Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:38

Əsirlikdə olan azərbaycanlı qaytarılıb


Ermənistan Tovuz sakinin təhvil verir
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Noyabrın 4-də Azərbaycan Manvel Saribekyan adlı Ermənistan vətəndaşının meyidini Ermənistana verib. Ermənistan isə saxladığı Azərbaycan sakini Eldar Tağıyevi qaytarıb. İcevan-Qazax rayonları arasında baş tutan bu mərasimdən çəkilmiş videokardlar.

Erməni əsirliyində olan azərbaycanlı Eldar Tağıyev qaytarılıb. Azərbaycanda intihar etmiş erməni kəşfiyyatçısı Sarıbekyan Manvel Mamikonoviçin meyiti isə Ermənistana təhvil verilib.

Azərbaycanın Əsir və İtkin düşmüş, Girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yaydığı məlumatda belə deyilir.

İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.

Tovuz rayon Əlibəyli kənd sakini, 1963-cü il təvəllüdlü Tağıyev Eldar Heydər oğlu 2009-cu il dekabrın 28-i Tovuz rayonunun Əlibəyli kəndi istiqamətində, təmas xəttinin yaxınlığında atəşə tutulub, daha sonra erməni hərbçiləri tərəfindən girov götürülüb.

Manvel Sarıbekyan bu il sentyabrın 11-də cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun qarşısı alınarkən kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə yaxalanıb. O, oktyabrın 5-də gecə saat 3-də müvəqqəti saxlama yerində köynəyi ilə yataq mələfəsini bir-birinə düyünləyərək özünü asıb.

Bakıdan bildirirlər ki, hazırda Ermənistan əsgərlər Roman Hüseynov və Anar Hacıyevi, həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun və Fərid Əhmədovun cəsədinin özündə saxlayır.

Ermənistan isə Bakıda altı hərbçisinin, beş nəfərlik bir ailənin əsir olduğunu və bir vətəndaşının da meyidinin olduğunu deyir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG