Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 06:19

Prokuror «Hüseyniyyə» məscidində tutulanlara 4 il istədi


Arxiv foto
Arxiv foto
-


Lənkəranın «Hüseyniyyə» məscidindəki insidentlə bağlı həbs olunan iki nəfərə prokuror 4 il həbs istəyib. Ötən gün Lənkəran məhkəməsində növbəti proses keçirilib.
Hər iki şəxs CM-nin 221.2.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinirlər.

Ötən ilin dekabrında Lənkəranın «Hüseyniyyə» məscidində namaz qılmağa gələnlər arasında insident yaşanıb, həmin hadisədə bir nəfər bıçaqlanıb. Saxlananların yaxınlarının dediyinə görə, insidentə səbəb məsciddə işləyən bəzi adamların namaz qılmağa gələnlərə öz qaydalarını tətbiq etməsi, bu qaydalarla razılaşmayanların isə məsciddən qovulması olub. Saxlananlar istintaqın qərəzli və yanlış aparıldığını iddia edirlər və özlərini təqsirli bilmirlər.

DİN-nin mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə isə AzadlıqRadiosuna məsciddəki insidentlə bağlı istintaqın qərəzli və yanlış aparılması barədə deyilənləri əsassız hesab edir:

Lənkəran şəhər-rayon Polis Şöbəsinin İstintaq bölməsində faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə şəhər sakini İlkin Əsədov barəsində həbs-qətimkan tədbiri seçilib. İbrahim Azadov isə polis nəzarətinə götürülüb. Həmin cinayət işi üzrə müstəntiq tərəfindən zəruri olan bütün istintaq hərəkətləri aparılıb. Həm təqsirləndirilən, həm zərərçəkən tərəflərin ifadələri alınıb, hadisənin şahidləri, eyni zamanda, Pərviz Dadaşov da dindirilib. Müvafiq ekspertizalar, o cümlədən, İbrahim Azadovun istintaq orqanına təqdim etdiyi diskin montaj olub-olmamasına dair ekspertiza da təyin edilib. Ekspertizanın rəyləri məlum olduqdan sonra istintaqa yekun vurulacaq və cinayət işi ən qısa müddətdə məhkəmə baxışına göndəriləcək».
XS
SM
MD
LG