Keçid linkləri

2024, 29 Aprel, Bazar ertəsi, Bakı vaxtı 23:27

Rusiyalı əsgərdən doğduğu uşağı zibilliyə atan ukraynalı qadına iş açılıb


İllüstrativ şəkil
İllüstrativ şəkil

Rusiyada Ukraynadan olan qaçqın qadına “azyaşlının qətlinə qəsd” maddəsi ilə cinayət işi açılıb.

Bu barədə “Novaya qazeta. Baltiya” qəzeti qadının vəkilinə istinadla xəbər verib.

Məqalədə deyilir ki, 2023-cü ilin martında Rusiyanın cənubundakı şəhərlərdən birinin sakini zibil bakında çarpayı örtüyünə bükülmüş çağa tapıb.

Polis yenicə doğulmuş uşağı atan qadını kamera görüntüləri vasitəsilə aşkar edib.

İşğal olunmuş Ukrayna şəhərindən

Qadının uşağın anası olduğu məlum olub. Bu da məlum olub ki, qadın 2022-ci ilin avqustunda Ukraynanın rusiyalılar tərəfindən işğal olunmuş bir şəhərindən gəlib.

Bu da qeyd olunur ki, həmin şəhər yarım il idi ki, atəş altında yaşayırdı.

Gənc qadın təcridxanaya göndərilib və ona vəkil verilib.

Vəkil “Novaya qazeta” qəzetinə danışıb ki, sözü gedən qadın rusiyalı hərbçi tərəfindən zorlandıqdan sonra uşağa qalıbmış.

Vəkil bunu da deyib ki, qadın zorlandığını həbsinin üçüncü ayında bildirib.

“Ətrafda baş verən bütün bu alçaqlıqlar şəraitində...”

Gənc qadın vəkilinə deyib ki, uzun müddət abort etdirmək qərarına gələ bilməyib, sonra isə gec olub.

Dediyinə görə o düşünürmüş ki, “doğaram və bəlkə sonradan sevə də bilərəm”.

Onun sözlərinə görə doğuşdan sonra o qədər sarsılıb ki, ertəsi gün çağanı götürərək zibilxanaya yollanıb.

Vəkil qadın bildirib ki, əvvəlcə zorlanma məsələsindən qızın müdafiəsi üçün faydalanmaq istəyib, amma uşağın anası bu məsələnin faş olmasından qorxduğunu deyib.

Vəkil deyib:

"Düşünürdüm ki, onu zorlandığını deməyə inandıra bilərəm. Amma həmkarlarım məni ayıltdılar. Dedilər ki, “ətrafda baş verən bütün bu alçaqlıqlar şəraitində bu etiraf qızın ziyanına işləyə bilər”. İndi o hökmünü gözləyir. Doğrusu hönkürüb ağlamağım gəlir”.

"Novaya qazeta. Baltiya” əhvalat iştirakçılarının adlarını, hadisənin baş verdiyi şəhəri yazmayıb.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG