Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:18

6 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır


Yasamal rayonunun keçmiş «Sovetski» ərazisində yeni yol-nəqliyyat infrastrukturunun salınması və abadlıq işlərinin aparılması ilə bağlı avqustun 5-dən 6 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılır.

APA Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir ki, Mirzağa Əliyev, Abdulla Şaiq, Zülfi Adıgözəlov, Mustafa Sübhi, Mirzə Fətəli Axundov və Murtuza Muxtarov küçələrinin bir hissəsində nəqliyyatın hərəkəti tam dayandırılır.

Bakı Nəqliyyat Agentliyi sürücülərə alternativ yollardan istifadə etməyi tövsiyə edir.

«Sovetski» Bakının tarixi məhəllələrindən biridir. 2014-cü ildən bu məhəllənin söküntüsünə başlanıb. Ərazinin böyük bir hissəsində söküntü işlər başa çatıb. Avqustun 4-də prezidentin iştirakı ilə yeni yol-nəqliyyat infrastrukturunun salınmasının təməli qoyulub.

İlham Əliyev 'Sovetski'də

Günün bütün mövzuları

XS
SM
MD
LG