Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:13

Xədicə İsmayıl sənədlərlə tanış ola bilmir


Xədicə İsmayıl
Xədicə İsmayıl

►Həbsxana rəhbərliyi sənədlərin ingilis dilində olduğunu əsas gətirərək, jurnalistə çatdırılmasına imkan vermir

Araşdırmaçı jurnalist, AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın həbsilə bağlı bir neçə şikayət hazırda Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır.

Bu şikayətlərdən biri üzrə kommunikasiya başa çatıb, digərlərilə bağlı yazışmalar davam edir. Amma Xədicə İsmayıl Avropa Məhkəməsinə göndərilmiş şikayətlərə dair materiallarla tanış ola bilmir.

Jurnalistin vəkili Yalçın İmanov AzadlıqRadiosuna bildirib ki, 4 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi sənədlərin ingilis dilində olduğunu əsas gətirərək, jurnalistə çatdırılmasına imkan vermir.

Müdafiəçinin sözlərinə görə, cəzaçəkmə müəssisəsinin rəhbərliyi sənədlərin Azərbaycan dilinə tərcümə edilib notarial qaydada təsdiqlənəndən sonra jurnalistə verilə biləcəyini deyib.

“NİYƏ TƏRCÜMƏYƏ ƏLAVƏ XƏRC ÇƏKİLMƏLİDİR?”

Müdafiəçi qeyd edib ki, yaranmış problemlə əlaqədar yanvarın 25-də Penitensiar Xidmətin rəhbərliyinə rəsmi məktub göndərilib.

Buna da bax: Polisin vətəndaşı xırda pozuntuya görə həbs etmək səlahiyyəti alınır

"Bu qadağa tamamilə qanunsuz və əsassız olmaqla, həm də çox ciddi qanun pozuntusudur. Bununla, faktiki, Xədicə İsmayılın müdafiə hüququ pozulur. Əgər Xədicə İsmayıl özü ingilis dilini bilirsə, niyə tərcüməyə əlavə xərc çəkilməlidir? Digər tərəfdən, biz Avropa Məhkəməsinin sorğularına, hökumətin bizim şikayətlərimizlə bağlı arqumentlərinə cavab verməliyik. Bu məsələlər də mütləq Xədicə İsmayılın özü ilə müzakirə olunmalıdır. Penitensiar Xidmət rəhbərliyi bu qanunsuzluğu aradan qaldırmasa, o halda, Avropa Məhkəməsilə yazışmalarda bunun da müdafiə hüququnun pozuntusu kimi tanınmasını istəyəcəyik", - deyə Yalçın İmanov bildirib.

Penitensiar Xidmətdən məsələyə şərh almaq hələlik mümkün olmayıb.

Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də həbs olunub. Jurnalist vergidən yayınma, qanunsuz sahibkarlıq kimi ittihamlarla 7 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, ittihamları qəbul etmir və korrupsiya araşdırmalarına görə həbs olunduğunu bildirir. "Amnesty İnternational" beynəlxalq hüquq müdafiə təşkilatı Xədicə İsmayılı "vicdan məhbusu" elan edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG