Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:14
-
Lənkəran sakini İbrahim Azadov AzadlıqRadiosunun «Qaynar xətt»inə şəhər-rayon Polis Şöbəsinin İstintaq bölməsində aparılan bir cinayət işindən şikayət edib. Söhbət keçən il dekabrın 5-də Lənkərandakı «Hüseyniyə» məscidinə namaz qılmağa gələnlər arasında baş vermiş insidentlə bağlı qaldırılan cinayət işinin istintaqından gedir. Hansı ki, İbrahim Azadov həmin istintaqa təqsirləndirilən şəxs kimi cəlb olunub. Ancaq o, iddia edir ki, istintaq ilk gündən qərəzli və yanlış aparılır:

«O hadisədə mən özüm bıçaqla vurulmuşam. Xəstəxanada da yatmışam. Ancaq nədənsə məni bıçaqla vurmuş Pərviz Dadaşova qarşı yox, mənə və mənimlə birlikdə məscidə namaz qılmağa getmiş İlkin Əsədova qarşı cinayət işi qaldırılıb. Pərviz Dadaşov isə kənarda qalıb».

«NAMAZI ELƏ QILMA, BELƏ QIL»

İbrahim Azadov Pərviz Dadaşovun yaxın qohumlarının «Hüseyniyə» məscidində işlədiklərini, məscidə namaz qılmağa gələnlərə öz qaydalarını tətbiq etdiklərini, bu qaydalarla razılaşmayanları isə məsciddən qovduqlarını deyir:

«Namazı elə qılma, belə qıl. Səcdəyə elə getmə, belə get. Bir sözlə, məscidə gələnlər bu adamların qoyduqları qaydalarla namaz qılmalıdırlar. Kim bunların qaydalarına əməl etmirsə, təhqir edib məsciddən qovurlar. Məscid heç kəsin şəxsi mülkiyyəti deyil. Heç kəs məscidə gələndən tələb edə bilməz ki, namazı mənim kimi qıl. Bizim mübahisəmiz də bundan başlamışdı. Pərviz Dadaşovun atası da məsciddə işləyir və bizi məsciddən qovmasına etirazımızı bildirəndə, Pərviz Dadaşovla davamız qızışdı. O, məni bıçaqla vurdu».

«TƏQSİRİM VARSA, NİYƏ TUTMURLAR MƏNİ?»

İbrahim Azadov Pərviz Dadaşovun məsuliyyətdən kənarda qalmasını himayə olunması kimi qiymətləndirir:

«Bu adam özü məni vurduğunu bizimlə söhbətində etiraf edir. Biz bunu kamera ilə çəkmişik. Çəkilişi istintaqa da təqdim etmişik. Ancaq müstəntiq həmin çəkilişi sübut kimi qəbul etmir».

Lənkəran məscidində baş vermiş həmin insidentin növbəti günü telekanallar Lənkəran Diaqnostik Mərkəzinə yaralı vəziyyətdə yerləşdirilmiş İbrahim Azadovdan elə xəstəxanadaca müsahibə almışdılar. O, məsciddə namazlarda kimin imam olması zəminində iki qrup arasında mübahisə yarandığını, mübahisənin dava-dalaşa çevrildiyini və bıçaq zərbəsi aldığını deyib. Həmin vaxt İbrahim Azadov kim tərəfindən vurulduğunu görmədiyini bildirmişdi.

Pərviz Dadaşov isə «Qaynar xətt»ə hadisə vaxtı məsciddə olmadığını deyib: Orxan Mansurzadə

Orxan Mansurzadə


«Mənim o hadisədən xəbərim yoxdur. İbrahimin dediyi kimi, onu bıçaqla vurmuş olsaydım, istintaq orqanı məni də həbs edərdi. Təqsirim varsa, niyə tutmurlar məni? Çağırıblar, ifadəmi də alıblar, araşdırıblar, görüblər mənlik heç nə yoxdur».

MÜSTƏNTİQ EKSPERTİZALARIN NƏTİCƏLƏRİNİ GÖZLƏYİR

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə məsciddəki insidentlə bağlı istintaqın qərəzli və yanlış aparılması barədə deyilənləri əsassız hesab edir:

«Ötən ilin dekabrında Lənkəran şəhər-rayon Polis Şöbəsinin İstintaq bölməsində faktla bağlı Cinayət Məcəlləsinin 221.2.1 maddəsi ilə (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə şəhər sakini İlkin Əsədov barəsində həbs-qətimkan tədbiri seçilib. İbrahim Azadov isə polis nəzarətinə götürülüb. Həmin cinayət işi üzrə müstəntiq tərəfindən zəruri olan bütün istintaq hərəkətləri aparılıb. Həm təqsirləndirilən, həm zərərçəkən tərəflərin ifadələri alınıb, hadisənin şahidləri, eyni zamanda, Pərviz Dadaşov da dindirilib. Müvafiq ekspertizalar, o cümlədən, İbrahim Azadovun istintaq orqanına təqdim etdiyi diskin montaj olub-olmamasına dair ekspertiza da təyin edilib. Ekspertizanın rəyləri məlum olduqdan sonra istintaqa yekun vurulacaq və cinayət işi ən qısa müddətdə məhkəmə baxışına göndəriləcək».

Siz də şikayətinizi buradan göndərə bilərsiz

Hazırda texniki profilaktika aparılır. Şərh yaza bilməzsiniz. Bir neçə dəqiqədən sonra cəhd edin.

ƏLAQƏ ÜÇÜN

nömrəmiz (+420) 778 711 700

Çəkdiklərinizi, eləcə də şikaylətlərinizi bizə WhatsApp-dan başqa,

XS
SM
MD
LG