Cümə axşamı, Fevral 09, 2012 Bakı vaxtı 07:18

Rubrikalar / Təbriz Ekspress

Vankuverdə azərbaycanlılar yürüş keçirəcəklər

Üzərində şüarlar olan xüsusi köynəklər hazırlanıb
x
Üzərində şüarlar olan xüsusi köynəklər hazırlanıb
Şriftin ölçüsünü dəyiş - +
Avqustun 14-də Kanadanın Vankuver şəhərində İran azərbaycanlılarının hüquqları üçün yürüş keçiriləcək.

Bu barədə AzadlıqRadiosuna yürüşün təşkilatçılarından biri Eyyub Hacıyev deyib.

Yürüş İranda yaşayan azərbaycanlılara dəstək məqsədi daşıyır:

«Hər il azərbaycanlılar Babək qalasına yürüş edirlər, öz hüquqlarını İran hökumətindən tələb edirlər. Son dövrlər İran hökuməti buna imkan vermir. Biz də yürüşü keçirməklə İranda azərbaycanlılara dəstək vermək istəyirik. Simvolik olaraq Vankuverdə yerləşən Qrous-Mauntin dağına yürüş keçiriləcək».

Tədbirlə əlaqədar iştirakçılar üçün üzərində şüarlar olan xüsusi köynəklər də hazırlanıb.

E. Hacıyev deyir ki, aksiya zamanı həm İran hökumətinə, həm də İran azərbaycanlılarına mesajları olacaq:

«Axırda çıxışımız olacaq. İran hökumətinə mesajımız odur ki, onlar azərbaycanlıların hüquqlarını dana, bu yolla heç nəyə nail ola bilməzlər. Soydaşlarımıza mesajımız isə odur ki, biz onlar haqda düşünür, keçdikləri yolda çətinliklərini anlayır və dəstək oluruq».

Azərbaycanın tarixi qəhrəmanı Babək Xürrəmidin ad günü münasibətilə hər il iyunun sonunda Bəzz qalasına ənənəvi yürüş keçirilir.

İran hökuməti xüsusilə bir neçə ildə qalaya yürüşə maneələr yaradır, təşkilatçıları həbs edir.
Bu forum dayandırılıb
Şərhləri sırala
Şərhlər
     
Kimdən: ruslan Haradan: baki
19.08.2010 10:28
ebulfez elchibey - ,, gun gelecek, iran tebrizin bir yumruguna dagilacaq ,,
bizim dusmenimiz daxilimizdeki farsperest,manqurd shie azerbaycanli genclerdi,iran onlarin beynin doldurur guya azerbaycan kafir olkedi,azerbaycani dagidin,bu yolda olmek sehidlikdi
Cavab

Kimdən: Azərbaycanlıdan Haradan: Azərbaycandan
21.08.2010 21:57
elə belə axmaqlardı da qardaş ölkəmizi bu günə qoyan

Kimdən: hebib Rehberi Haradan: tebrizden
16.08.2010 11:37
qardas o ki hesen meselesidir , o guney Azerbaycan daki mehbuslara komek etme evezine . vancouver de pitza chi tukkaninda ishleyir ve saat 7 den sonra , bashinaca ichib, keyflenib ve , gece 2 yarisina qeder xiyabanlarda ona,buna baxmaqla omur gechirir. ay kishi sen ne fikirdesen. o hesene , bir ichgi ,bir kadin ve ozi her neden onemlidir.
hesenin her zaman artiq parasi olsada , vancouverde bashqa yerler var , ki polun xerclesin. o yaziqa getmeyin , o ne bilir israel harda olur???

Kimdən: oxtay Haradan: tehran
15.08.2010 14:21
butun azadliq radiyosunun calisanlarini salamlayiram.
hesen beye demeliyem ki sen neye narahat olursan?
yene abs'de bir aksiya kecirilir axi siz bakida bizlere ne is gorubsuz?
yaxsi meyxanalarda guney azerbaycan yadiniza dusur ya da mescidlerde!!!!!!!
danisanda guney ve quzey bir olacaq deyirsiz amma emelde haminiz arxaya cekilirsiz , indi bizim nece neferimiz hebsde ve men ozum nece gundur azad olmusam , axi siz bizim xeberimizi de qezetlerinizde de yaymirsiz!!!!!!!!!!!!!!
o sizin dovletizdi ki ebulfezl elcibeyi ve onu sevenleri mehv eleyir!!!!!!!!!!
yaziqlar olsun bu cur dovlete.
Cavab

Kimdən: Kimse Haradan: Vancouver
16.08.2010 23:48
Oxtay bəy xahiş eidrəm Bakıda nə iş görürsünüz sualı ilə ittihamlar etməyəsiniz iş görən görür sizin inandırıram! sadəcə bir gün ümumi nəticələr toplananda hər şey daha aydın olacaq və inanıram ki bir gün bəhrəsini görəcəyik... Səbr edək və bir birimizə qarşı ittohamlı çıxışlardan boyun qaçıraq. sayğılar
Cavab

Kimdən: gunay Haradan: bakı
20.08.2010 23:32
halal olsun! axir ki menim ureyimce danisan bir vetendas tapildi. qardaslar bu guneylilerle quzeyliler qarsilasanda bir-birile derdlesib cozum yolu bulmaqdansa bir-birilerinin boynuna atirlar mesuliyyeti. qurtarin bu mubahiseleri. artiq birlesmek ugrunda ciddi isler gormek lazimdir. bunun ucun de birinci olaraq bir-birimizi, yeni guneyli-quzeyli-sevmeliyiz, deyerlendirmeliyiz can qardsalarimizi.

Kimdən: HESEN Haradan: BAKI
15.08.2010 02:43
BOS BOS SOHBETLERDI....ABS BELE WEYLERI SISIRTMEYI SEVIR,GUYA OZ OLKESINDE BELE SEYLER OLUR, ABS VE ISRAIL OZUNU MELEK SAYIR,GUYA BUNLARDAN YOXDU....
Cavab

Kimdən: Ələkbər Eyvazli Haradan: Bakı
15.08.2010 13:40
Ay Həsən, ay sənə qurban bizim təşkil etdiyimiz həmrəyliy yürüşünün Amerikalılara ya nə bilim başqa millətlərə nə əlaqəsi?! Amerika özünü mələk sayır ya saymır, izrail zor oğlandı ya zor oğlan deyil bunun söhbətə nə dəxli var ki?! Sən yəqin elə, Vankuveri sözünü görmüsən, bir də köynəyi görmüsən, heç məqaləni oxumamısan da!
Nəzərinə çatdımaq istərdim ki, Vankuveri ABŞ da yox Kanadada yerləşir, gələn dəfə şərh yazmamışdan əvvəl bi zahmet oxu məqaləni, bəlkə nəsə marqlı bir şey tapdın :)
Cavab

Kimdən: Kimsə Haradan: Vancouver
15.08.2010 13:02
Sən indi ağıllısan da :)
Cavab

Kimdən: Urmiyeli
15.08.2010 12:48
Hesen qardaş,
Siz her halda başqa bir yazıya şerh yazmaq isteyibsiniz, ama yazınız sehv olaraq buraya düşüb. Burada ABŞ ya İsrailden söz getmir.
xeber başqa bir xeberdir. İrandakı Azerbaycan Türklerinin temel haqlarından danışılır.