Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:30

S.Freizer: «Qarşıdakı iki ildə Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş gözlənilmir»


Sabine Freizer
Sabine Freizer
«Prezidentlərin Kazan görüşünə qədər ümidlər var idi ki, ən azı hər iki tərəf ümumi prinsiplərdə qarşılıqlı razılığa gələcək. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, eləcə də Azərbaycan cəmiyyəti Kazan görüşünün nəticəsindən çox məyus qaldı. Həqiqətən də Kazan görüşünün nəticələri məyusedici oldu».

Bunu Beynəlxalq Böhran Qrupunun Avropa proqramlarının direktoru Sabine Freizer Bakıda jurnalistlərə açıqlamasında deyib.

Türkiyənin Dağlıq Qarabağ danışıqlarındakı roluna toxunan S.Freizer Ankaranın münaqişənin həlli ilə bağlı çox maraqlı ideyalarının olduğunu bildirib:

«Lakin Türkiyənin Ermənistanla sərhəd problemi var, bu səbəbdən çətinliklər yaşanmaqdadır. Türkiyə Dağlıq Qarabağ danışıqlarına hər hansı töhfə vermək, prosesə müsbət tərəfdən qoşulmaq istəyirsə, ilk növbədə Ermənistanla münasibətlərini normallaşdırmalıdır».

S.Freizer növbəti iki ildə münaqişənin həlli istiqamətində ciddi irəliləyiş gözlənilmədiyini vurğulayıb:

«Qarşıdakı iki ildə həmsədr ölkələrdə - Rusiya, ABŞ və Fransada seçkilər keçiriləcək. Buna görə də hesab edirəm ki, danışıqlarda hər hansı canlanmanın olması ehtimalı çox azdır».

Ekspert Ermənistanın da seçki ərəfəsində olduğunu xatırladıb, müharibəyə hazırlığın isə ritorika kimi göründüyünü deyib. /apa/

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG