Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:36

ABŞ Dövlət katibi John Kerry bir daha xəbərdarlıq edib ki, Moskva Suriya üsyançılarının bombalanmasını dayandırmalıdır.

Kerry fevralın 4-də rusiyalı həmkarı Sergei Lavrova telefon söhbətində deyib ki, Suriyada mühasirədə olan şəhərlərə yardım çatdırılması üçün təcili atəşkəslə bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsi var.

Kerry Suriya ilə bağlı donor olkələrinin Londonda keçirilən konfransında deyib ki, atəşkəs məsələsini müzakirə etmək lazımdır və bununla bağlı Lavrovla razılığa gəliblər.”Bu gün səhər xarici işlər naziri Lavrovla danışdım və o razılaşdı ki, biz atəşkəsin necə həyata keçirilməsi və hər iki tərəfə humanitar çıxışı müzakirə etməliyik".

Fevralın 4-də Londonda Suriya ilə bağlı konfrans keçirilir.

Məqsəd 5 illik münaqişədən zərər çəkənlər üçün 9 milyard dollar toplamaqdır.

Konfransda 70-dək dünya lideri qatılıb.

Britaniya 2020-ci ilədək 1 milyard 750 milyon,

Almaniya isə 2018-ci ilədək 2 milyard 600 milyon dollar vəd edib.

ABŞ Dövlət katibi John Kerrinin də böyük məbləğ vəd edəcəyi gözlənilir.

Suriya müharibəsində azı 250 min adam ölüb.

BMT-nin rəhbərliyi ilə Cenevrədə Suriyanın hökumət və müxalifət nümayəndələri arasında keçirilən sülh danışıqları isə dayandırılıb.

Danışıqlar fevralın 25-də bərpa olunacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG