Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:46

Qadın yazarlar dünyaya dar prizmadan baxır?


Nobel Mükafatlı yazıçı VS Naipaul qadın yazarları tənqid edərək onların həddən ziyadə sentimental olduğunu, öz səviyyəsinə uyğun qadın yazar tanımadığını bildirib.

Britaniyanın London Evening Standard qəzetinə verdiyi müsahibədə 78 yaşlı yazıçı deyib:

“Qadın yazarlar fərqlidir... Mən bir-iki abzas oxuyan kimi mətnin qadın tərəfindən yazılıb-yazılmadığını bilirəm”.

Naipaul qadın yazarların əsərlərini yüksək səviyyəli saymamasını onların “sentimentallığı və dünyaya dar prizmadan baxması” ilə izah edib.

“Mənim bir naşirim vardı, redaktor kimi çox yaxşı idi, amma elə ki yazıçı olmaq qərarı verdi, yazdıqlarının hamısı başdan-ayağa feminist nonsens oldu”.

Naipaul tez-tez qalmaqallı açıqlamalar verir.

Məsələn, keçmiş Britaniya müstəmləkələrini “yarımçıq cəmiyyətlər” adlandırması ona qarşı qəzəb doğurmuşdu.

Naipaul İslamı da tənqid edib. Bir neçə ay qabaq onun Türkiyədə ədəbiyyat tədbirinə dəvət edilməsi bu səbəbdən etirazla qarşılanmış, sonda yazıçı səfərindən imtina etmişdi.

Həmçinin oxu
İslamı müstəmləkəçiliklə müqayisə edən yazıçı qalmaqal yaratdı
Nobel mükafatlı yazıçı "çarıqlarını çıxarır"

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG