Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:40

Avropa Məhkəməsi hökumətə Xədicəylə bağlı sorğu göndərib


Xədicə İsmayılova
Xədicə İsmayılova

►"Səs" qəzetindən şikayət

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın Avropa Məhkəməsinə göndərdiyi daha bir şikayəti üzrə kommunikasiya başlayıb.

Söhbət jurnalistin şərəf və ləyaqətin müdafiəsilə bağlı "Səs" qəzetinə qarşı iddiası üzrə şikayətdən gedir.

Bu iş üzrə həm yerli məhkəmələrdə, həm də Avropa Məhkəməsində Xədicə İsmayılın hüquqları Media Hüquq İnstitutu tərəfindən müdafiə olunub.

Xədicə İsmayıl "Səs"i qəzetin 6 noyabr 2012-ci il tarixli sayında dərc olunmuş "Tarixi deputatxana" adlı məqaləyə görə məhkəməyə verib.

Jurnalistin şərəf və ləyaqətin müdafiəsilə bağlı qaldırdığı iddiada "Səs"in üzr istəməsi və 50 min manat kompensasiya tələbi qoyulub.

Yerli məhkəmə instansiyalarının heç biri Xədicə İsmayılın şikayətini təmin etməyib və o, Avropa Məhkəməsinə müraciət edib.

Avropa Məhkəməsinə göndərilən ərizədə jurnalistin Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi və ailə həyatına hörmət) 10-cu (ifadə azadlığı) maddələrilə təminat verilən hüquqlarının maddələrinin pozulması faktının tanınması xahiş olunub.

Buna da bax: Ekspert: “Türkiyənin ipoteka modeli bizə yaramır”

Avropa Məhkəməsindən bu iş üzrə Azərbaycan hökumətinə göndərilən sorğuda aşağıdakı suallar öz əksini tapıb:

1. Ərizəçinin Konvensiyanın 8-ci maddəsində nəzərdə tutulan şəxsi həyata hörmət hüququ pozulubmu?

2. Ərizəçinin Konvensiyanın 10-cu maddəsində nəzərdə tutulan ifadə azadlığı, xüsusən informasiya almaq və yaymaq hüququ pozulubmu?

3.Ərizəçi Konvensiyanın 6.1-ci maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququna malik olubmu?

Avropa Məhkəməsi həmçinin tərəflərdən mübahisəyə səbəb olmuş "Tarixi deputatxana" başlıqlı məqalənin ingilis dilinə tərcümə olunub göndərilməsini istəyir.

Buna da bax: Moldovada Xədicə İsmayıla dəstək aksiyası

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG