Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 18:48

İlham Əliyev and içdi


Bu dəfə televiziyalar inauqurasiyanı canlı yayımlamayıblar

Bu dəfə televiziyalar inauqurasiyanı canlı yayımlamayıblar

Oktyabrın 24-də Heydər Əliyev Sarayında yenidən prezident seçilmiş İlham Əliyevin andiçmə mərasimi olub.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev İlham Əliyevi andiçməyə dəvət edib. İlham Əliyev Konstitusiyaya, daha sonra Qurani-Şərifə əl basaraq and içib.

Andiçmə mərasimində Gürcüstan Prezidenti Mixeil Saakaşvili, Türkiyə Baş nazirinin müavini, dövlət naziri Cəmil Çiçək, Rusiya Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkin, MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev iştirak ediblər.

Azərbaycanda altıncı prezident seçkiləri 2008-ci ilin oktyabrın 15-də keçirilib. İlham Əliyev seçicilərin 88,73% səsini toplayaraq qalib gəlib.

Ötən andiçmə mərasimlərindən fərqli olaraq, bu dəfə televiziyalar inauqurasiyanı canlı yayımlamayıblar.
XS
SM
MD
LG