Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Kontekst

Yeni başqanın köhnə davası

İsa Qəmbər

İsa Qəmbər

02.02.2010
Müsavat Partiyası 2010-cu ilin dekabrında yeni – sayca 6-cı başqanını seçəcək. Partiya Divanı qərara alıb ki, bu məsələ ilə bağlı qurultay parlament seçkilərindən sonra keçirilsin.

Müsavat Azərbaycanda bir nəfərin iki dəfədən artıq başqan seçilməsi Nizamnamə ilə yol verilməyən tək siyasi partiyadır. Bu təklifi partiyanın 2001-ci ildə keçirilən qurultayında o zamankı və indiki başqan İsa Qəmbər irəli sürüb. İsa Qəmbər deyir ki, məqsəd ölkəyə demokratikləşmə nümunəsi göstərmək idi:

«BU, MÜSAVATLA ƏLİYEVLƏR REJİMİNİN FƏRQİNİ GÖSTƏRİR»

- Azərbaycanın siyasi fikrinə, siyasi praktikasına demokratiya ənənələrini XX əsrin başlanğıcından Müsavat Partiyası gətirib. Bu da həmin nümunələrdən biridir. Maraqlıdır ki, Müsavat Partiyası bu ideyaları cəmiyyətə təlqin etdiyi halda Azərbaycan hakimiyyəti prezidentlik məsələsində bütün dünyada olan prinsipi dəyişdirib bir şəxsin istənilən qədər prezident olmasına şərait yaratdı. Bu, demokratik dəyərlərə münasibətdə Müsavatla Əliyevlər rejiminin fərqini göstərir.

Artıq yerli mətbuat orqanlarında Müsavata kimin başqan seçilməsilə bağlı polemikalar başlayıb. Başqanlıq postuna real namizədlər sırasında Müsavatın İcra Aparatının başçısı Arif Hacılı da var. Baxmayaraq ki, Arif Hacılı özü başqanlığa yox, parlament seçkilərinə hazırlaşdığını deyir:

«BAŞQANLIQ UĞRUNDA KAMPANİYAYA QOŞULMAQ NİYYƏTİM HƏLƏ Kİ, YOXDUR»

- Uzun illərdir seçki proseslərində Müsavat Partiyasının seçki kampaniyalarına başçılıq edirəm. Bu il də bütün enerjimi parlament seçkilərində Müsavat Partiyasının və ümumilikdə demokratik düşərgənin uğur qazanmasına yönəltməyi düşünürəm. Ona görə də başqanlıq uğrunda kampaniyaya qoşulmaq niyyətim hələ ki, yoxdur.

«Media forum» saytı «Hansı müsavatçını partiya başqanı görmək istərdiniz?» başlığı altında sorğu keçirir. Bir neçə gündür davam edən sorğuya 40 faizlik göstərici ilə Arif Hacılını üstələyən başqanın iqtisadi məsələlər üzrə müşaviri Qubad İbadoğlu liderlik edir. Qubad İbadoğlu özü isə hələlik Müsavat başqanlığına namizədliyini irəli sürüb-sürməyəcəyini dəqiqləşdirmədiyini deyir:

«BAŞQANLIQ HƏDDƏN ARTIQ MƏSULİYYƏTLİ BİR İŞDİR»


Rauf Arifoğlu
- Müsavat Partiyasının başqanlığı həddən artıq məsuliyyətli bir işdir. Bu, həddən artıq böyük resurslar tələb edir. Bu gün həm Müsavat Partiyası, həm də bütünlükdə müxalifət üçün ən önəmli məsələ parlament seçkiləri olmalıdır. Müsavat Partiyası böyük bir missiyanın daşıyıcısıdır. Biz ideyalarımızın qalib gəlməsi uğrunda çalışmalıyıq. Ancaq eyni zamanda bizim mənəvi haqqımız yoxdur ki, partiya başqanlığı ilə bağlı məsələ Müsavat Partiyası, geniş mənada isə Azərbaycan müxalifəti üçün mənfi çalarlarla yadda qalsın.

İsa Qəmbərin bir neçə ay öncə təsisçiliyindən ayrıldığı «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu isə düşünür ki, bütün hallarda Müsavat yeni başqan seçməyə tələsib. Müsavatiçi konfliktlərdə adı ən çox hallanan şəxslər sırasında olan Arifoğlu yenə fərqli mövqeyi ilə seçilir:

PARTİYA ARZUOLUNMAZ SİTUASİYAYA DOĞRU GEDİR

- Partiya qurultayının vaxtını dəqiq təyin etmək yanlış addım idi. İndi ictimai müzakirələrə partiyanın parlament seçkilərindəki şansları deyil, başqanın kim olacağı mövzu olur. Bu baxımdan partiya arzuolunmaz situasiyaya doğru gedir. Bu haqda biz öncədən də proqnoz vermişdik. Çox təəssüf, bizim qurultayın parlament seçkilərinə yaxın ərəfədə təyin edilməsinin yanlışlığı ilə bağlı fikirlərimiz nəzərə alınmadı.

Ölkə mediası İsa Qəmbərin başqanlıqdan uzaqlaşsa da, Müsavata yenə də faktiki başçılıq edəcəyini yazır. Rauf Arifoğlu da bildirir ki, İsa Qəmbərin bu qurultayda başqanlığına son verməsi onun nə Müsavatdan, nə də siyasi aləmdən ayrılması anlamına gəlmir:

- İsa Qəmbər Azərbaycanda qatıldığı bütün seçkiləri de-fakto qazanmış siyasətçidir. 2003-cü ildə İsa Qəmbər prezident, 2005-ci ildə parlament seçkilərini qazanıb. Sadəcə, dünyanın demokratiya paytaxtlarının bu faktı təsdiq etməyə gücləri çatmayıb. Bu baxımdan kimlərinsə qələmə vermək istədiyi kimi İsa Qəmbərin siyasət meydanını məğlub kimi tərk etməsini düşünmək doğru deyil. Ancaq eyni zamanda, İsa Qəmbərin indiki halda başqanlıqdan getməsini də doğru addım saymıram.

Rauf Mirqədirov
Siyasi şərhçi Rauf Mirqədirov da İsa Qəmbərin başqanlıqdan getmək jestini onun ölkəiçi demokratiyaya töhfə verməsi kimi dəyərləndirir. Mirqədirov deyir ki, İsa Qəmbər başqanlıqdan ayrılsa da, onun Rusiyada Putinin, Azərbaycanda isə Etibar Məmmədovun praktikasında olduğu kimi, yenidən partiyaya liderlik edəcəyini gözləyir:

«MÜXALİFƏT İQTİDARIN ASTAR ÜZÜDÜR»

- Azərbaycanda partiyalar, o sıradan müxalifətçi partiyalar müstəsna demokratiklikləri ilə seçilmirlər. Müxalifət iqtidarın astar üzüdür. Bir ölkədə iqtidar necədirsə, müxalifət də o cürdür. Siyasi arenanın oyun qaydalarını iqtidar diqtə edir. İqtidarın müəyyən oyun qaydaları müxalifət partiyalarının quruluşlarını, fəaliyyətlərini də müəyyənləşdirir.

Rauf Mirqədirov avtoritar rejimlərə qarşı yalnız demokratik metodlarla mübarizə aparmağın mümkünsüzlüyünü düşünür. Onun fikrincə, dekabrda Müsavat başqanı dəyişsə də, yeni başqan elə köhnə başqanın «dava»sını davam etdirəcək.
Bu forum dayandırılıb
İsmarışları sırala
     
İsmarışlar
Kimdən: Ambur Şəhər: Bakı
04.02.2010 03:10
Faiq "Avropa Liberal Ittifaqı" "Avropa Birliyi" deyil ki,Türkiyəni ora qəbul etmədikləri kimi "Müsavat"ı da bura qəbul etməsinlər."Müsavat" üzdə olan partiya olduğundan avropa da Azərbaycanda demokratiyanın inkişafı naminə treninq məqsədli layihələrdə iştiraka görə "Müsavat"ı tədbirlərinə cəlb edir.Düz də edir.Demokratik Respublika vaxtı ayrı dünya idi indisə bam başqa dünyadır."Müsavat" o dövrün müsavatına sahib çıxmaqla onun millətçi ideyalarına da sahib çıxmış oldu.Əslində İsa qəmbər özü liberaldır.O hazır millətçi partiyaya lider kimi gəldiyindəm onun millətçi xəttini dəyişə bilmir.Bildiyim qədərində bu partiyanı Rauf Arifoğlu ,Nəsib Nəsibli,Bəxtiyar Tuncay və digərləri hələ doxsanıncı ıllərdə yaratmışdılar.İsa qəmbər ayrı partija qurmuşdu.Sonradan yaratdığı liberal partiyanı müsavata birləşdirməklə onun lideri oldu.Heç sözün düzü elə də millətçi şüarlar səsləndirmir.Ancaq ki, müsavatda çox güclü qatı ultra millətçi qüvvələr var.Bunlar partiyanın əksəriyyətini təşkil edir.Qurultayda daha çox millətçi kimi kim qışqırsa onlar onu da sədir seçəcəklər.Əgər qurultay doğrudan da demokratik keçirilsə.Hikmət Hacızadə kimi dəyərli adamları bu millətçilər saya salmaz heç.Yeri gəlmişkən avropa üzvlüyü İsa liberallığı ilə Hikmət demokratlığı hesabınadır.

Kimdən: Qarabagli Şəhər: Talan Olmuw Yurd
03.02.2010 21:44
Musavatin himninde bele bir misra var: --"Dar gunde tutaq el-ele qardashlarimizla". Lale xanim sene Hecer qeyretli kishi qardashimiz demishdik. Azerbaycan siyasetinde "kartlari"acilmayan cox az siyasetci qaldi. Kimler geldi, kimler getdi, Azerbaycan xalqi bunu cox gozel seyr edir. Ne olmush size. Niye esebisiniz. Sizdemi onlarin dostu olmaq isteyirsiniz, yox belke artiq dostusunuz. Ancaq tam semimi deyirem, bir Qarabaga gore istemezdim onlarla dost olasiniz.

Kimdən: Asen Heshimli Şəhər: Ukrayna
03.02.2010 20:31
"MUSAVAT" partiyasi haqqinda hedyan soyleyenlere, xususile Ambur beyin soylediklkerine cavab olaraq onu bildirmek isteyirem ki, beyler, Azerbaycanda oten esrin evvellerinde demokratiyanin esasini qoyan, milli dovletimizi quran, bu gunku atributlarimizi gundeme getiren ve oz ideyalarina bu gun de sadiq qalan bir partiyanin tarixini , kecdiyi shanli mubarize yoluna diqqet yetirseniz, inaniram ki, bu fikirlerinizden vaz kecersiniz. Vetenimizin azadligi ugrunda siralarindan minlerle shehid veren bir partiya, bu gun de Azerbaycan siyasetinde oz movqeyi olan yegane partiyadir.

Kimdən: sancho
03.02.2010 19:06
Agdamdan yazan Musavatci cox duzgun qeyd edib. Ambur ve digerleri cox qeribe yanashma sergileyir. Guya olkede cox demokratik rejim var, Musavat halal seckiyle hakimiyyete gele bilir ve olkede yegane qorxu Musavatin milliyetci olmasidir. ABSURDDdur. Musavatin felesefesi Liberalizme dayanir. Resuzladenin elan etdiyi Milli Tesanud nezeriyyesi de ele bunu aciqlayir. Burda sherh edenler her sheyi etrafli yazdigi uchun derine getmeyi lazim bilmirem. O ki qaldi Arif Haciili ve ya bashqasinin bashqan olmasina, Arif Hacili pis adam ola biler (men bele dushunmurem) amma bu o demek deyil ki, o bashqa sechilerse Musavatin ana xetti deyishecek - demokratiya ele budur yoldashlar, Musavat Yap filan deyil, bu partiyanin ozeyi ve eneneleri var, layiq olmayan hec kim bashqanliqda qala bilmez.

Kimdən: Zaur Şəhər: sankt-peterburg
03.02.2010 17:04
Isa beyin bashganlig postunu konullu tehvil vermayini tebii sayiram.Elbetdeki, iki defeden artig bashgan secilmeyin demokratiya elan olunmush olkenin imicine zidd oldugunu Eliyevler hakimiyyetine gostermeyi zeif bir addim hesab edirem.cunki, hakimiyyeti zept etmish bir adama bu cur ishare cox zeif hesab olunur.Musavat partiyasinda hal hazirda bashgan olmaga laig kadirlar var.Elbetdeki,eger partiya meclisi ses coxlugu ile bashganlig secimini parlament seckilerinden sonraya saxlamaga gerar versa buda pis gerar olmazdi.

Kimdən: yusif Şəhər: bakı
03.02.2010 14:35
R.Mirqədirov kimi "ekspert"lər hər şeyə bir əmma qoymağa çalişirlar. Mən muxalifət və ya iqtidar tərəfdarı olanları başa duşurəm, bəs görəsən R.Mirqədirov kimdir? İnsanın hansısa bir mövqeyi olar.Əgər onlar mubarizə aparmağı bacarmırlarsa, buyurun duşun qabağa, mubarizə aparın qarşınızı kəsənmi var. Onun məntiqinə görə ondan başqa Hamının necə fəaliyyət göstərməsini iqtidar muəyyənləşdirir. Əcəb "ekpert"dir.

Kimdən: Musavatcidan Şəhər: Agdamdan
03.02.2010 13:13
Cox maraqlidir.Avtoritar rejim qalir qiraqda,fikiri bu rejimden yayindirmaqdan oteri,her vaxt demokratik bir partiya olan Musavat "obyekt" olur.Neden qaynaqlanir bu.Burdan bele neticeye gelmek olur ki,daxili resuslsr ancaq Musavat partiyasini nufuzdan salmaga yonelmishdir.Cunki bu rejim cox gozel anlayir ki,ne vaxtsa yurutduyu siyasete gore xalq qarshisinda cavab verecekler.Indiki hakimiyyetin ishi-gici ancaq hakimiyyetde qalmaqdir.Bu rejimi ne Qqarabag maraqlandirir,ne millet,ne xalq,ne de DEMOKRATUYA.

Kimdən: Musavatci Şəhər: Bakı
03.02.2010 13:01
"Mediaforum"un sorğusu barede... Lazimsiz sorgudur. Eger bir nefer 50 defe ses vermek imkanina malikdirse bunun neyi sorgudur. Bu sayta ne qeder hormetim olsa da bu is meqsedyonlu is kimi gorunur.
Qaldi basqanliq meselesine Rauf Arifoglu bu halda duz deyir. Bunu aciqlamanin vaxti deyildi. Demeli parlament seckilerine olan umid de o mesele... Arif Haciyev kimi adamlarin partiyaya basqan secilmesi ise partiyanin daha da cilizlasmasi demekdir. Eslinde o halda "Musavat"la "Ehrar"in hec bir ferqi olmayacaq. Bele partiyada qalmagin menasi yoxdur.

Kimdən: Faiq Şəhər: Baki
03.02.2010 12:54
Ambur! Deyesen coxbilmis adamsiniz. Amma, yazdiginizdan bir seyi basa düse bilmedim: Nece olur ki, milletci bir partiyani Avropa Liberal Ittifaqina üzv qebul edirler? Bunu lütfen izah ede bilersinizmi?

Kimdən: Ambur Şəhər: BakI
03.02.2010 01:53
Müsavat millətçi partiyadır. Ondan Azərbaycan kimi çoxmillətli dövlətdə demokratiklik və ya demokratiya gözləmək qatırdan bala gözləməyə bərabər bir işdir.Müsavat ən yaxşı halda türkiyədəki " Millətçi Hərəkat Partiyası"səviyyəsinə çata bilər.Axırı da onun uğursuzluğu kimi olar.Dünyada sürətli inteqrasiya və bunun nəticəsi olan ümumdüşüncə tərzi formalaşır.Avropa bunun son həddinə yetişmək üzrədir.Azərbaycan cəmiyyətidə bu prosesin uğurlu təsiri altındadır.Mənə elə gəlir ki,gələcəyimiz Sosial-demokrat yönümlü partiyanın real olacağı uğurlarından daha çox asılıdır nəinki müsavat kimi millətçi partiyalardan.Ancaq heyif ki, o partiya hələ ki,meydana çıxmayıb.Necə deyərlər siyasi sistemimiz artıq buna hamilədir.O doğacağı liderinin adını gözləyir.Yerdə qalan sosial-demokratlığa iddialılar ayrı ayrılığda cəfəngiyyatla məşğuldurlar.
Cavab

Kimdən: Tagi
03.02.2010 11:09
Hec de milliyetci partiya deyil. Adindan melum oldugu kimi musavilik - yani beraberlik prinsipine esaslanir. Tarixen de Musavat ADRinde demokratiyanin tezahurunu goruruk. Bele ki bildiyim qeder o zaman parlamentde butun fraksiyalar o cumleden ermeni fraksiyasi da istirak edirdi ve ADR sehiyye naziri yehudi olmusdur.