Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:15

Siqaret niyə yenə bahalandı? [ilk reaksiyalar]


Azərbaycanda yeni siqaret qiymətləri
Azərbaycanda yeni siqaret qiymətləri

Əli Əlirzayev: ‘Xaricdən gətirilən hər şeyin qiyməti qalxır...’

Son bir həftədə siqaretin qiyməti ikinci dəfədir bahalanır. Səbəb nədir? İqtisadçı, keçmiş millət vəkili Əli Əlirzayev AzadlıqRadiosu-na deyir:

– Dolların qiyməti artdıqca, qiymət də artır. Siqaretin də çoxu xaricdən gətirilir. Bunun nəticəsində siqaret də bahalanır. İkinci tərəfdən götürəndə, siqaret az işlənən, xüsusi qrup istehlakçının istifadə etdiyi məhsuldur, yəni ondan istifadə edən, neçəyə olsa, alıb çəkəcək. Çörək deyil ki! Siqareti azaltmaq olar, bu yolla qiymətin artması ailə büdcəsinə təsir etməyə də bilər. Dediyim odur ki, hər şeyin qiyməti dəyişir, şəkər tozunun qiyməti artır, yağın, idxal olunan hər şeyin qiyməti qalxır, siqaret də bahalanır.

Buna da bax: Siqaret yenə bahalaşdı

Əli Əlirzayev
Əli Əlirzayev

– Əli müəllim, elə adam var, günə iki-üç qutu siqaret çəkir. Onlar keçən həftə yaşadıqları qiymət şokundan çıxmadan yenidən bir də bahalanma ilə üz-üzə qaldılar.

«Siqaret az işlənən, xüsusi qrup istehlakçının istifadə etdiyi məhsuldur, yəni ondan istifadə edən, neçəyə olsa, alıb çəkəcək...»

– Bəli, elədir. Amma o adamlar hansı qiymətə olsa, alıb çəkəcəklər. Siqareti azaltmaq da olar. O da var ki, siqaretin qiyməti də müxtəlifdir. İstehlakçılar da bir neçə qrupa bölünür. Kasıb ən ucuzunu, varlı prestij üçün bahalısını çəkir, özü də öyünürlər: «Mən filan siqaretdən çəkirəm, bundan heç kim çəkmir».

– Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilirdi ki, siqareti daha çox kasıb ölkələrin vətəndaşları çəkir.

– Kasıblar çəkən siqaretin qiyməti, yəqin, az qalxar. Düzdür, moda xatirinə çəkən də var, sonra ata bilmir. Qadağan da etmək olmaz. İstehlakçının haqqıdır, nə demək olar.

Siqaret qiymətləri yenə qalxdı
Gözlə

No media source currently available

0:00 0:01:15 0:00

Buna da bax: ​Bütün sahələrdə qiymət arta bilər - Nazirlik

– Amma nə baş verir ki, bir həftədə iki dəfə siqaret bahalanır?

– Hər şeyin qiyməti qalxır, o cümlədən də siqaretin. Siqaretin də çoxu idxal olunur. Dollar qalxanda siqaret də bahalanır.

Buna da bax: ​Bahalanmaların axırı hara gedir?

– Yaxın günlərdə qiymət bahalanması gözləyə bilərikmi?

– Qiymətlər onsuz da qalxır. Qiymətə nəzarət etmək mümkün deyil. İnflyasiya, idxalat artırsa, qiymət də artacaq. Çalışmaq lazımdır ki, istehsal artsın. Buna da vaxt lazımdır. Qiymət artımına qarşı tədbirlər görülməlidir, təqaüdlər, əməkhaqları artırılmalıdır.

Əli Əlirzayev: ‘Xaricdən gətirilən hər şeyin qiyməti qalxır...’ [audio]
Gözlə

No media source currently available

0:00 0:02:47 0:00
Direct-ə keçid

Nemət Əliyev: «Siqareti inhisarçılar bahalandırır»

Nemət Əliyev
Nemət Əliyev

İqtisadçi Nemət Əliyev siqaretin bahalanmasını iki amillə izah edir. Birinci amil dolların bahalanması, ikincisi, «siqaret inhisarçılarının qazanc əldə etmək istəyidir».

