Baş nazir Paşinyanın tərəfdarları bildirirlər ki, onları Ermənistan paytaxtında keçiriləcək hər hansı antihökumət aksiyası narahat etmir.
Rusiyanın İstintaq Komitəsi jurnalist Nadejda Kevorkovaya qarşı "terrorizmə haqq qazandırılması" ittihamı irəli sürüb.
Spikerin sözlərinə görə, bununla belə Ermənistan baş naziri Avrasiya İqtisadi İttifaqının (Aİİ) mayın 8-də Moskvada keçiriləcək sammitinə sədrlik edəcək.
Rusiya tezliklə qeyri-strateji nüvə qüvvələrinin döyüş tapşırıqlarını yerinə yetirmək hazırlığını artırmaq məqsədilə təlimlər keçirmək niyyətindədir.
"Biz bura sizə görə ölməyə gəlmişik?".
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfiri Mark Libbi bu gün, mayın 6-da Şuşa şəhərinə səfər edib.
ABŞ Nümayəndələr Palatasının Texas ştatını təmsil edən üzvü Henri Kuellar və xanımı Mexikodakı bir bankdan və Azərbaycana məxsus bir neft-qaz şirkətindən 600 min dollar rüşvət almaqda ittiham olunur.
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanın Almatı şəhərində gözlənilən görüşünün tarixi açıqlanıb.
İtaliya Senatının keçmiş üzvü Fabritsio Çiççitto "Corriere della Sera" qəzetinə Rusiya prezidenti Vladimir Putinin ov edərkən iki cüyür öldürməsi, onlardan birinin ürəyini bıçaqla kəsərək Silvio Berluskoniyə yeməyə təklif etməsindən danışıb.
Mayın 4-də Müsavat Partiyasının XI qurultayında 10 ildən sonra İsa Qəmbər yenidən bu partiyanın başqanı seçilib.
Elmar Vəliyevə sui-qəsddə ittiham edilənlərdən biri olan Ceyhun Salahov həbsindən 6 il ötdüyünü deyir. Amma niyə həbs olunduğunu hələ bilmədiyini də sözlərinə əlavə edir.
Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevin saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsində 3 gündür aclıq etdiyi bildirilir.
Davamı