Keçid linkləri

2024, 16 May, Cümə axşamı, Bakı vaxtı 19:33

Ukraynanın Rusiya ilə Türkiyənin vasitəçilik etdiyi danışıqlardan qəfil çıxdığı xəbər verilir


İllüstrativ şəkil
İllüstrativ şəkil

Ukrayna gözlənilmədən Rusiya ilə Türkiyənin vasitəçiliyi ilə az qala əldə olunmuş razılaşmadan çıxıb.

Bu barədə 4 mənbəyə istinadla yazan Reuters bildirir ki, bu razılaşma Qara dənizdə təhlükəsiz gəmiçiliyi təmin etməli idi.

Agentliyin məlumatına görə Rusiya və Ukrayna bu danışıqları Türkiyənin vasitəçiliyi ilə iki aydır ki, aparırdılar.

Razılaşma Qara dənizlə yük daşımalarının təhlükəsizliyini nəzərdə tuturdu.

"Ukrayna son anda oyundan çıxdı"

Reuters mənbələrə istinadla yazır ki, Kiyev bu sövdələşməni rəsmən imzalamaq istəmirmiş, amma Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sazişi Türkiyə seçkilərinə bir gün qalmış, martın 30-da elan edəndə buna razılaşıb.

Agentliyin mənbələrindən biri deyib:

"Ukrayna son anda gözlənilmədən oyundan çıxdı və razılaşma pozuldu”.

Qalan üç mənbə bu deyilənləri təsdiq edib, amma imtinanın səbəbini bilmədiyini söyləyib. Rusiya, Ukrayna və Türkiyə bu barədə hər hansı şərhdən imtina ediblər.

ABŞ-ın yeni hərbi yardımı olmasa...

Reuters sözü gedən razılaşmanın surətinin onda olduğunu yazır.

Razılaşmanın şərtlərinə görə Kiyev və Moskva Qara dənizdə üzən ticarət gəmilərinin təhlükəsizliyinə qarantiya verməli, bu gəmilərin boş olduğu və ya qeyri-hərbi yükləri daşıdıqları vaxtlarda onları atəşə tutmamalı, zəbt edib axtarış aparmamalı idilər.

Rusiya və Ukraynanın taxıl, gübrə və neft daşımaları əsasən Qara dəniz vasitəsilə həyata keçirilir.

Rusiya 2023-cü ilin iyulunda Qara dəniz taxıl razılaşması adlı sazişdən çıxmışdı. Moskva Qərb ölkələrinin sazişin şərtlərinə əməl etmədiklərini bildirirdi.

2024-cü ilin fevralında Ukrayna bəyan etmişdi ki, ABŞ-dan yeni hərbi yardım almayınca Qara dəniz gəmiçilik marşrutunu mühafizə edə bilməz.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG