Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:54

Latviya Ukraynadan oğurlanmış pulları öz büdcəsinə keçirib


Latviya, Riqada Ukrayna səfirliyi
Latviya, Riqada Ukrayna səfirliyi

Latviya Ukraynanın ölkədən qaçmış keçmiş prezidenti Viktor Yanukovych-in silahdaşlarının həbs qoyulmuş bank hesablarındakı pulları müsadirə edərək öz büdcəsinə keçirib. Söhbət milyonlarla dollardan gedir. İndi Ukrayna bu pulları ölkəyə qaytarmağa çalışır.

QAZI GÜZƏŞTLİ QİYMƏTƏ ALIB

Yanukovych-in vaxtında baş nazirin müavini olmuş Sergey Arbuzov və prezidentin yaxın adamı olan biznesmen Sergey Kurchenkonun adları Ukraynada ən səs-küylü korrupsiya işlərində hallanıb. İndi artıq bu adlar Latviyada da eşidilir.

Söhbət milyonlarla dollardan gedir. İndi Ukrayna bu pulları ölkəyə qaytarmağa çalışır.

Onların adları Ukraynanın dövlət büdcəsindən 50 milyon avronun oğurlanması işində hallanır. Latviyanın LTV kanalının jurnalistləri bu cinayət sxemi ilə yaxından maraqlanıblar.

Buna da bax:​ Yanukovychə qarşı sanksiyalar uzadılıdı

Ukrayna prokurorluğunun versiyasına görə, iş adamı Kurchenko Ukraynanın büdcəsindən 10 milyon dollardan çox pul oğurlayıb. O, hərraclarda Ukrayna qazını güzəştli qiymətlərlə alıb, sonra bazar qiymətləri ilə satırmış.

Arbuzovun adı isə 25 milyon dollardan çox vəsaitin talanmasında hallanır. Ukrayna Milli Bankının rəhbəri olduğu zaman onun saxta şirkət vasitəsilə bu pulları ölkədən çıxardığı ehtimal edilir.

ORTAQLIDA İTTİHAM YOXDUR

Latviyanın baş prokuroru Eric Kalnmeyer: "Bu pulların dövlətdən oğurlandığını və Ukraynaya qaytarılmalı olduğunu göstərən dolğun məlumat almadıq"

Keçən il Ukrayna hökuməti Latviya banklarında yatan bu oğurluq pullara həbs qoymuşdu. Ancaq istər Latviyada, istərsə də Ukraynada bu iki şəxsin hər hansına ittiham irəli sürülməyib. Riqa buna görə Ukrayna tərəfini günahlandırır.

"Mən şəxsən ötən ilin payızında Ukraynada olmuşam. Öz tərəfimizdən məlumatı Ukraynaya təqdim etdik. Ancaq cavabında bu pulların dövlətdən oğurlandığını və Ukraynaya qaytarılmalı olduğunu göstərən dolğun məlumat almadıq", deyə Latviyanın baş prokuroru Eric Kalnmeyer bildirib.

Buna da bax:​ Latviya rus saytını bağlayıb

Ukraynanın Daxili işlər naziri Arsen Avakov hələ bir il öncə oğurlanmış pulları vətənə qaytarmağa söz vermişdi. Ancaq vəd hələ də yerinə yetirilməyib. Korrupsiyaya qarşı mübarizə mərkəzinin hüquqşünasları iddia edirlər ki, nə DİN, nə də Baş prokurorluq bu işin obyektiv araşdırılmasında maraqlı deyillər.

SİYASƏTÇİLƏRİ İFŞA QORXUSU

Ukrayna hökumətinin korrupsiya ilə mübarizə aparmaq istəməməsi Qərb dövlətlərini Rusiya ilə daha sıx əməkdaşlığa sövq edə bilər...

Hüquqşünas Darya Kalenyuk deyir ki, bunun yeganə səbəbi hazırda vəzifədə olan siyasətçiləri ifşa etmək qorxusudur. Onun sözlərinə görə, oğurluq milyonları vətənə qaytarmağa hər bir imkan, o cümlədən, hüquqi baza var.

İşlərin uzadılması və nəticə olaraq, Ukrayna məhkəmələrinin hökm çıxarmaması Avropa Birliyinin (AB) qaçmış məmurlara sanksiyaları ləğv etməsiylə sonuclana bilər. Məsələn, Yanukovich Administrasiyası rəhbərinin müavini Andrey Portnovun üzərindən sanksiyalar artıq götürülüb. AB aktivlərin dondurulmasına son qoyaraq, onları sahiblərinə də qaytara bilər. Bunun da presedenti var: Ukraynanın Ali təsərrüfat məhkəməsinin keçmiş hakimi Artur Yemelyanov bu yolla pullarını geri ala bilib.

Avropa Parlamentində hətta daha ağır nəticələrdən danışırlar. Bildirirlər ki, Ukrayna hökumətinin korrupsiya ilə mübarizə aparmaq istəməməsi Qərb dövlətlərini Rusiya ilə daha sıx əməkdaşlığa sövq edə bilər.

Buna da bax:​ 'Brexit' Ukraynadan ötrü nə deməkdir

RUSİYAYA YAXINLAŞMAQ

"Düzü, indi vəziyyət bir-iki il öncəkindən pisdir. AB-dəki Rusiya lobbisi Ukraynanı korrupsiyanın öhdəsindən gələ bilməyən ölkə kimi qələmə verir. Avropanın bəzi ölkələrindən ötrü bu, Rusiya ilə yaxınlaşmağa bəhanədir", Avropa Parlamentinin vitse-prezidenti Richard Charnetsky deyir.

"AB-dəki Rusiya lobbisi Ukraynanı korrupsiyanın öhdəsindən gələ bilməyən ölkə kimi qələmə verir. Avropanın bəzi ölkələrindən ötrü bu, Rusiya ilə yaxınlaşmağa bəhanədir"

Ukraynanın Daxili İşlər Nazirliyi iddia edir ki, onlar Kurchenko və Arbuzovun işləri ilə bağlı onlardan asılı hər şeyi ediblər. Nazirlik bildirir ki, oğurluq pulların qaytarılması başqa hökumət orqanlarından asılıdır.

"Xüsusi müsadirə haqda qanunun qəbul olunmaması, baş prokurorluğun ayrı-ayrı şəxslərinin işinin qeyri-effektivliyi bizim böyük məbləğdə pulu itirməyimizlə sonuclandı", Ukraynanın Daxili işlər naziri bildirib.

LTV-nin çəkdiyi proqramın yayımından sonra Ukrayna prokurorluğu müsadirə olunmuş 50 milyon dolları qaytarmaqdan ötrü Riqaya nümayəndə heyəti göndərib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG