Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:06

Gəlirini könüllü açıqlayanlar məsuliyyətdən azad olunacaq


Azerbaijan -- ministry of taxes Baku
Azerbaijan -- ministry of taxes Baku

Vergi amnistiyası, ya gəlir bəyannaməsi?

Azərbaycanda növbəti ilin yanvarından «gəlirini könüllü açıqlayanlar və vergisini ödəyənlər məsuliyyətdən azad olunacaq. Bu haqda «Trend» informasiya agentliyinə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Vergi Siyasəti İdarəsinin rəisi Nicat İmanov deyib.

Bəzi iqtisadçılar bunu «vergi amnistiyası» kimi dəyərləndirir, bəziləri gəlirlərin bəyannaməsi kimi.

Buna da bax:​ Vergi borcu nədən yaranır və niyə sürətlə artır?

Ancaq nazirlik rəsmisi bu haqda detallı bilgi açıqlamadığından iqtisadçılar da geniş şərh verməkdə çətinlik çəkirlər. Bir də xatırladaq ki, nazirlik rəsmisi bircə bunu söyləyib:

«Amnistiya gəlirlərini könüllü qaydada açıqlamaq və hesablanmış vergiləri ödəmək niyyətində olan vergiödəyicilərin məsuliyyətdən azad edilməsini nəzərdə tutur».

«Xaricdə 4 milyard dollar Azərbaycan mənşəli kapital var»

İqtisadçılar deyir ki, söhbət bu halda qanunsuz yolla əldə edilmiş gəlirlərə görə vətəndaşın məsuliyyətdən azad edilməsindən, sadəcə, vergi ödəməli olmasından gedir. Ancaq dərhal da növbəti bu sual gəlir: söhbət burda qanunsuz gəlir əldə edən məmurlardan da gedirmi? Bu haqda açıqlamada heç nə deyilmir.

Vergi amnistiyası nədir?

Vergi amnistiyası gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsidir. Eləcə də, ölkədən çıxarılaraq xaricdə saxlanılan qeyri-leqal kapitalın geri qaytarılması, vergi-borc öhdəliklərinin bağışlanmasından ötrü iqtisadi şəraitin yaradılmasına yönəlmiş bütün inzibati-hüquqi və sosial-iqtisadi tədbirlərin məcmusu kimi başa düşülür.

Buna da bax:​ Azərbaycanda qeyri-leqal kapitala amnistiya elan ediləcək

«Prezident sərəncam verməlidir»

Vergi amnistiyası gizli iqtisadi fəaliyyət və əməliyyatlardan əldə edilmiş maliyyə resurslarının leqallaşdırılması, bu hərəkətləri törətmiş şəxslərin əfv edilməsidir.

İqtisadçı Əli Hacıyev deyir ki, vergi amnistiyasından ötrü ilk növbədə dövlət başçısı sərəncam imzalamalıdır, orda amnistiyanın detalları açıqlanmalıdır: «Prezident sərəncamında dəqiq rəqəm deyilməlidir ki, xaricdən bu qədər kapital gətiriləcək və onun bu qədəri büdcəyə keçiriləcək, qalanı vergidən azad olacaq və sərbəst halda sahibkarlıq fəaliyyətinə yönələcək. Buna da Milli Məclisdə baxılaraq qəbul edilməlidir».

İqtisadçı Əli Hacıyev: «Amnistiyanın detalları açıqlanmalıdır» [audio]
Gözlə

No media source currently available

0:00 0:01:58 0:00
Direct-ə keçid

Ancaq indiki halda, bu haqda sadəcə Vergilər Nazirliyinin idarə rəisi danışır.

İqtisadçı belə bir amnistiyanın verilməsini zəruri sayır. O, xaricdə – Türkiyə, Qazaxıstan, Gürcüstan kimi ölkələrdə «külli miqdarda – təxminən 4 milyard dollar Azərbaycan mənşəli kapital» olduğunu bildirir. «Həmin kapitalı ölkəyə gətirmək üçün birinci növbədə o gəlirlərə amnistiya verilməlidir. Amnistiya verilməlidir ki, o insanlar məsuliyyətə cəlb olunmayacaqlarını bilib o vəsaiti ölkədə nəyəsə yatırsınlar. Amma belə bir amnistiya olmadığından Azərbaycandan xaricə kapital axını var», – deyir iqtisadçı.

«...belə bir amnistiya olmadığından Azərbaycandan xaricə kapital axını var»

«Gürcüstanda simvolik vergi ödəndi – 1 faiz»

Əli Hacıyev postsovet ölkələrindən Gürcüstanın artıq belə bir amnistiya elan etdiyini, Qazaxıstanın da «buna bənzər bəzi addımlar atdığını» söyləyir.

«Gürcüstanda simvolik olaraq gəlirin 1 faizinin vergisini ödəyirdilər. Gəlirin yerdə qalanı vergidən azad elan edildi. Bu da ölkəyə kapital gətirdi».

Vergilər Nazirliyinin rəsmisi bildirir ki, gizli gəlirlər açıqlanmayacağı halda, yəni rəsmi qurumlar tərəfindən aşkar ediləcəyi halda, onun 50 faizi həcmində maliyyə sanksiyası və cərimə tətbiq ediləcək. Cərimə hər günə görə 0,1 faiz hesablanacaq.

Buna da bax:​ Gürcüstanda adambaşına gəlir artıb, Azərbaycanda azalıb...

Əli Hacıyev hesab edir ki, bu da «ağır şərtdir».

«Bir yanaşma olmalıdır»

«Düzgün yanaşma deyil. Bundan əvvəl vergiləri gizlədənlər haqda məlumat verənlərin mükafatlandırılacağı barədə danışılırdı. Kapitala bir yanaşma olmalıdır. Ölkədə, ya xaricdə bu vaxta qədər olan gəlirlərin açıqlanması üçün obyektiv amnistiya verilməldir. Bildirilməlidir ki, elan olunan məbləğə toxunulmayacaq, onun tutalım 1 ya 2 faizi büdcəyə ödəniləcək, qalanına amnistiya veriləcək. 50 faiz həcmində sanksiya tətbiqi sahibkarların maraqlarına ziddir və vergi orqanlarının mənafeyinə xidmət edir», – söyləyir Əli Hacıyev.

İqtisadçı Nemət Əliyev
İqtisadçı Nemət Əliyev

İqtisadçı Nemət Əliyev hesab edir ki, ilk növbədə qanunsuz milyonlar qazanan məmurların gəliri açıqlanmalıdır:

«Sadəcə sahibkarların gizli gəliri axtarılıb vergiyə cəlb olunacaqsa, bu, onların sıxışdırılması demək olacaq. İlk növbədə məmurların qanunsuz gəlirləri vergiyə cəlb olunmalıdır».

Nemət Əliyev: «İlk növbədə qanunsuz milyonlar qazanan məmurların gəliri açıqlanmalıdır»
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00
Direct-ə keçid

Buna da bax:​ Vergi daxilolmaları azalıb

Azərbaycanda məmurların gəlir bəyannaməsi haqda qanun qəbul edilsə də, tətbiq edilmir. Bu faktı beynəlxalq qurumlar dəfələrlə tənqid edib. Parlament 2005-ci ildə vəzifəli şəxslərin gəlir bəyannaməsi haqda qanunu qəbul edəndə Prezident də Nazirlər Kabinetinə tapşırmışdı ki, 3 ay ərzində həmin qanunun icrası qaydalarını hazırlasın. O 3 ay 1 ilə keçib. Amma Vergilər naziri Fazil Məmmədov hələ 2014-cü ildə deyirdi ki, 2020-ci ilədək gəlir bəyannaməsinin tətbiqi üçün hazırlıqların tamamlanması planlaşdırılır. O vurğulayırdı ki, bundan əvvəl maliyyə amnistiyası ilə bağlı qərar olmalıdır. Yəni, məmurlar indiyədək qazandıqlarını itirməyəcəklərinə əmin olduqdan sonra gəlirlərini və əmlaklarını bəyan etmələri mümkün olacaq.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG