Cümə axşamı, May 23, 2013 Bakı vaxtı 09:02

Siyasət

17 mart mitinqinin xronologiyası [Video-Foto]

Dava «Bulistan» qrupu mahnı ifa etdiyi zaman baş verib. Davaya səbəb 1 nəfərin mahnının sözlərinə etiraz etməsi olub. Polis 3 nəfəri saxlayıb

Loading
12:00:00 / -:--:--

Gənclərin mitinqi qalmaqalla bitdi

Şriftin ölçüsünü dəyiş - +
Martın 17-də Bakıda müxalif və müstəqil gənclərin mitinqi keçirilib.


GƏNCLƏRİN 17 MART MİTİNQİ
Səbail rayonu, 20-ci yaşayış sahəsindəki sürücülük məktəbinin stadionunda baş tutan mitinq «Qarabağ!», «Siyasi məhbuslara azadlıq!», «Təhsildə rüşvətə yox deyirik!» şüarları ilə başlayıb.

Gənclər «İstefa!» şüarları da səsləndiriblər.

Aksiyada çıxış edənlər bildiriblər ki, insanların mülkiyyət hüququnu pozan, 18 ildə Qarabağ problemini həll edə bilməyən hakimiyyət istefaya getməlidir.

Mitinq Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.
KİM NƏDƏN DANIŞDI

Müsavat Gənclər Təşkilatının sədr müavini Səxavət Soltanlı çıxışında deyib ki, İlham Əliyev hakimiyyətinin siyasi məhbusları azad etməməsi başadüşülən deyil.

O, çıxışında hakimiyyəti bütün «vicdan məhbusları»nı azad etməyə çağırıb. Deyib ki, 18 il ərzində torpaqları işğaldan azad edə bilməyən hakimiyyət istefa verməlidir.

Daha sonra «Dalğa» Gənclər Təşkilatının sədri Xanım Yadigarlı çıxış edib. O, mitinqdə heç bir siyasi partiyanı dəstəkləmədiklərini bildirib. Deyib ki, onlar rüşvətsiz təhsil istəyirlər. O, çıxışını «Təhsildə rüşvətə yox!» şüarı ilə bitirib.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı isə deyib ki, Azərbaycan hakimiyyəti gəncləri aldadır. O, onlarla gəncin «siyasi məhbus» kimi həbsxanalarda, «qul bazarı»nda olduğunu deyib. Bildirib ki, 17 mart gənclərin ilk addımıdır:

«Bu ölkədə qorxmayan gənclik var».

Onun çıxışından sonra aksiya iştirakçıları «Azərbaycan!» şüarları səsləndiriblər.

NİDA Gənclər Hərəkatının nümayəndəsi isə çıxışında daha çox Azərbaycan ordusundakı vəziyyətə toxunub. Deyib ki, Azərbaycan iqtidarı Qarabağ faktından hakimiyyətdə qalmaq üçün istifadə edir.

İŞIQLAR KƏSİLİB

Aksiyada polislərdən xahiş olunub ki, onlar mitinqin tribunasından uzaqlaşsınlar.

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı deyib ki, onlar aksiya başlamazdan əvvəl rayonun polis rəisi ilə danışıb polisin aksiyaya müdaxilə etməməsini istəyiblər.

Mitinq keçirilən əraziyə verilən elektrik enerjisi kəsilib. Bu, aksiyaçıların etirazına səbəb olub. Onlar hakimiyyət əleyhinə şüarlar səslənib.

İqtisadçı Natiq Cəfərli də mitinqdə çıxış edib. O deyib ki, Azərbaycan hakimiyyəti öz ailəsinin və yaxınlarının mənafeyinə yox, bütün millətə xidmət etməlidir. O, çıxışında prezident ailəsinin Dubay mülklərinə də toxunub.
KONSERT BAŞLADI

GƏNCLƏRİN MİTİNQİNDƏ DAVA
Mitinqin çıxışlar hissəsi bitdi. Qətnamə oxundu.

Mitinq konsert proqramı ilə davam edir.
DAVA DÜŞDÜ

Gənclərin mitinqində dava düşüb.

Dava «Bulistan» qrupu mahnı ifa etdiyi zaman baş verib. Davaya səbəb 1 nəfərin mahnının sözlərinə etiraz etməsi olub. Polis 3 nəfəri saxlayıb -  «Bulustan» qrupunun üzvü, mahnı ifa edən Camal Əli, gitaraçı Natiq Kamilov və «NİDA» Vətəndaş Cəmiyyətinin üzvü, bloqqer Etibar Salmanlı.

Saxlananlar Səbail rayon Polis İdarəsinin 8-ci bölməsinə aparılıb.

8-ci polis bölməsindən isə AzadlıqRadiosuna bölməyə 4 nəfərin gətirildiyini deyiblər. Amma onların adları açıqlanmır.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (3)
    Növbəti 
Kimdən: Şirəli baba
20.03.2012 16:47
Hə,gənclər ki siyasətlə marağlanmağa başladı bu hakimyyətin evi yıxıldı.
Cavab

Kimdən: Azadliq ashiqi Haradan: AZE
20.03.2012 22:35
Şiri kişi gənclər cəmiyyətin LOKOMOTİVİDİR! Bir addim qabaga ketmək isteyirler cox yox cemi 1 addim...
Cavab

Kimdən: BlackLight Haradan: Dunya
21.03.2012 23:02
gencLer tez haya kuye qalxirlar,duzdu qalxmaq azimdi haminin ureyinde dediyini demek lazimdi Ama neylesekde oNlar bizim her addimizi oz lehlerine cevirmeyi bacarirlar.Cunku onlarin goren "tek" gozleri var

Kimdən: Alfa Haradan: Baki
20.03.2012 12:10
Gencler VETEN size OVLAD dedi!!!
Sizin sayenizde bu sinmish ,pisriklasmish xalg adli amorf kutle belke oyana....
Yilmayin,dayanmayin 1ler 1000leri, 1000ler milyonlari oyadar.
Orta ve yashli neslin VETENden idaologiyaya ve ya da maddiyete gore dunyanin 4bir yanina dagilmish numayendeleri her zaman yaninazdadir!!!
Sizin bu toplanmaniz cok boyuk seyi--her zaman bunlara qarshi gencliyin ayaga galxa bileceyini ve despotizme bash eymeyeceyini isbat etdi.Azerbaycan realliginda,sixintilara ve tezyiglere baxmayaraq sozunu deyen SIZLERingozlerinden opurem!!!!
BULISTANi da ayrica seviik,

Kimdən: Cahan Haradan: Baki
19.03.2012 21:40
Əziz azad Azərbaycan gəncləri! Bizim ümidimiz ancaq sizleredi! Azadliğinizi hec kimə gurban verməyin... Bu şəraitdə minitqə toplaşa bildiyinizə görə sizinlə fəxr edirəm! Halal olsun!

Kimdən: qubalibalasi Haradan: quba
19.03.2012 01:31
buna mitinq demezler.. buna polisle ucun hazir halva deyerlerki milleti yigib bir yere lazimi olanlarida basib aparir.. 1 cisi mitinqi icazeli kecirmirler.. 2 cisi millet birinci oz haqqin teleb eliye bilsinki soramda mitinq elesun.. eger millet oz haqqin teleb ede bilseydi onda bunlari bele suruculuk mektebine yigmazdilar.. bizim normalda musteqil soz deme huququmuz var.. ama bizim azerbaycanda tam basqadi.. soz diyeni basib masina aparirlar.. SEVGI QURBAN TELEB ELIYIR.. eyer sen bu isi sevirsense onda neyise qurban vermelisen.. yoxsa ne bilim mahni oxu,suruculuk mektebine toplas,elebele azerbaycan,istefa qisqir.. bunun ne menasi varki!!

Kimdən: BEHLUL Haradan: SUMQAYIT
18.03.2012 02:30
GESTAPO ZADDI....SENZURADAN KECHMIR MENIM YAZDIQLARIM...?

Kimdən: BEHLUL Haradan: SUMQAYIT
18.03.2012 02:22
DEMOKRATIYA HARDA QALDI? MENIM YAZIM NIYE GETMEDI? SERF ELEMEDI?

Kimdən: info Haradan: berlin
18.03.2012 00:17
Men sizlere baxanda acigi ureyim agriyir.
…pulu olmadigindan haqqimi kendim teleb etdiyimden ve ecnebiler burosunda ishci mene uzuun muddet zehmetle subut etdiyim qanun qarahisinda soz tapa bilmeyib, redd ol deyib, qapini barmagi ile gosterdiyinden, bu hali fashizmus kimi deyerlendirdim ve dedim ki, avropada demokratiya yoxdur yalniz fashizmus var.
Meni veribler mehkemeye. Men de gedib, ecnebiler burosunu mehkemeye vermek istedim. Polis dokumenti tesdiqlemek istemedi. Dedi elinde subut var!? Soyledim ecnebiler burosu mene qarshi mehkeme qaldiranda elinde subutu var idi!? Soyledi ecnebiler burasunun vezifesini yerine yetirmemesi ve soz verib aldatmasina qarshi mehkeme aca bilmezsen!
Mubahise dushdu. Sinirlenib, soyledim: meni haqsiz olaraq tehqir ucun mehkemeye veribler. Amma indi bunu haqli deyirem: „Meni mehkemeye veren donuzdur“ Mubahise yene dushdu. Cixanda, soyledim ola bilsin meni zeif bilib menimle bu cur danishirsiniz!!!
Qapidan cixib gelende Polis menim arxamca dedi: "Men senin kimi zibil qutusu deyilem, cunki men almanam"!!!
Mende cavabinda dedim. Bu milletcilikdir. Mene dedi sen mene milletci dedin. Ustume cumdu. Mende dedim sen ozun bunu subut etdin. 3 nefer mene teref glib, dokument istedi. Pasportu cibimden cixartdim. Vermek isteyende elimi burub, bashimi divara vurdular. Dedim ne ucun bunu edirsen, men ki pasportu verirem!? Ureyim sixildi, gozum qaraldi hec ne gormedim. Birce onu deye bildim ki, ureyim agriyir. Birde ayildim ki, bolmedeyem, ustume bagirib, soyur, ters- ters gozumun icine baxirlar.
Once qulaqlarim eshitmirdi. Pasportu getirib, mene verende uzu ezilmish ve cizilmishdir. Ustum toz torpaq icerisinde, elimin derisi siyrilmish, ciynimde mohkem agri var idi.
Boyukleri gelib, dedi ne meseledir?! Dediler ecnebiler burosuna qarshi mehkeme acmaq isteyir. O da menimle kobud danishib, kurtqamfdan yapishdi ve cekib qapidan tullamaq isteyende, gozunun icine baxib, dedim elini gotur, ureyim agriyir, yeriye bilmirem, bir az oturub gedecem. Razi olmadi. Dedi cix cole!!! Sendeleyerek durub cixdim. Dedim buna gore cavab vermelisiniz…
Eger bunu oxuyan hansisa bir vicdanli insan versa meni basha dushmeli ve milletci fashist avropasinin kuyune gedib, olkemizi xaraba qoymamalidirlar. Bu hem xalqimiza hem de vezifesinden sui istifade etmek isteyen memurlara aiddir.
Azadliq radiosundan xahishim budur ki, avropanin- almanlarin- alman huquqcularinin nece milletci oldugunu dunyaya catdirsinlar!!!
Cavab

Kimdən: Tahir Haradan: Lənkəran
18.03.2012 16:40
Belədirsə qayıt gəl vətəninə,alman polislərinə özünü döydürməkdənsə qoy özümüzkülər döysün.
Cavab

Kimdən: Eloglu Haradan: Bakı
18.03.2012 15:37
Heç hənanın yeridi....
Cavab

Kimdən: BEHLUL Haradan: SUMQAYIT
18.03.2012 02:06
ELE BILIRLER BAL TOKULUB YIGAN YOXDU XARICDE...FRANSADA DEMOKRATIYA VAR? YOXSA INGILTEREDE VAR? BELKE AMERIKADI DEMOKRATIK? HAMSI BULANIQ SU AXTARIR PUL QAZANMAGA.....

Kimdən: Mübariz Haradan: Almaniya
18.03.2012 00:12
Müxalif və müstəqil gənclərin mitinqi müsbet haldir! istefa telebinin bu mitinqnen hech bir elaqesi yox idi ve bezilerinin söyüshlü danishigi kölge düshürdü. Genclerin telebleri genish ve derin olmaliydi!!! Dövletin tehsile yaxshi maliyye ayrilmasi,ölkede her kese eyni seviyyede tehsil. Genclerin ishnen temin edilmesi. Dövletin sosial kömeklik göstermesi ve s.

Kimdən: Oguz Haradan: Baki
17.03.2012 23:58
En guclu Arqument seslendi 18 ildir Qarabag problemini hell ede bilmeyen iqtidar Istehfa vermelidir.

Qerezli shekilde salinan dava ise qabagcadan proqnozlashdirilan
iqtidarin novbeti (ozlerini eks etdiren) murdar emellerinden biri idi. Men ne muxalifet,ne de iqtidar partiyasina uzvem men sadece bir vetendasham,

Kimdən: Anar Haradan: Bakı
17.03.2012 23:26
Azerbaycanın iqtidarıda, müxalifetide eyni bezin kenarıdır. Yazıq ortada qalmış sefil milletin halına...
Səhifə (3)
    Növbəti