Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 20:02

Rusiya və Türkiyə söz müharibəsində


Suriyalılar Hələb ətrafındakı məntəqələri tərk edirlər

Suriyalılar Hələb ətrafındakı məntəqələri tərk edirlər

Rusiya və Assad qüvvələrinin Hələb yaxınlığındakı əməliyyatları nəticəsində 70 min suriyalı qaçqın Türkiyə sərhədinə doğru irəliləyir

Rusiya Türkiyəni Suriyaya hərbi müdaxiləyə hazırlaşmaqda ittiham edib.

Eyni zamanda Rusiya təyyarələrinin ağır bombardmanı altında Assad qüvvələri Hələb şəhərinin blokadasına hazırlaşırlar.

Türkiyə öz növbəsində Rusiyanı Suriyada “hərbi cinayətlər törətməkdə” ittiham edir. Ankara bildirib ki, Rusiya bombardmanları və Assad qüvvələrinin Hələb şəhəri üzərinə hücumu bu şəhərin “aclıq blokadası” ilə nəticələnə bilər.

Türkiyə həmçinin bəyan edib ki, öz təhlükəsizliyinin müdafiəsi üçün istənilən tədbirlərə əl atmaq haqqına malikdir.

Təhlilçilər iki ölkə arasında Suriyaya görə mübahisənin açıq toqquşmaya keçəcəyindən narahatdırlar.

Səudiyyə Suriyaya qoşun göndərə bilər, lakin…

Bu arada Səudiyyə Ərəbistanı bəyan edib ki, əgər ABŞ alyansı Suriyaya müdaxilə etmək qərarı qəbul edərsə, Riyad bu əməliyyatlarda quru qoşunları ilə iştirak etməyə hazırdır.

Səudiyyə Ərəbistanı bəyan edib ki, əgər ABŞ alyansı Suriyaya müdaxilə etmək qərarı qəbul edərsə, Riyad bu əməliyyatlarda quru qoşunları ilə iştirak etməyə hazırdır.

Bu arada Suriyada yaranmış ciddi vəziyyət BMT-nin Suriyaya dair Cenevrə danışqlarının yarımçıq dayandırılmasına səbəb olub.

ABŞ bildirib ki, danışqıların bu ayın axırınadək bərpa olunacağına inanır. Rusiya deyib ki, danışıqlar fevralın 25-dək bərpa oluna bilər.

Suriya münaqişəsinə dair Londonda keçirilən başqa bir tədbirdə beynəlxalq donorların iştirakilə qaçqın böhranı müzakirə olunub.

Türkiyə bu konfransda bildirib ki, Rusiyanın Hələb regionundakı son hava zərbələri nəticəsində hazırda 70 min suriyalı Türkiyə sərhədinə doğru irəliləyir.

Rusiyanın dörd aydır davam edən hava kampaniyası Assad qüvvələrinin tam özünə gəlməsinə imkan yaradıb. Hələb ətrafında gedən döyüşlərdə habelə İran və Hizbullah qüvvələri də Assad-ın tərəfində vuruşurlar.

Moskva NATO-ya xəbərdarlıq edib

Bu arada Rusiyanın Müdafiə Nazirliyi iddia edib ki, Türkiyə Silahlı Qüvvələri gizli şəkildə Suriya ərazisinəyerüstü müdaxiləyə hazırlaşır.

Moskva xəbərdarlıq edib ki, Türkiyə tərəfindən istənilən müdaxilə NATO ilə Rusiya arasında açıq toqquşmaya yol aça bilər.

Moskva xəbərdarlıq edib ki, Türkiyə tərəfindən istənilən müdaxilə NATO ilə Rusiya arasında açıq toqquşmaya yol aça bilər

Buna cavab olaraq Türkiyənin baş naziri Ahmet Davutoğlu bəyan edib ki, “Rusiya Suriyada törətdiyi hərbi cinayətləri ört-basdır etməyə çalışır”.

Londonda çıxış edən Davutoğlu deyib ki, Türkiyə və Hələb arasındakı humanitar dəhliz hazırda rejim qüvvələrinin və Rusiya təyyarələrinin müdaxiləsinə məruz qalıb.

Moskva bildirib ki, o, Hələb yolunu bağlamaqla Türkiyənin İŞİD-ə dəstək kanalını birdəfəlik kəsib.

Davutoğlu iddia edib ki, Rusiya hərbiyyəsinə güvənən Assad rejimi Hələbə divan tutmağa hazırlaşır.

Türkiyə baş naziri deyib ki, bütün çətinliklərə baxmayaraq Türkiyə öz qapılarını Suriya qaçqınları üçün açıq saxlayacaq.

Rusiya Hələbin qapısında

Təhlilçilər bildirirlər ki, Rusiya Assad rejiminin son üç ildə edə bilmədiyini 3 ayın ərzində həll edib.

Suriya hökuməti təsdiq edib ki, tezliklə Hələbin mühasirəsinə başlanacaq.

Hələb yaxınlığındakı Nubul və əz-Zəhra şəhərlərinin şiə əhalisi Assad qüvvələrini salamlayıb

Hələb yaxınlığındakı Nubul və əz-Zəhra şəhərlərinin şiə əhalisi Assad qüvvələrini salamlayıb

Adının çəkilməsini istəməyən vəzifəli təhlükəsizlik zabiti Reuters-ə bildirib ki, İran döyüşçüləri Hələbin blokadasında fəal iştirak ediblər.

Eyni mənbə İran İnqilab Keşikçilərinin başçısı general Qassem Soleimaninin bölgədə olduğunu bildirib.

Suriyanın dövlət telekanalında “azad edilmiş şiə şəhərləri Nubul və əz-Zəhranın sakinləri Assad hökumətinə təşəkkürlərini bildiriblər”.

Bu şəhərlər qüdrətli kürd peşmərgə birləşmələri tərəfindən azad edilib.

Buna baxmayaraq kürd qüvvələri Assad rejimi ilə hər hansı müttəfiqlikdə olduqlarını inkar edirlər.

ABŞ qurudan müdaxilə etməyəcək

Bu arada İranın xarici işlər naziri Mohammad Javad Zarif Londondakı çıxışında atəşkəsə və danışıqların bərpasına çağırıb. Bununla yanaşı, nazir qeyd edib kİ, hər hansı atəşkəs terrorçu kimi tanınan qruplaşmalara şamil edilməyəcək.

ABŞ dövlət katibi John Kerry bildirib ki, Rusiyanın xarici işlər naziri Sergei Lavrov-la mümkün atəşkəsə dair məsləhətləşmələr aparıb.

Vaşinqton Suriya münaqişəsinə hər hansı bir şəkildə quru qoşunları ilə müdaxilə barədə heç bir siqnal verməyib.

ABŞ-ın BMT-dəki səfiri Samantha Power bildirib ki, administrasiya vaxtilə İraqda yürüdülmüş müdaxilə siyasətinin doğru olmadığı qənaətində qalır.

Vaşinqton həmçinin kürd qüvvələrinin Suriyanın şimalındakı əməliyyatları ilə bağlı mövqe bildirmir, halbuki Türkiyə bu əməliyyatların qəti əleyhinə çıxır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG