Dinlə

Canlı efir

Növbəti veriliş

POLİSLƏ SÜRÜCÜ ARASINDA İSTİ MÜNASİBƏT

SORĞU

... ... ...


Cəmiyyət

«O heç belə hadisə törədəcək insan deyildi»

«Mən Bakıda baş verən faciə barədə bir neçə saat əvvəl öyrənmişəm»

«Mən Bakıda baş verən faciə barədə bir neçə saat əvvəl öyrənmişəm»

30.04.2009
Bu gün Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) binasına terror hücumu edən Fərda Qədirovun atası Əsəd Qədirov APA-ya danışıb. Əsəd Qədirov bildirib ki, baş vermiş hadisə barədə eşidəndə sarsıntı keçirib.

Ə. Qəribov hazırda istintaqa ifadə verməsi üçün Azərbaycan hüquq-mühafizə orqanlarının rəsmi nümayəndəsinin onun gözlədiyini deyib.

Ata bildirib ki, 1980-cı il təvəllüdlü Fərda Bakıda heç bir işlə məşğul olmayıb. Fərda Rusiyada olub və üç ay əvvəl geri dönmək barədə kəskin qərarını atasına bildirib:

«Mən Bakıda baş verən faciə barədə bir neçə saat əvvəl öyrənmişəm. Amma o heç belə hadisə törədəcək insan deyildi. Sakit, təmkinli, siqaret çəkməyən, içki qəbul etməyən biri idi. Onun bu addımı atmasına çox təəccüblənirəm. Buna inana bilmirəm. Məncə, hətta o heç tapançanı necə tutmaq lazım olduğunu belə bilmirdi».

60 yaşlı Ə.Qədirov artıq 15 ildir ki, Rusiyada yaşayır və Podolsk şəhərində (bu şəhər Moskva ətrafında yerləşir - red) bazarda satıcı işləyir. Fərdadan başqa onun daha bir oğlu və qızı var.

Ə. Qədirov bildirib k, Fərda Bakıya gəlməmişdən qabaq onunla Podovskidə yaşayıb:

«Yeddi-səkkiz ay əvvəl artıq Rusiyada yaşaya bilmədiyini deməyə başladı. Hətta Rusiyada yaşaması üçün sənədləri qaydasında deyildi. Gürcüstan vətəndaşı idi. O, mənə dedi ki, Gürcüstandakı evimizə qayıtmaq istəyir, orda iş axtaracağını söylədi. Mən də onu göndərdim».

Atası bildirib ki, Fərda yaxın qohumları ilə əlaqə saxlayaraq, iş axtarmaq məqsədi ilə Bakıya gəlib:

«Ata kimi mən onun özünə iş axtarıb pul qazanmaq istəməsinə çox sevindim. Amma belə oldu...»
Bu forum dayandırılıb
İsmarışları sırala
    Növbəti 
Səhifə (4)
Kimdən: corelgirl Şəhər: baki
06.05.2009 23:51
MEN DEHWETE GELIREM... HAMI DEYIR MEN GORMUWEM... BES NIYE AIDIATI ORQANLARA DEMIRSIZ??? HE?? BES AXI OLENLERIN VALIDEYINLERI YAZIQDI... HEC OLMASA QATILIN CEZALANDIQI ILE TESELLI TAPSINLAR... EGER HEQIQETEN GOREN VARSA DANIWSIN.....

Kimdən: Turan
05.05.2009 12:49
Niye mehz AZI?
Cunki orda memur balalari oxumur, cunki o N E F T Akademiyasidi, cunki seherin merkezindedi, cunki daha bir coz sebebler var...

Kimdən: Sema Şəhər: Bulud
05.05.2009 01:56
1..Tvde wen proqram baglamaq olmaz..2..tv+in 1 hefte belke de onceden gunluk proqram+i nizamlanir ve heyata kecirilir..3..ehateli sohbet+e daha geniwlik verin..4..tv+ baw verecek hadiseni goruntulediler,baxir nece,sagolsun+ imkan+i daxilinde..5..tv+ de dovletin bir damari..6..tv+e dovlet seviyyeli resmi muraciet olmalidir ezizlerim..7..Ferda ola bilsin ki pasportu uzerinde olub..8..cox adamda uzerinde pasport olur..9..he4 o belke de oleceyini zenn etmirdi..10..amma belke de olum onu tapdi..11..dovleti qinamiyaq,,kime bagli oldugunu qiniyaq..deveden boyuk fil var..12..kONKRET Ferda ozunu oldurub!!!!!..13..fikirlewin bes ozunu oldurmeseydi,,bu dunya ona olumden beter gelerdi..!!!14..mueyyen preparat+ var ki on+a bele an+da ehtiyac olur-guc baximindan...

Kimdən: AYGUN Şəhər: BAKİ
04.05.2009 16:27
O TELEBELERİN GUNAHİ NE İDİ VE NE MEQSEDLE ONLAR OLDURULDU ALLAH OLENLERE REHMET ELESİN

Kimdən: Turan
04.05.2009 15:56
Suallara cavab axtaran yoldaslar,eger derinden dusunseniz bu hadisenin neden ve kim terefinden toredildiyini, niye bir cox faktlarin gizli saxlandigini basa duseriz. Cavablar qiraqda yox, ozumuzdedi.

Kimdən: konul Şəhər: rusiya
02.05.2009 23:30
bu hadise bele qarshilamami idi
matem gunu olunmali idi orada olenler coxu bizim yashidlarimizdir niye tv-de shen proqramlari baglamdilar?niye?niye mugennilerimiz oxuyur?o ki qaldi bu qatile allah cehennem odunda yandirsin men butun olenlere allah rehmet eelsin deyirem aillerinin bashlari sag olsun axir qemleri olsun

Kimdən: aysu Şəhər: bakı
02.05.2009 12:15
inanmıram ki, həqiqətən terrorçu Fərdadı. Terrorçu o qeder axmaqdı pasportunu özü ilə gətirsin.Bes 2 terrorçu hanı?Təbi ki gizlədirlər.Bu azerbaycana göndərilmiş bir mesaj və yaxud da uyarı idi.sahibi isə mesajını aldı.(necə deyərlər sözü at sahibi götürər)

Kimdən: elnare Şəhər: baki
01.05.2009 21:13
ilk evvel butun helak olanlarin yaxinlarina bash sagligi verirem.mesele ile bagli mulahizeler boyukdu,hem de ferqlidi.bu facie terror xarakteri dashiyaraq, peshakar,telim gormus insan terefinden vehsicesine heyata kecirildiyi,siyasi motivde olmasi mence tamam aydindi.

Kimdən: Intiqam Şəhər: Canada
01.05.2009 18:16
Ay millət bu mesele hamıda sual doğurur.
Məhz niyə A Z İ ?

Kimdən: Qurban Şəhər: Balakən
01.05.2009 14:56
Kim ne deyirse hamisi yalandir... Bu evvelceden hazirlanmish plandir ki, onun ustunu hec bir metbuat orqani aca bilmir. Cunki, bu yuxaridan verilen buyruqdur...
    Növbəti 
Səhifə (4)