Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:15

Seymur Baycandan "Quqark" adlı yeni roman gəldi


Yazıçı Seymur Baycanın yeni romanı - «Quqark» artıq satışdadır.

İlkin variantda adı "Düşərgə" olmuş, sonradan "Quqark" adlandırılmış roman Qarabağ münaqişəsi haqdadır, konfliktin necə başlanmasından, dinc şəraitdə yaşayan iki xalqın birdən-birə necə düşmən olmasından bəhs edir.

Yazıçı deyir ki, əsəri "ura patriotizm" üslubunda yazmayıb.

"Məlumat üçün deyim ki, «Quqark» Ermənistanda pioner düşərgəsi olub, sovet dövründə fəalliyət göstərib, amma sonradan qapanıb. Və indi yenidən fəaliyyətə başlayıb - bu dəfə yay düşərgəsi kimi.

Bir dəfə ora müharibə bölgəsində yaşayan xalqların gənc təmsilçilərini dəvət etmişdilər, mən də dəvətlilər arasındaydım.

Romanın qəhrəmanının Qarabağ düşüncələri də düşərgədə olandan sonra başlayır».

«Quqark»a avtobioqrafik roman demək olar. Hər halda müəllif deyir ki, əsərin qəhrəmanı özüdür.

Kitabın yayılma hüququ Seymur Baycanın özündədir və qiyməti 4 manat olan kitab artıq Bakının kitab mağazalarına paylanıb.

«Bəs niyə təkcə Bakıda» soruşanda isə Seymur Baycan cavab verir ki, əyalətlərdə kitabı yaymaq üçün şəbəkəli əlaqəsi yoxdur.

- Azərbaycanda belə bir ənənə var ki, müəllif kitabını dost-tanışa hədiyyə edir. Bəs siz?


- Yox, mən hədiyyə verməkdən uzağam. Kitab yalnız satışdadır. Düzdür, elə adamlar var ki, onlar kitab oxumaq istəyir, amma heç cür imkanı yoxdur.

Elə dostlar da var ki, imkanlıdılar, kitab hədiyyə edəndə çıxarıb 50-100 manat qoyur ortaya.

Mən də bu iyanədən istifadə edib imkansız, amma kitabı oxumaq istəyənlərə kitabı hədiyyə kimi verə bilirəm.

«1000 tirajla çıxan kitabın hamısı satılsa, qazancı sizi neçə ay yaşada bilər» soruşanda Seymur Baycanın cavabı belə oldu ki, o dəqiqə əsəri ikinci dəfə çap edər:

«Əslində güclü qazanc da gözləmirəm. Yəni həyatımı dəyişəcək gəlir olmayacaq».

Yaxşı qazanc gözləməsə də, kitabının reklamını, təqdimatını qurmağı planlaşdırıb, ancaq geniş məkanda yox.

- Neçə illərdi mətbuatdayam, həmkarlarım var, kitaba münasibəti onların öhdəsinə buraxacam.

Özüm reklam məqsədilə bir yazı yazacam. Bir də bir neçə təşkilatla danışmışam, onların kollektivi üçün kitabın təqdimatını keçirəcəm. Bir də Azad Fikir Universitetində təqdimat keçirəcəm.

Seymur Baycan deyir, bu roman əvvəlki əsərlərindən onunla fərqlənir ki, kitabı yazmaq üçün çoxlu əsər oxuyub:

- Bir situasiyanı yazmaqdan ötrü oxşar vəziyyəti əks edən kitabları oxumuşam.

Əsasən müharibə mövzulu əsərləri... Deyim ki, kitabdan çox rahatam, işin alınmağından çox razıyam.

Bilirəm ki, aktiv oxucuların bir hissəsi romanı əldə edən kimi kitab özünü idarə etməyə başlayacaq.

Artıq zövqünə inandığım adamlardan müsbət fikirlər eşidirəm.

Həmçinin oxu
“Mən özümü necə “Zaparojes” hiss etməyim ki...”

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG