Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 14:55

İslamı müstəmləkəçiliklə müqayisə edən yazıçı qalmaqal yaratdı


Vidiadhar Surajprasad Naipaul

Vidiadhar Surajprasad Naipaul

Ədəbiyyat aləminin ən qalmaqallı fiqurlarından biri, Nobel mükafatlı yazıçı Vidiadhar Surajprasad Naipaul Türkiyəyə gəlmək planından imtina etdi.

Noyabrın 25-də İstanbulda Avropa Yazarları Parlamentinin yığıncağı öz işinə başlayır.

Həmin yığıncağın Naipaulun nitqi ilə açılması planlaşdırılmışdı.

Amma bir qrup türk yazarı hind əsilli Trinidad yazıçısı Naipaulun təxminən 10 il əvvəl İslamı sərt tənqid edən fikirlərini əsas gətirib tədbiri boykot edəcəkləri haqda xəbərdarlıq etmişdilər.

2001-ci ildə Nobel mükafatına layiq görülən Naipaul həmin il Londonda oxucularıyla görüşü zamanı İslamı müstəmləkəçiliklə müqayisə etmişdi.

O demişdi ki, İslamın - bu dini qəbul etməyə məcbur olunan insanların həyatına faciəvi təsiri olub.

"İslamı qəbul etmək öz keçmişini, öz tarixini məhv etmək deməkdir.

Siz öz taleyinizə bu sözlərlə möhür vurmalısız: Mənim əcdadlarımın mədəniyyəti mövcud deyil və bu mənim vecimə deyil”.

Naipaulun İstanbuldakı tədbirə dəvət edilməsi ilə bağlı narazılıqlar hələ keçən həftə səslənməyə başlamışdı.

Türk şairi və filosofu Hilmi Yavuz yerli mətbuatda çıxış edərək “İslamı təhqir edən” Naipaulun tədbirə dəvət edilməsinin yolverilməz olduğunu bildirmişdi.

Medianın məsələyə diqqəti artdıqca tanınmış yazar Cihan Aktaş mətbuata demişdi:

“Onun öz kitablarında müsəlmanlara necə münasibət bəslədiyini oxuyanda dəhşətə gəldim. Mən belə tədbirə qatıla bilmərəm”.

Avropa Yazarları Parlamenti Naipaulun Ədəbiyyat Fondu ilə birgə verdiyi bəyanatda qeyd edib ki, “Türkiyə mediasında məsələnin siyasiləşdirilməsi və toplantının məramını yanlış yozulduğu üçün Naipaul qarşılıqlı anlaşma şəraitində tədbirə gəlməməyə qərar verib”.

Naipaul təkcə İslama münasibətdə kəskin tənqidi mövqedən çıxış etmir.

1964-cü ildə yazdığı “Qaranlıqlar məkanı” adlı romanında o, Hindistanın, bu yaxınlarda yazdığı “Afrikanın maskası” adlı romanında isə Afrikanın mənfi obrazını yaradıb.

Avropa Yazarlar Parlamentini Nobel mükatalı yazıçılar Orxan Pamuk və mərhum Xose Saramaqo yaradıb.

Məqsəd Avropa yazarlarını bir araya gətirib onların ümumi problemləri haqda müzakirələr təşkil etməkdir.

"Guardian"

Həmçinin oxu
Nobel mükafatlı yazıçı "çarıqlarını çıxarır"

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG