Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:43
Noyabrın 4-ü gündüz saat 12-də Ermənistan saxladığı Azərbaycan vətəndaşlarından birini geri qaytaracaq. Ermənistanın Müdafiə Nazirliyindən bildiriblər ki, o, İcevan-Qazax sərhədində təhvil veriləcək. Amma Nazirlik beynəlxalq humanitar qaydalara görə qaytaracağı vətəndaşın adını açıqlamayıb. Yalnız onu bildirib ki, o, 2010-cu ildə Ermənistan tərəfə keçib.

Ermənistan prezidentlərin oktyabrın 27-də Həştərxanda əldə etdikləri razılaşmaya əsasən bu addımı atdıqlarını bildirib.

Bakıdan bildirirlər ki, hazırda Ermənistan mülki şəxs, Tovuz rayon sakini Eldar Tağıyevi, eləcə də əsgərlər Roman Hüseynov və Anar Hacıyevin Ermənistan əsirliyində olduğunu bildirir. Azərbaycan həmçinin Milli Qəhrəman Mübariz İbrahimovun və Fərid Əhmədovun cəsədinin qaytarılmasını tələb edir.

Ermənistan isə Bakıda altı hərbçisinin, beş nəfərlik bir ailənin əsir olduğunu və bir vətəndaşının da meyidinin olduğunu bildirir.

Hələlik, Azərbaycanın qarşı tərəfə kimlərisə qaytarıb-qaytarmayacağı bəlli deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG