Çərşənbə axşamı, May 22, 2012 Bakı vaxtı 06:04

Verilişlər / Korrupsiometr

Freddom House demokratiyanın ən böyük bəlasını korrupsiya adlandırır

Mixail Zlatkovskinin karikaturası,
x
Mixail Zlatkovskinin karikaturası,
Şriftin ölçüsünü dəyiş - +

"Rusiya və keçmiş sovet ölkələrinin çoxunda demokratik islahatların ən böyük maneəsi korrupsiyadır". Bu fikri Freedom House təşkilatı martın 23-də yaydığı hesabatında qeyd edir.

“Daimi mübarizə: keçmiş sovet respublikaları və yeni Avropa Birliyi ölkələrində korrupsiya” adlanan sənədə görə Rusiyada prezident seçkisinə 1 il qalır.

KORRUPSİYA - DEMOKRATİYA İNKİŞAFININ ƏSAS MANEƏSİ

Amma sistemli korrupsiya seçki ərəfəsində aparılan bütün islahat cəhdlərini heçə endirir:

“Rusiyada demək olar ki, bütün institusional aparat korrupsiya sisteminin tərkib hissəsinə çevrilib. Bu korrupsiya sisteminin əsas qida mənbəyi də neft gəlirləridir.
Bu pullar hesabına ölkədə məhkəmələr, hüquq mühafizə orqanları, təhlükəsizlik xidməti, media sanki əlbir çalışır”.

Freedom House təşkilatının icraçı direktoru David J. Kramer hesab edir ki, Rusiyada dekabrda keçiriləcək Duma və bir qədər sonra prezident seçkiləri ərəfəsində ölkədəki ictimai-siyasi problemlərin əksəriyyəti korrupsiya ilə bağlıdır.

NEFT ÖLKƏLƏRİNDƏ KORRUPSİYA

Hesabatda həmçinin yazılır ki, enerji ehtiyatları ilə zəngin olan keçmiş sovet respublikalarının çoxunda mülkiyyət hüquqları, müqavilələr üzrə öhdəliklərə sadiqlik, o cümlədən azad bazar prinsipləri haqqında söhbətlər hakim elitada ikrahla qarşılanır.
Freedom House hesabatında korrupsiyanın demokratiyaya təsirini izah edir

Çünki ölkələrin strateji iqtisadi imkanları liderlərin ailə üzvləri, ya da onların ortaqları arasında bölünüb:
 
“Qazaxıstan, Azərbaycan və Özbəkistan kimi ölkələrdə əsas biznes sahələrində çalışanlar ölkə rəhbərliyinə ödənclər etməsələr, onların fəaliyyətləri məhdudlaşdırılır.

Qeyd etməyə dəyər ki, Rusiya, Azərbaycan və Qazaxıstan enerji ehtiyatları sarıdan zəngin ölkələrdir. Əlbəttə, başdan-ayağa korrupsiyalaşmış və avtoritar rejimlər həmin pullar hesabına özlərinə təhlükəsizlik və senzura aparatı da yaradırlar” – deyə müəlliflər yazırlar.

QƏRB İSTƏSƏ KORRUPSİYANI DAYANDIRAR?

Hesabatda daha sonra qeyd edilir ki, Avropa Birliyi və onun demokratik müttəfiqləri, xüsusilə də ABŞ bu problemlərin həllinə tam imkanlıdırlar. Onlar həm yerli demokratik qurumları gücləndirə, həm də Rusiya, Azərbaycan və Qazaxıstan kimi ölkələrlə bağlı siyasətlərində daha qətiyyətli ola bilərlər.

Hesabatın yeni Avropa Birliyi üzvü olan ölkələrdən bəhs edən bölməsində yazılır ki, Baltik ölkələri istisna olmaqla keçmiş Sovet İttifaqı məkanının bütün ölkələrində rüşvət təşkilatlı formaya çevrilib. Avropa Birliyinə yeni üzv olan ölkələrdə də korrupsiya ilə bağlı olan problemlər qalır.

AZƏRBAYCAN RƏSMİLƏRİ PROBLEM GÖRMÜRLƏR

Azərbaycan rəsmiləri dövlət başçısının ailə üzvlərinin bizneslə məşğul olmasını inkar etmirlər. Bildirirlər ki, adi vətəndaşlar kimi pul qazanmaq onların da hüquqlarıdır.

Prezident Administrasiyasının rəsmiləri və hakim YAP-nın nümayəndələri həmçinin Freedom House və başqa beynəlxalq insan haqları təşkilatlarının Azərbaycan yönəlik tənqidi hesabatlarını da qərəzli adlandırırlar. Onlar bildirirlər ki, bu cür hesabatlar hansısa dairələrin Bakıya təzyiq cəhdləridir.

Azərbaycan həm də ilin əvvəlindən hökumətin anti-korrupsiya kampaniyası başlayıb.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: BABƏK Haradan: ƏRDƏBILDƏN
30.03.2011 11:00

Prezident İlham Əliyevin korrupsiya və rüşvətxorluğa qarşı mübarizə haqqında martın birində keçirilən konfransdakı kəskin çıxışı bu mübarizədə özünə tənqidi nəticə çıxarmayan korrupsioner qurumlar və onların məmurları üçün deyəsən son xəbərdarlıq olacaqdır. Çünki dinamik inkişaf yolu ilə addımlayan, müasir demokratik Azərbaycanın dünyada yüksələn beynəlxalq imicinə, nüfuzuna böyük zərbə vuran korrupsiyanın, rüşvətxorluğun kökü tamamilə kəsilməzsə dövlətimiz çox çətinliklə qazandığı bu nailiyyətlər də, uğurlarda tez bir zamanda itirə bilər. Prezidentin, ölkədəki korrupsiyanı və rüşvətxorluğu bir daha ciddi kəskin tənqid etməsi, dövlətdə bu bəlaya qarşı başlanmış mübarizənin ciddiliyindən və sərtliyindən xəbər verir. lakin onu da qeyd etməliyəm ki korrupsiya və rüşvətxorluğa qarşı mübarizəyə başlanan gündən yəni məlum yanvar müşavirəsindən sonra ölkədə ki bəzi korrupsioner dövlət qurumları o cümlədən; Dövlət Əmlak Məsələləri Komitəsi, Ədliyyə Nazirliyi. Sosial Müdafiə Nazirliyi və Vergilər Nazirliyi öz işlərində müəyyən xırda islahatlar apararaq hələ ki korrupsiya və’ rüşvətxorluğun qarşısını almaq ucun cəhd və səy göstərirlər. Lakin Dövlət Gömrük Komitəsi ,Nəqliyyat Nazirliyi Daxili İşlər nazirliyi hələ ki öz köhnə rüşvətxor əməllərindən vərdişlərindən rahatlıqla əl çəkə bilmirlər .Məhz bu səbəbdən təpədən dırnağa kimi rüşvətə bulaşmış qeyd edilən bu qurumlar özlərinə ciddi nəticə çıxarmaq əvəzinə, mübarizəyə adekvat olaraq korrupsiyanın taktikasını dəyişərək yeni qeyri rəsmi leqal formada rüşvət yığmağa rəvac veriblər .Bu dövlət qurumları təbii ki korrupsiya və rüşvətxorluğun miqyasına görə ölkədə birinci yerlərdə mövqe tutub qərarlaşan dövlətin icra strukturlarıdır. Bu qurumlarda korrupsiya və rüşvətxorluq son on ildə o qədər dərin kök salıb ki burda işləyən rəhbər vəzifəli məmurlar ölkə rəhbərinin ciddi, sərt göstərişlərindən belə. hələ də özlərinə tənqidi nəticə çıxarmayaraq, rüşvətə batmış əllərini yumaq ,təmizləmək niyyətləri olmadığını göstərərək bu ictimai bəladan xilas olmaq istəmirlər ,öz riyakar əməllərindən, vərdişlərindən yaxa qurtara bilmirlər. Azərbaycanda necə illərdən bəri həyatımızın ayrılmaz tərzimizə çevrilən korrupsiyanın kökünü kəsmək üçün ilk növbədə şəffaf güclü qanunlara istinad edən vətəndaş cəmiyyəti yaradılmalıdır. Azərbaycanda da əgər tez bir zamanda demokratik təsisatlar ,şəffaflıq, hüquqi qanunların aliliyi təmin olunarsa, cəmiyyətə xidmət edən qanunlar tam gücü ilə sərbəst işləyərsə, kimliyindən, dövlətdə tutduğu vəzifəsindən, cəmiyyətdəki mövqeyindən asılı olmayaraq hər bir vətəndaş qanun qarşısında cavab verərsə ,onda korrupsiya, rüşvətxorluğun cəmiyyətimizdə yaranmasına və hökm sürməsinə heç bir şərait olmayacaq, tədricən kökü kəsiləcək və silinib gedəcəkdir...

Kimdən: Demokrat Haradan: Demokratiyasiz ölkə
26.03.2011 18:59
Əziz dostlar nə qədərki bu klan hakimiyyətdədir Azərbaycanda nə demokratiya olacaq nədə milli inkişaf.Bunların bir amaçı var,oda milli gəliri maksimum mənimsəmək,milli inkişafın qarşısını almaq,duşunən beyinləri manqurtlaşdırmaq.Və nəqədərki korrupsiya,ruşvət tugyan edir duşunən beyinlər duşunməz olacaq.Cunki onlara verilən maaş məcbur edirki onlar ruşvət alsınlar.Ruşvət alan adam isə hec vaxt haqq-ədalətdən,qanunun aliliyindən danışa bilməyəcək.Cunki gözu kölgəlidir.Möhtərəmdə bunları cox yaxşı bilirdi və onun ucundə hakimiyyətə gələndən ölkədə ruşvətə start verdi.Korrupsiyanın qarşısını almaq istəyirlərsə birinci addım maaşların aylıq dolanışıq səbəti səviyyəsinə qaldırılması olmalıdır.200-350 manat maaş alan muəllim,həkim və s. necə ailə saxlamalıdır cənab korrupsiyaya qarşı mubarizə elan edən dövlət başcısı?

Kimdən: bakı
26.03.2011 14:34
A kişilər Vallah-billah heç bir ölkədə Azərbaycandakı kimi koorupsiya ola bilməz,bizdə anoloqu olmayan koorupsiyadır.Və neçə ki,bunlar istefa verməyib bunu qarşısını almaq mümkin deyil.Bir çarə odurki,20 nəfər bu vəzifədən qovulub çıxarılmalıdır,necə ki onlar nə qədər insanları qovub sürgün ediblər.Özləri də öz xoşuna gedəsi deyillər,axırda Qəddafi kimi olacaqlar.Çünki,hələki Qəddafi yolu ilə gedirlər.

Kimdən: eloglu Haradan: azerbaysan
25.03.2011 17:13
yaxsi ay yapcilar deyin gorum axi pulu qazanmaq ucun kerek maya olsun bes o mayani hardan aliblar yoxsa kredit goturubler ve yaxud nisye isleyirler camaat kimi