Günün SMS-i
«Can Bakı»

«Bir məhbus cinayət etdikdə, azadlıqdan məhrum edilir. Bəs biz görən, nə cinayət etmişik ki, «Azadlıq»dan məhrum olunuruq?» (Xətai)
SMS arxivi
(+994 50) 744 10 17
 
 
 
Sorğu
... ... ...
 
 

Rubrikalar / Seçki 2008

Prezident 50 illik vəd verdi Fotolar

İlham Əliyev andiçmə mərasimində, 24 oktyabr 2008

24.10.2008

Oktyabrın 24-də İlham Əliyev and içməklə prezidentlik səlahiyyətlərinin icrasına başladı:

«Mən and içirəm, prezidentin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan dövlətinin konstitusiyasına əməl edəcəyəm. Dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağıma və xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm».

Andiçmədən sonrakı çıxışında İlham Əliyev prezident seçildiyinə görə, xalqa, daha sonra onun namizədliyini irəli sürən YAP-a, onu dəstəkləyən siyasi qüvvələrə və həmçinin müxalifətə təşəkkürünü bildirdi:

«Mənim namizədliyimi dəstəkləyən bütün siyasi qüvvələrə, o cümlədən müxalifət nümayəndələrinə öz təşəkkürümü bildirirəm. Məni qələbə münasibətilə təbrik edən digər prezidentliyə namizədlərə də təşəkkürümü bildirirəm».

Dağlıq Qarabağ münaqişəsilə bağlı danışıqların davam etməsində Azərbaycanın hələ ki maraqlı olduğunu deyən prezident Qarabağa müstəqillik verilməsi məsələsinin heç vaxt mümkün olmayacağını bildirib:

«Nə bu gün, nə sabah, nə 10 ildən, nə də 50 ildən sonra Dağlıq Qarabağa müstəqillik verilməyəcək və Azərbaycan bunu heç vaxt tanımayacaqdır».

Prezident deyib ki, ötən beş ildə işsizlik, iqtisadi inkişaf, ordu quruculuğu, əhalinin sosial vəziyyəti və s. məsələlərlə bağlı verilən vədlər yerinə yetirilib və növbəti beş ildə bu işlər daha geniş şəkildə davam etdiriləcək: «Bir daha demək istəyirəm ki, Azərbaycanın hərtərəfli, uğurlu inkişafı reallıqdır və növbəti beş ildə mən heç şübhə etmirəm ki, biz bütün bu müsbət meylləri davam etdirəcəyik və Azərbaycanı yeni uğurlara doğru aparacağıq».

«Tolerant» Sosial Araşdırma Birliyinin sədri Azər Rəşidoğlu deyir ki, prezidentin andiçmə mərasimindəki çıxışından gözlədiyi çox şeyi eşitməyib. Azər Rəşidoğlu bildirir ki, İlham Əliyev onu dəstəkləyən müxalifətə təşəkkür eləsə də, ötən prezident seçkilərindən ölkəni tərk edən siyasi mühacirlərə hər hansı müraciət etmədi, hamının prezidentiyəm deyə onları ölkəyə çağırmadı. Bir neçə jurnalistin həbsdə olduğu bir vaxtda bu çıxışda mətbuat azadlığı ilə bağlı gələcək planlardan danışılmadı.

Azər Rəşidoğlu deyir ki, prezidentin müxalifətə təşəkkür etməsi həm də onu göstərdi ki, o, hakimiyyətin istəyinə uyğun yeni müxalifətin formalaşmasında maraqlıdır.

Qaldı ki, andiçmə mərasimində gələcək beş illiklə bağlı iqtisadi, sosial və s. sahələrlə bağlı görüləcək işlərə «Şərq-Qərb» Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyir ki, o prezidentin çıxışından daha çox bu məsələlərlə bağlı gələcək planları eşitmək istəyib. Amma prezident bu məsələdən çox ümumi danışıb. Bu baxımdan da Mərkəz rəhbəri hesab edir ki, növbəti beş il də elə ötən beş ilin təkrarı olacaq.

Ərəstun Orucluya görə, əgər hakimiyyət cəmiyyət tərəfindən islahatlara və hansısa kursu dəyişmə hallarına sövq olunmursa onda hakimiyyətin nəyinə lazımdı ki, ciddi islahatlar aparıb özünü bataqlığa salsın.
 
 
 
 

 
 
Şərhin var?
Ad *
Məkan
E-mail
Şərh *
Yazmazdan əvvəl FORUMUN QAYDALARINI oxu

İsmarışlar 1-10 (15)
Kimdən: Nizami Haradan: Baki
06.11.2008 17:36

Eziz qardaslarim hemvetenlerim Qarabag`i onlar yox biz alacagiq. Biz bu ince meselede hakimiyyete bel baglamisiq, hjakimiyyetde ATET`e bel baglayib.


Kimdən: Nizami Haradan: Baki
06.11.2008 17:27

Eger prezident konstitusiyaya and icirse, demek bosluqlar hakimiyyetde yox konistitutsiyadadir. Bele cixirda...


Kimdən: terlan Haradan: bakı
31.10.2008 17:10

Rehmetlik Elçibey türkçü olsa da beyenmedik ki yaraşılqlı deyil. İndi maşallah daha yaraşıqlısını tapmışıq.Azerbaycanca danışa bilmeyende ne olar ki.Hele cavandır, öyrener.


Kimdən: XAN Haradan: BAKI
29.10.2008 17:23

Cosqun Isvechreya bir sualim var - o tesadufhen mubareze aparib siqinacaq alanlardan deyilki?
Sadece demek isteyirem ki mubarizeni aparmaq isteyenler bir qashiq qanindan kechmeye hazir olanlardir!


Kimdən: Cosqun Haradan: Isvechre
29.10.2008 15:34

...siyaset bir elmdir...Praqmatik düshünenler ücün...
Yalniz güclü olanlar qalib gelirler, qelebe arzu edenler deyil. Dünyanin her yerinde bu heqiqeti 100 ildir bilirler.


Kimdən: Natiq M Haradan: Sumqayıt
27.10.2008 16:11

Nə vaxt neft və qaz tükənsə o vaxt bu sülalə hakimiyyəti başqalarına təhvil verəcək.Amma Azərbaycanın tükənməyən sərvəti var,deməli....?
H.Əliyev(1993-2003),İ.Əliyev(2003-2013),M.Əliyeva(2013-2023),yenidən İ.Əliyev(2023-2033) sonra kiçik H.Əliyev(2033-2043) sonra L.Əliyeva və ya nə bilim kim,kim,kim?


Kimdən: Telman Haradan: Baki
27.10.2008 13:09

Ilham Eliyəvin cixişlari onun öz fikirləri deyil,yazıb verirlər o da əzbərləyib cixish edir,bu defe yaddan cixib yaxsi ezberleye bilmiyib ozu neise danismali olub o da bele...
P.S. "Biz hətta Ağcəbədini də isğal edecyik" bu na basqa bir misal di.


Kimdən: Ruhin Haradan: Almaniya
26.10.2008 05:58

Yäni Azärbaycanda nefti hälä 50 il dä cixacaq...


Kimdən: XAN Haradan: BAKI
25.10.2008 14:58

Ela, bizde, Azerbaycanda kommunizm qurulur ve ulu liderin layiqli davamchisi novbeti kommunizmin de texminen 70 il yashayacaqina ishare edib. Qarabaq meselesine geldikde ise, men arxayinam ki, layiqli davamchi o torpaqlari kimese vermek istemir, amma rus ayisi ile uz-uze qalmish olduqunu derk eden her kes anlamalidir ki, bu torpaqlari almaqa duxumuz chtmaz. Ikincisi de,psevdopatriotluqdan kenar chixib merdane etiraf edek ki, biz bir ferd olaraq Qarabaqi istemirik! Bizler demokratiyanin kimlerinse bize qizil mecmeyide vereceyini dushunduyumuz kimi, Qarabagin da gul-chicheye bezedilmish zenbilde alacaqimizi dushunuruk. Bir gun oleceyimizi unudaraq qisa, amma sherefli heyat yashamaqdansa hemishe uzun ve sherefsiz heyat yashayanlar menasiz yashadiqlarini son nefeslerinde derk edirler! Her kese son ozunuimtahandan sherefle chixmaqi arzulayiram!


Kimdən: babek Haradan: baki
25.10.2008 11:06

pahhhhh, sen dovlet bashcimizin cixishina bax, lap bu milleti nece deyerler, qaz bilirler, 50 ill???!! maraqli ele neftimizde 50 ie tukenmesi ehtimali var. sozler yaman ust-uste dushur. prezidente demek isteyiki, qoy gedib baltik yani olkeleri-Latviya, Litva, Estoniya ve s olkeleri bizimle muaqyise etsin. berke nese gore bile. Xulase hele bu 5 ili qal, sonrasi allah kerimdir:))))))

İsmarışlar 1-10 (15)