Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 00:28
Dağlıq Qarabağ münaqişəsinin həlliylə bağlı danışıqlara vasitəçilik edən ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT sədrinin şəxsi nümayəndəsi Andrzej Kasprzyk noyabrın 3-də ATƏT-in daimi şurasının Vyanada keçirilən sesiyasında son bir ildəki fəaliyyətlərilə bağlı illik hesabatlarını təqdim ediblər.

Hesabatda deyilir ki, onlar ötən il 8 dəfə regionda səfərdə olub, Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda 14 görüş keçirib, son 14 ay ərzində 4 dəfə piyada qoşunların təmas xətini keçiblər.

Hesabatda qeyd olunur ki, bu göstərir ki, bu xətt iki xalq arasında daimi baryer deyil və atəşkəslə bağlı razılaşmanın həyata keçirilməsində hərbi kooardinasiya bütün tərəflər buna hazır olanda mümkündür.

Həmsədrlər bir daha bildirlər ki, münaqişənin hərbi həlli yoxdur və qəbuledilməz status-kvo vəziyyətindən çıxaraq sülhə nail olmaq üçün tərəflərin siyasi iradəsi gərəkdir.

Hesabatda qeyd olunur ki, danışıqlar prosesini yaxşılaşdırmaq, atəşkəs rejimini möhkəmləndirmək və iki xalq arasında qarşılıqlı anlaşmaya nail olmaq üçün əlavə səylər gərəkdir.

Həmsədrlər danışıqlar prosesini davam etdirmək üçün noyabrın sonunda yenidən regiona gəlməyi planlaşdırırlar.

ATƏT-in Minsk qrupuna Robert Bradtke (ABŞ) Bernard Fassier (Fransa) və İqor Papov (Rusiya) sədrlik edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG