, yaxshi fikirlesh kartlar hamisi yerdedir .. .

Kimdən: Arif Haradan: Bakı
04.10.2012 12:57
Dələduzluq G.Əhmədova tərəfindən deyil, hər hansı bir saravi vətəndaş tərəfindən törədilsəydi, Ramiz müəllimin sözlərinə inanardıq. Siaysi hakimiyyətin nüfuzlu üzvlərindən hesab edilən G.Əhmədova Elşad Abdullayevi deputat seçdirəcəyi, Mahir Abdullayevi 2 ay müddətinə tapa biləcəyi barədə o qədər əminliklə danışır ki, onun bu və digər sahələrdə "iş bacarığına" heç bir şübhə qalmır.
G.Əhmədovanı dələduz qadın kimi qurban vermək olar, lakin onu da unutmaq olmaz ki, korrupsiya və rüşvətə qarşı mübarizəni özünüzdən başlasanız daha ədalətli olar. Hər halda buna başlamaq vaxtı artıq yetişib. Cəmiyyətin səbri tükənib və bu barədə acıq-aydın etirazlar səslənir. İradə taparaq gec də olsa islahatlara getmək ziyanın yarısıdır.

Kimdən: Yaqub Haradan: Berlin
04.10.2012 11:55
Ramiz Mehdiyev, Elshad Abdullayev ve digerleri tebii ki, deleduzdurlar, amma kichik kalibrli. Sen ise Azerbaycanda deleduzlugun, yaltaqligin ve butun diger biabirchiliqlarin TEMELINI qoymusan. Qeddafinin gunune salacaqlar seni INSHALLAH
Səhifə (3)
    Növbəti