Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:04

Sosial yardımların verilməsi dayandırılır. Amma...


Foto arxiv
Foto arxiv

Azərbaycanda ünvanlı sosial yardımların verilməsi növbəti ildən dayanacaqmı?
İndi bu sual ətrafında həm ölkə mətbuatında, həm də sosial şəbəkələrdə ən müxtəlif fikir və təxminlərə rast gəlmək olar. Belə müzakirələr təsadüfi deyil. Bu ilin əvvəlində prezident İlham Əliyev demişdi ki, sosial müavinətlərin verilməsi bəzi insanları ələbaxımlığa öyrədir.

Sosial müavinətlərin dayandırılıb- dayandırılmayacağı, hələlik, ictimaiyyətə tam bəlli olmasa da, indidən bəzi pilot layihələr işə düşüb.

Bunu deputat Vahid Əhmədov da təsdiq edir. «Burada söhbət ünvanlı sosial yardımın kütləvi şəkildə ləğvindən yox, insanlara iş yerləri və qazanc mənbələri yaratmaqdan gedir», -deyə o qeyd edir.

Deputatın deməsinə görə, həmin pilot layihələr barədə dövlət başçısı İlham Əliyevin açıqlamaları olub və Milli Məclisdə müzakirələr gedib.

Buna da bax - Ünvanlı sosial yardımı kimlər alır və kimlər ala bilmir?

V.Əhmədov vurğulayır ki, həmin layihələri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi icra edir: «Burada insanlara müəyyən məbləğdə maliyyə vəsaiti ayrılır. Kənd təsərrüfatı, ticarət və ya başqa sahədə çalışmaqdan ötrü imkanlar yaradılır. Hazır şərait həmin şəxsə təhvil verilir və bundan sonra belə şəxslərin adları ünvanlı sosial yardım siyahısından silinir».

V.Əhmədov deyir ki, bu layihə Göyçay və başqa bir rayonda icra edilib. Bundan əlavə, həmin pilot layihələrin ölkənin daha 11 rayonunda reallaşdırılması nəzərdə tutulur. «Bütünlükdə bu, olduqca müsbət layihələrdir və insanlarda qazanmaq vərdişini formalaşdırır»,-deyə deputat vurğulayıb.

Azərbaycanda sosial müavinətlərin verilməsinə 2006-cı ildən başlanıb. Buna qədər isə uşaq pulunun verilməsi (9 min manat. İndiki kursla 1 manat 80 qəpik) dayandırılmışdı.

Buna da bax - Sosial yardım əvəzinə qoyun?

Sosial yardım əvəzinə qoyun?
Gözlə

No media source currently available

0:00 0:03:24 0:00

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG