Cümə, İyul 25, 2014 Bakı vaxtı 16:18

Cəmiyyət

«Donuz qripi» haqda bunları bilmək maraqlıdır

Lvovda yeni evlənənlər, 31 oktyabr 2009
Lvovda yeni evlənənlər, 31 oktyabr 2009

«Donuz qripi» nədir?
«Donuz qripi» ilk dəfə donuzlarda müşahidə olunmuş nəfəs yolu infeksiyasıdır ki, onu da doğuran qrip virusudur. Artıq çoxdan H1N1 adlanan bu virus insandan-insana keçən forma alıb.

Əvvəllər də «donuz qripi» epidemiyası qeydə alınıb. Bunlardan ən geniş məlum olanı, 1976-cı ildə Amerika ordusunda baş verən epidemiyadır. Hazırda dünyada yayılan virus yeni tipli virusdur və əvvəllər nə insanlarda, nə də donuzlarda qeydə alınmayıb.

İlk dəfə nə vaxt aşkar edilib?

Bu virus 2009-cu il martın sonu, aprelin əvvəlində Meksikadan yayılmağa başladı. Artıq demək olar ki, dünyanın əksər ölkələrində yayılıb və dünya Səhiyyə Təşkilatı artıq onu dünya üzrə bir pandemiya elan edib. 

H1N1 virusu adi qrip kimi olduqca tez yayılan virusdur. O, xəstənin asqırdığı havadan, xəstə ilə təmasdan burun və ağızla bədənə daxil olur.
 

Bakıda qripdən qorunmağa çalışan maskalı sakinlər, 9 noyabr 2009

 
Hansı əlamətləri var?

Xəstəliyin əlamətləri adi qripin simptomlarını xatırladır:

- Hərarətin qalxması,
- Öskürək,
- Boğaz ağrısı,
- Baş ağrısı,
- Üşümə və zəiflik.
 


Bəzi xəstələrdə qarın işləməsi və qusma halları qeydə alınıb.

Necə qorunmaq olar?
Bakıda qripdən qorunmağa çalışan maskalı sakinlər, 9 noyabr 2009

Sualın ən yaxşı cavabı belədir: gigiyena qaydalarına daha intizamlı əməl etməklə. Əlləri tez-tez sabunla yumaq və yuyulmamış əllərini sifətə vurmamaqla daha yaxşı qorunmaq olar.

Həkimlər adi qrip zamanı verdikləri məsləhətləri təkrar edirlər:

- Əlləri sabunla tez-tez və yaxşı-yaxşı yumaq,
- Xəstə adamlarla yaxın kontaktdan çəkinmək,
- Birdəfəlik burun dəsmallarından istifadə etmək və burunu siləndən sonra onu dərhal atmaq

Qrip maskası nə qədər kömək edə bilər?
Bakıda qripdən qorunmağa çalışan maskalı sakinlər, 9 noyabr 2009

Peşəkar həkimlər deyirlər ki, yalnız qrip üçün tibb müəssisələrində xüsusi hazırlanmış maskalardan istifadə etmək lazımdır. Adi parçanı kəsib maska kimi istifadə etməyin bir faydası yoxdur.

Londondakı virusoloq həkimlər AzadlıqRadiosuna belə bir misal gətiriblər:

Təsəvvür edin ki, artıq qripsiniz və maska geyinibsiniz. Bu halda, asqıranda ətrafdakıları qripdən qoruyursunuz. Amma maskanı sağlam vaxtı geyinirsinizsə, o, tezliklə nəfəsinizdən yaş olacaq və bir şey qoruya bilməyəcək.

Londonda həkimlər deyirlər ki, hansısa ölkədə adamların adi parçadan istifadə etdiyini görəndə dərhal onlara aydın olur ki, bu ölkədə hökumət öz vətəndaşlarını pandemik xəstəliklərlə bağlı düzgün maarifləndirməyib.

Nə qədər təhlükəlidir?
Bakıda qripdən qorunmağa çalışan maskalı sakinlər, 9 noyabr 2009

Londonda virusologiya üzrə mütəxəssis Con Oxford AzadlıqRadiosuna deyib ki, H1N1 başqa qrip viruslarından daha təhlükəlisidir. Çünki o, ağciyərin daha dərinliklərinə qədər gedə bilir.

Con Oxford bildirir ki, indiyə qədər dünya üzrə müşahidələr hamilə qadınların və azyaşlı uşaqların H1N1 virusuna daha tez yoluxduğunu göstəririr.

H1N1 virusunun bütün əlamətləri adi qripin əlamətləri ilə eynidir. Amma laboratoriyada müayinə etmədən virusun adi qrip, yoxsa, məhz H1N1 olduğunu demək mümkün deyil.

2009-cu il oktyabrın 30-na olan məlumata görə son altı ay ərzində dünya üzrə 5700-dən çox adam H1N1 virusundan ölüb.

Mövsümi qriplər kimi «donuz qripi»nin də müxtəlif xroniki xəstəliklərə qədər inkişaf edən fəsadları ola bilir.

Müalicəsi varmı?
Bakıda qripdən qorunmağa çalışan maskalı sakinlər, 9 noyabr 2009

Bəli, həkimlər təlaşa ehtiyac olmadığını deyirlər. H1N1 adi qripdən bir az ciddi olsa da hətta, ona tutulmuş xəstələr bir neçə günlük müalicədən sonra sağalırlar.

Dünya Səhiyyə Təşkilatı dövlətləri öz xalqı arasında gigiyena qaydaları barədə maarifləndirmə işlərini genişləndirməyə, “Tamiflu” and “Relenza” kimi antivirus dərmanların ehtiyatını yaratmağa çağırıb.

Peyvənd varmı?

Bəli, Avropada əsas risk qrupları hesab olunan azyaşlıları və xəstələrlə məşğul olan həkimləri peyvəndləyirlər.

Azərbaycanın Səhiyyə Nazirliyi Bakıya da peyvəndlər gətirildiyini bildirir.

Xəstəlik ərzaqla keçirmi?

Xeyr, «donuz qripi»nə ərzaq və qida məhsulları ilə yoluxmaq təhlükəsi yoxdur.

“AZADLIQ” RADİOSUNUN İNTERNET SAYTINA MOBİL TELEFONUNUZLA DA BAXA BİLƏRSİNİZ.
DAHA ƏTRAFLI MƏLUMATI BURADAN ALIN.
Bu forum dayandırılıb
Şərhləri sırala
Səhifə (2)
    Növbəti 
Kimdən: sultans Haradan: istanbul
02.01.2010 18:35
Kim oluyormuş ... gribi biz elhamdülillah ne aşı olduk nede o gripten korkumuz var bir zamanlar müslümanın adını söylemeye çekindiği pis hayvanın ismini bu suretle müslüman aleminin diline dolamış oldular grip normal grip ama başına o mendebur hayvanın adını eklediler lanet olsun bu şer ve müşrik insanlara..

Kimdən: Kefli İsgəndər Haradan: Cənnətdən
16.11.2009 18:47
Ey möminlər müsəlmanlar mən ta Şeyx Nəsrullah kimi İsfahan lotularının zamanından sizlərin gözünüzün açılıb bu dünyaya ayıq göznən ağıl kamalnan baxmağınızı arzu eyləmişəm Lakin nə fayda 20ci əsrdə Şeyx Nəsrullah 21ci əsrdə donuz it at quş və qeyri bu növ qriplər```` Həəəə ancax sizin ölü dirildənləriniz Müsyö Jordanlarınız ekstrasensləriniz və qeyri bu növ ````təbibləriniz```` ki var Çarə qılsın biçarələr sizə Kefli İsgəndərlər seyr eyləsin

Kimdən: VETENDAS Haradan: QAXDAN
16.11.2009 17:04
Qardas biz pis seslensede QARA CAMAHAT hemise esirler boyu guclulerin eli altinda olmusuq ele indide iledi isdeyirler ki derman alan coxalsin maska alan coxalsin cunki bu sahe coxdandi yaxsi bir is tuta bilmir.buda donuz qiripi indi yaxsi is tuta bilecekler yaxsi qazanib yaxsi masinlarda gezecekler.onu bilinki bu islerin haq hesabi cox agir olacaq bu donuz qiripi sizide ovaxt tutacaq.belke bunu oxuyan donuz qiripi icadcilarini teze nese IT qiripi kimi qiripler yaratmaqdan cekindirer...

Kimdən: Nick Haradan: Goycay
16.11.2009 12:02
ne oldu xosunuza gelmedi?xi....xi..azadliq budur?sizin deviziniz azad fikir deyilmi?al bu da azad fikir....size boyuk hormetim olsa da .....yuxarilardan qorxduguzu bilirem....bu olkede azad fikir soylemek ucun gerek dovlet adami olasan.....yoxsa yox olarsan ! ozuvuzu qoruyun .....Azadliq arzulayiram size amma cetin....

Kimdən: Nick Haradan: Goycaydan
16.11.2009 11:51
ne sirdirse basqa olkelerde bu xestelikden olenler olur ....bizimkilere ise hec bir tesir elemir ....bir iki gun sonra eve buraxirlar ki turp kimisen ..sizce de qeribe deyil?..duzu bu meni sevindirir amma usaq da deyilem ki her deyilene inanim...bele cixir ki bizimkilerin qaninda voksin zad var var....ne bilim vallah birce basa duse bilseydim!!....eger heqisi voksin zad varsa qan satisindan yaxsica qazana bilerik....yox eger ciddi problemdirse gizletmeyin adi yoxdur...bir de bir xahisim var... deyin o baytarlara gelsinler Texniki universiteti bir ayliqa baglayib dizinfeksiya etsinler onsuz da oxuyan yoxdur (ps.qazanan coxdur) bos yere gedib gelmeye pul vermeyek....bilduuz harani deyirem?kecmis Pultexniki....i saqol..

Kimdən: Xayal Haradan: Baki
15.11.2009 18:20

Insanlar xesteliklerle mubarize apardiqca, xestelikler mutasiya edib,daha da guclenir ve daha agir formada bir nece ilden sonra yeniden qayidirlar.Men sexsen , donuz qripine qarsi vaksin eletdirmeyeceyem.Qripe qarsi olan vaksinlerin terkibinde cive duzu ve formalin olur.Istemirem ki, o zeherli maddeler xestelenmemisden qabaq qanima dussun.Eger ozumde qripin elametlerini gorsem,mutleq seheri gun hekime muraciet edecem.

Kimdən: islam Haradan: bakidan
15.11.2009 13:43
bu maskalar bosh sheydir Allah ne yazibsa oda olacag hec men ne maska taxiram nede derman icirem bir Hekim kimi deye bilerem qunde 1 eded SERMISAG yeyin o sizi gripden qoruyacag ve apteklerde xususi maz var OKSALIN BURNUVUZUN IC HISSESINE SURTUN vessalam grip sizi narahat etmeyecek.

Kimdən: Kamal Haradan: isvec
14.11.2009 01:04
bir deq... bu gune qeder donuz qripinden olenlerin sayi dunyada 1 saat erzinde avtomobil qezalarinda olenlerin sayindan azdir. cemi 1200 e yaxin adam, ola biler bir az cox, butun dunyada dunyasini deyisib. Halbuki Afrikada her 40 saniyede bir nefer AIDSden dunyasini deyisir. Donuz qripi tehlukelidir, amma bele panikaya esas yoxdur, bunun arxasinda hansisa siyasi oyunlar (butun dunyada) dayanir, subut yuxarida gosterdiyim reqemlerdir.

Kimdən: zahim Haradan: baki
13.11.2009 15:27
salam...men tez tez xestelenen insan deyilem...ama 2 heftedirki xesteyem...du dedikleri hamisi mende olub...qusmaqdan bashqa...

Kimdən: vetendas Haradan: vetenden
12.11.2009 23:19
Men bu qripi insanlarin basini qatmaq ucun hazirlanmis yeni siyasi oyun saniram.kecen iller toyuqlar hedefdeydi bu ilde donuzlara novbe catib.Qrip ne olur olsun zeyif insanlara pis tesir edir.donuz olmayib ne olur olsun.
Səhifə (2)
    Növbəti