Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:20

Əli Həsənov: «Aksiya radikal müxalifətin həqiqətdə nəyə qadir olduğunu göstərdi»


Əli Həsənov
Əli Həsənov
«Demokratik dövlət olan Azərbaycanda insanların ifadə, sərbəst toplaşmaq və digər hüquq və azadlıqları tam təmin edilib.

Qanunla müəyyən olunmuş qaydada insanların toplaşaraq, öz fikirlərini, mövqeyini bildirmək üçün zəruri şərait yaradılıb. Müxalifət partiyalarını təmsil edən gənclərin keçirdikləri mitinq bunu əyani şəkildə sübut etdi».

Bunu «apa»ya Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə. Həsənov aksiyada Azərbaycan xalqının mentalitetinə, mənəvi dəyərlərinə zidd davranışa şahid olmaqdan təəssüfləndiyini bildirib:

«Daim milli xüsusiyyətlərdən, əxlaqi dəyərlərdən, insani keyfiyyətlərdən ağzı dolusu danışanlar öz «liderlərinin» mənəviyyatına uyğun olaraq mövqelərini söyüş, təhqir, əxlaqsız hərəkətlərlə ifadə etdilər. Əslində bu, Azərbaycan xalqına, gənclərimizə qarşı təhqirdir.

Digər tərəfdən, bu aksiya meydan veriləcəyi təqdirdə on minlərlə insanı bir araya toplayacaqlarını daim təkrarlayan radikal müxalifət təmsilçilərinin həqiqətdə nəyə qadir olduqlarını açıq göstərdi. Bir daha sübut olundu ki, Azərbaycanın siyasi arenasında radikalizmə, dağıdıcılığa yer yoxdur».

17 MART AKSİYASININ XRONOLOGİYASI
XS
SM
MD
LG