"YERLİ TÜTÜN YARARLI DEYİL"

Əliyev deyir ki, Azərbaycan özü tütün istehsalı ilə məşğul olsa da, xammal əsasən xarici ölkələrdən gətirilir: «Burda yetişdirilən xammal tütün istehsalına yararlı deyil. Bir zaman Azərbaycanda 30-40 min, hətta 60 min tona yaxın tütün istehsal olunurdu. İndi tütün istehsalı 2,5-3 min tona qədər düşüb. Bu səbəbdən, yerli tütün müəssisələri də xammalı xaricdən gətirirlər».

Buna da bax: Qiymətlərin qalxmasını qaçılmaz edən budur- Ekspert

Nemət Əliyev ona görə də manatın ucuzlaşmasının dərhal qiymətlərə, o cümlədən də siqaretin qiymətinə təsir göstərdiyini bildirir:

"SPEKULYATİV ADDIMLARA ƏL ATIRLAR"

«Bu, dolların kəskin bahalaşması, bankların dollar satışını dayandırması ilə əlaqədardır. Daxili bazarda ajiotaj yaşanır. İstehsalçılar, ticarətçilər sabah baş verəcəklərlə bağlı sabit təsəvvürə malik deyillər. Buna görə də spekulyativ addımlara əl atırlar».

Azərbaycan özü tütün istehsalı ilə məşğul olsa da, xammal əsasən xarici ölkələrdən gətirilir...

Nemət Əliyev deyir ki, manat dəyərdən düşdükcə bir qrup adam qiymətlə manipulyasiya edir. O, siqaret istehsalı və ya idxalının inhisarçıların nəzarətində olduğunu bildirir:

«İnhisarçı istədiyi qiyməti ortaya qoyur. Dollar manata nəzərən 13-14 faiz bahalanıb. Siqaret 14-15 faizdən çox bahalanıb. 13-14 faiz dolların hesabınadırsa, yerdə qalanı inhisarçıların işidir».

"ONLAR SİQARETİN SATILMASINDA MARAQLI DEYİLLƏR"

Buna da bax: "Nə qədər ki, məmur kapitalizmi var..."

İqtisadçının sözlərinə görə, növbəti günlərdə manat daha çox dəyərdən düşə bilər deyə istehsalçı da, idxalçı da siqaretin çox satılmasında maraqlı deyil.

«Əksinə, istehsal olunan və ya xaricdən gətirilən siqaretin anbarlarda yığılıb qalmasında maraqlıdırlar. Sabah siqaret daha da bahalanacaq. Əlavə xərc çəkib yenidən siqaret gətirməkdənsə onu anbarda saxlayıb az sonra satışa buraxmaqla daha çox gəlir götürə bilərlər. Bunun arxasında yüksək çinli məmurlar dayanır, siqaret istehsalı yuxarıdan himayə olunur, istədikləri qiyməti qoyur, istədikləri oyundan çıxırlar, ağrısını da əhalı yaşayır», – iqtisadçı söyləyir.

Nemət Əliyev: 'Siqareti inhisarçılar bahalandırır' [audio]
Gözlə

No media source currently available

0:00 0:04:54 0:00
Direct-ə keçid

Buna da bax: "Monopoliya imkan versə, xalq dolanar"

"SİQARET ŞƏKƏR TOZU DA DEYİL"

Nemət Əliyev son günlər «Siqaret çörək deyil ki, bahalanır bahalansın» kimi reaksiyalara da münasibət bildirib:

«Siqaretin qiymətinin artması o sahədə istehsalla məşğul olanların gəlirini artırır, kütlənin imkanlarını məhdudlaşdırıb, gəlirlərinə zərbə vurur. Məsələyə bu kontekstdən yanaşmalıyıq. Əlbəttə, siqaret çörək deyil. Amma siqaret də, çörək də kütləvi istehlak malıdır. Şəkər tozu da kütləvi istehlak malıdır. İndi desinlər, şəkər çörək deyil, bahalanır bahalansın?»

Yeri gəlmişkən, iqtisadçı siqaretin qiymətinin artmasını digər kütləvi istehlak mallarının növbəti bahalanmasına bir anons sayır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG